Məhkəmə qərarları › İş №e-2(039)-143/2025

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-143/2025

22.01.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-143/2025 22.01.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi, Məmmədov Ruslan Fehruz oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Yevlax Rayon X4 Hüquqi Şəxsin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cаvаbdеh Yevlax Rayon X4 Hüquqi Şəxsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəz Aran Regional şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) qаrşı “18-1-82/3-1-985/2024 saylı xx.xx.2024-cü il tarixli əmrin ləğvinə, işə bərpaya və xx.xx.2024-cü il tarixindən başalayaraq həmin bərpa edildiyi günədək məcburi iş buraxdığı üçün əmək haqqının ödənilməsi” tələbinə dаir iddiаsı üzrə mülki işə məhkəmənin inzibati binasında, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan Yevlax Rayon X4 Hüquqi Şəxsinin 18-1- 82/3-1-985/2024 saylı xx.xx.2024-cü il tarixli əmrin ləğvinə, işə bərpaya və xx.xx.2024-cü il tarixindən başalayaraq həmin bərpa edildiyi günədək məcburi iş buraxma üçün əmək haqqının hesablanıb ödənilməsi və ödədiyi mediasiya ödənişi olan 60 manatın yarısı yəni 30 manatın Yevlax Rayon Mərkəzi Xəstəxanasından alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2015-ci il oktyabr ayından Yevlax Rayon Mərkəzi Xəstəxananın qeydiyyat bölməsində qeydiyyatçı vəzifəsində çalışmışdır. İşlədiyi dövrdə səhiyyə müəssisəsinin rəhbərliyi tərəfindən töhmət və ya digər cəza almamış və tutduğu vəzifə üzrə əmək funksiyalarını ləyaqətlə icra etmişdir. xx.xx.2024-cü il tarixdə o, işdə olarkən həmkarlar sədri və xəstəxanın endorkrinoloq həkimi X3 onu otağına çağıraraq işdən çıxmağı ilə bağlı ərizə yazmağını bildirmişdir. O, etirazını bildirsə də həkim X3 əgər ərizəni yazmasa onu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70–ci maddəsinin “c” bəndinə əsasən” işdən çıxaracağı ilə bağlı hədələmişdir. O, da bu haldan qorxaraq ərizəni yazmaq məcbriyyətində qalmışdır. Xəstəxananın həmkarları ona hədə-qorxu gəldi ki, “səninlə bağlı video var və onlar o videonu youtubda paylaşacağıq” bildirmişlər. Onun ailəsi və dörd uşağı olduğu üçün məcbur olub həmin ərizəni hədə-qorxu, təhdid altında yazmışdır. Bununla bağlı o, Əmək Müfəttişliyinə, Yevlax rayon Polis şöbəsinə və cavabdehə müraciət etmişdir. Yevlax rayon Polis şöbəsi xx.xx.2024-cü il tarixli №13/3-13-117/2-19632/2024 saylı ərizəsinə əsasən “müraciətinin mülki xaraketrli olmasını müəyyən edərək, məhkəməyə mülki iddia qaldırmaq hüququnun olduğu” bildirmişdir. Lakin cavabdeh ona mediasiyadan keçsə də, işdənçıxma və əmək kitabçasını verməmişdir. Əmrin surətini və əmək kitabçasını xx.xx.2024-cü il tarixdə saat 15:30 da almışdır. O, mediasiyaya işə bərpa üçün müraciət etmişdir. Lakin pediasiya prosesində cavabdeh Yevlax Rayon Mərkəzi Xəstəxanası iştirak etsə də qarşılıqlı razılıq əsasında mübahisənin həllinə nail ola bilməmiş, belə ki, aralarında barışıq sazişi bağlanılmamışdır. Həmin bu Məcəllənin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Lakin o, bir ay tamam olmamış iki dəfə müraciət etmiş ki, ərizəsini etibarsız hesab edilsin. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Yevlax Rayon X1 Hüquqi Şəxsin nümayəndəsi X10 iddia tələbini qəbul etmədiyini və məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda cavabdeh Yevlax Rayon X1 Hüquqi Şəxsin nümayəndəsi X10 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Yevlax Rayon X1 Hüquqi Şəxsinin Qeydiyyat şöbəsinin qeydiyyatçı vəzifəsində işləyən İddiaçı öz təşəbüsü ilə Yevlax Rayon X1 Hüquqi Şəxsinin rəhbərliyinə ərizə ilə müraciət edərək, həmin tarixdən əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Həmin günü Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən çıxma ərizəsinin yazdıqdan 18 gün sonra, xx.xx.2024-cü il tarixdə Yevlax Rayon X1 Hüquqi Şəxsinə teleqram göndərək, işdən çıxma ərizəsinin geri götürülməsini və işə bərpa edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı müraciətinə əsasən yaşadığı Yevlax şəhəri, H.Hacıyev küçəsi ev 22, mənzil 8-da rəsmi cavab məktubu göndərilmişdir. Bundan sonra, yəni İddiaçı işdən çıxma ərizəsini yazdıqdan 30 təqvim günü sonra, xx.xx.2024-cü il tarixdə Yevlax Rayon X1 Hüquqi Şəxsinə ərizə ilə təkrar müraciət edərək xx.xx.2024-cü il tarixli şəxsən özü tərəfindən yazdığı işdən çıxma ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı müraciətinə əsasən yaşadığı ünvan 1 ünvana rəsmi cavab məktubu göndərilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində işdən çıxma ərizəsini yazdıqdan 1 təqdim ayı sonra, xx.xx.2024-cü il tarixdə əmək hüququnun pozulduğunu hesab edərək, fərdi əmək münasibətlərini həlli üçün məhkəməyə yox Yevlax Rayon X1 Hüquqi Şəxsinə, Yevlax Rayon Polis Şöbəsinə, Yevlax Rayon Prokurorluğuna, Təbib-ə, X7 Xidmətinə ərizəsi ilə müraciət edərək əmək hüququnun pozulduğunu bildirmiş və xx.xx.2024-cü il tarixdə öz təşəbbüsü ilə işdən çıxma ərizəsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Adı çəklən qurumlara hüquqularının pozulduğunu bildirmək, sonra isə əmək kitabçası və əmri aldığı günü (halbuki işdən çıxma ərizəsini mərkəzi xəstəxansının inzibati şöbəsində yazmışdır) hüquqlarının pozulduğu gün kimi göstərək iddia müddətinin bərpasından başqa bir cəhd deyildir. Eyni zamandan bildiririk ki, qeyd edilən sənədləri mahiyyət etibarı ilə verilməsini əmək mübahisəsinin pozulmasını hesab edir. Vətəndaşın əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verilmişdir ki, bu da vətəndaşın mübahisələrdirdiyi məqamın elə həmin günə təsadüf etdiyini göstərir. Həmin sənədlərin verilməsini, iddiasının əsassızlığı zamanda digər qurumlara və bir başa işəgötürənə müraciətlərində bir dəfə də olsun öz əksini tapmamasında görünür. Xəstəxana olaraq müraciətinə cavab verilərkən ona aid olan əmək kitabçasını götürülməsini bildirilmişdir. Hətta arzusu ilə poçt vasitəsi ilə göndərilə biləcəyi qeyd edilmişdir. Qanunvericiliyə əsasən əmək kitabçası əmək müqaviləsinə xitam verilən gün işdə olmayan işçiyə göndərilməsi nəzərə tuta bilir. Müəssisə əmək kitabçalarının iki il müddətinə saxlanılması və qorumasını təmin etməlidir. İşdən çıxma əmri vətəndaşın Əmək və məşğuluq alt istemində şəxsi kabinetində real vaxt rejimində xitam verilən andan mövcud olur və hər bir vətəndaş bu məlumatları maneəsiz və heç bir tələb olmadan əldə edə bilər. İşə götürən tam və birbaşa öhdəliyi işdən çıxan işçinin son haqqı-hesabını qanunverciliyə uyğun olaraq həyata keçirməkdən ibarətdir. İşəgötürən bu öhdəliyi yerinə yetirmişdir. İşə götürən əmək münasibətlərinin tərəfi olaraq vətəndaşın əmək müqaviləsinə xitam verilərkən heç bir öhdəliyinin qalmadığı bariz görünür. Qeyd olunanları nəzərə alaraq İddiaçı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsini, işə bərpasını və xx.xx.2024-cü il tarixindən başlayaraq həmin bərpa edildiyi gündək məcburi işə buraxdığı üçün əmək haqqının hesablanmasını və ödənilməsini əsasız hesab edir və və qeyd olunan iddiaya etiraz edir. Cavabdeh Yevlax Rayon X1 Hüquqi Şəxsin nümayəndəsi X10 məhkəməyə iddia müddətinin tətbiq olunması barədə ərizəsi ilə müraciət edərək bildirmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğv edilməsini, işə bərpasını və bərpa edildiyi günədək, məcburi iş buraxdığı üçün əmək haqqının hesablanılmasını və ödənilməsini qanunvericilikdə müəyyən olunmuş iddia müddəti keçdiyinə görə əsassız hesab edir, habelə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəz Aran Regional şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən və gəlmədiyi barədə məhkəməyə heç bir məlumat vermədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Məhkəmə, tərəflərin izahatlarını, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası “Təbbi Ərazi Bölmələrini X8 X12 Rayon X4 Hüquqi şəxsi tərəfindən verilmiş 18-1-82/3-1-985/2024 saylı xx.xx.2024-cü il tarixli əmrin surətindən görünür ki, “Yevlax rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi xəstə xidmətləri şöbəsinin Qeydiyyat bölməsində qeydiyyatçı vəzifəsində çalışan İddiaçı ilə bağlanılmış xx.xx.2016-cı tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində (öz təşəbbüsü ilə) əsasən xx.xx.2024-cü il tarixindən etibarən xitam verilmişdir. Əmək Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinə əsasən istifadə etmədiyi əmək məzuniyyətinə görə 18 təqvim günü ödənilməsi və işçi ilə son haqqı-hesab aparılması, əmrin imzalandığı gündən qüvvəyə minməsi əmr edilmişdir; İddiaçı əmək kitabçasının surətindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “a” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə (öz təşəbbüsü ilə) əsasən xx.xx.2024-cü il tarixindən etibarən xitam verilmişdir; Yevlax 1 saylı Mediyasiya təşkilatı tərəfindən verilmiş MŞY/MT/034-2024-00520 nömrəli, xx.xx.2024-cü il tarixli “ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı və etibarnamə üzrə nümayəndəsinə müvafiq arayış verilmişdir; İddiaçı Yevlax Rayon X4 Hüquqi şəxsinə ünvanladığı xx.xx.2024-cü il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir; İddiaçı Yevlax Rayon X4 Hüquqi şəxsinə ünvanladığı xx.xx.2024-cü il tarixli teleqramın surətindən görünür ki, İddiaçı xəstəxanın direktorundan işdənçıxma ilə bağlı ərizəsini geri götürdüyünü və işinə bərpa olunmasını xahiş etmişdir; Azərbaycan Respublikası “Təbbi Ərazi Bölmələrini X8 X12 Rayon X4 Hüquqi şəxsi tərəfindən verilmiş 18-1-82/3-M-216-42-128/2024 saylı xx.xx.2024-cü il tarixli müraciətinə baxılmasının nəticəsi haqqında məktubdan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı rəhbərliyə təqdim etdiyini ərizəsinə əsasında onunla bağlanmış əmək müqavilsinə xitam verilmişdir. Müvafiq işlə təmin olunmaq üçün X11 Məşğulluq filialına müraciət etməyini tövsiyə olunur; Azərbaycan Respublikası “Təbbi Ərazi Bölmələrini X8 X12 Rayon X4 Hüquqi şəxsi tərəfindən verilmiş 18-1-82/3-M-224-1-151/2024 saylı xx.xx.2024-cü il tarixli müraciətinə baxılmasının nəticəsi haqqında məktubdan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı rəhbərliyə təqdim etdiyini ərizəsinə əsasında onunla bağlanmış əmək müqavilsinə xitam verilmişdir. Müvafiq işlə təmin olunmaq üçün X11 Məşğulluq filialına müraciət etməyini tövsiyə olunur. Onun işdən azad olunan gün əmək kitabçasın götürməməsini odur ki, xəstəxanaya yaxınlaşaraq əmək kitabçasını götürməyinə və ya rəsmi razılıq verdiyiniz təqdirdə poçt vasitəsilə göndərilməsinə münasibət bildirməyini xahiş olunur; Yevlax Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktundan görünür ki, İddiaçı müraciətinə əsasən Azərbaycan Respublikasının Əmək məcəlləsinin 9-cu müddəsinin “q” bəndinə əsasən aidiyyət üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir; İddiaçı məhkəməyə təqdim etdiyi 01 ədəd CD diskdə olan 13 ədəd audio yazıda olan səslərdə kimlikləri bilinməyən ayrı-ayrı qadın cinsindən olan şəxslər iddiaçının işdən çıxmağına təəssüflənməkləri ilə bağlı söhbətlər apardıqları məlum olur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməməlidir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, hazırkı mübahisə fərdi əmək mübahisəsi ilə əlaqədar qaldırılmış iddiadır. Hazırkı iş üzrə iddiaçı ilə cavabdehin arasında bağlanmış xx.xx.2016-cı tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndində (öz təşəbbüsü ilə) əsasən xx.xx.2024-cü il tarixindən etibarən “18-1-82/3-1-985/2024 saylı xx.xx.2024-cü il tarixli əmrlə xitam verilmişdir. İddiaçı sözügedən əmrin ləğvinə, işə bərpaya və xx.xx.2024-cü il tarixindən başalayaraq həmin bərpa edildiyi günədək məcbur iş buraxdığı üçün əmək haqqının ödənilməsini” tələb edir. Cavabdeh Yevlax Rayon X4 Hüquqi Şəxsinin nümayəndəsi isə iş üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Maddə 296.2 fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296.3 hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 372.2 hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.2 məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır Maddə 377.1 maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, "iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir". İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırki əmək mübahisəsi üzrə iddia müddəti ötürülməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, İddiaçı cavabdeh Yevlax Rayon X1 Hüquqi şəxsinə ünvanladığı ərizəsində məhz xx.xx.2024-cü il tarixində onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmiş, cavabdeh isə 18-1-82/3-1-985/2024 saylı xx.xx.2024-cü il tarixli əmri ilə sözügedən işçi ilə əmək müqaviləsinə xitam vermişdir. Belə olan halda hazırki mübahisə üzrə Əmək Məcəlləsinin 69-cü maddəsinin 4-cü (Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz) bəndi deyil, həmin maddənin 5-ci (İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir) bəndi tətbiq olunur. İddiaçı işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etməsi ilə barədə ərizə yazdırılması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı bu halı təsdiqləyəcək sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı tərəfin iddiaçıya hədə qorxu gəlinməsi ilə bağlı təqdim edtiyi CD diskdəki səs yazılarındakı danışıqların sonuncu ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi arasında hər hansı bir səbəbli əlaqə yoxdur. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cаvаbdеh Yevlax Rayon X1 Hüquqi Şəxsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəz Aran Regional şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) qаrşı “18-1-82/3-1-985/2024 saylı xx.xx.2024-cü il tarixli əmrin ləğvinə, işə bərpaya və xx.xx.2024-cü il tarixindən başalayaraq həmin bərpa edildiyi günədək məcbur iş buraxdığı üçün əmək haqqının ödənilməsi” tələbi üzrə iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cаvаbdеh Yevlax Rayon X1 Hüquqi Şəxsinə (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Mərkəz Aran Regional şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi göstərilməklə) qаrşı “18-1-82/3-1-985/2024 saylı xx.xx.2024-cü il tarixli əmrin ləğvinə, işə bərpaya və xx.xx.2024-cü il tarixindən başalayaraq həmin bərpa edildiyi günədək məcbur iş buraxdığı üçün əmək haqqının ödənilməsi” tələbi üzrə iddiası təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar