Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-1761/2025 15.12.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9, İddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı2, onun vəkili Vəkil, Cavabdeh nümayəndəsi (vəkil) X16 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı fərdi yaaşyış evindən istifadə qaydalarının müəyyən edilməsi və həmn evə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı fərdi yaşyış evindən istifadə qaydalarının müəyyən edilməsi və həmn evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, İddiaçı2 2017-ci ildə mübahisələndirilən evə gəlin köçmüş və cehiz əşyalarını həmin evə yerləşdirmişdir. Həmin evdə ailə üzvü kimi qeydiyyata alınmış və həmin evdə birgə nikah dövründə onların xx.xx.2018-ci il təvəllüdlü X21 və xx.xx.2019-cu il təvəllüdlü X18 anadan olmuşdur və onlar həmin evdə qeydiyyata alınmışdırlar. Sonra iddiaçıların xx.xx.2024-cü il təvəllüdlü X22 və xx.xx.2025-ci il təvəllüdlü X23 adlı övladları da olmuşdur və onlar da həmin evdə qeydiyyatda olmuşlar. İddiaçı1 həmin evdə böyümüş, məktəbə getmiş və həmin ünvandan hərbi xidmətə getmişdir. Yəni İddiaçı2 ərinin həmin evdən istifadə hüququ vardır. Ondan əlavə İddiaçı2 həmin evə 2017-ci ildə qeydiyyata düşərkən həmin ev özbaşına tikili olmuşdur və o digər ailə üzvləri kimi eyni hüquqla qeydiyyata düşərək həmin evin 3 otağından 2 otaq bir aynabəndindən istifadə edirlər. Cavabdeh iddiaçılar evlənəndən İddiaçı2 yola verməmişdir. Evin tualetindən, hamamından istifadə etməyə imkan verməmişdir. Qazı yandırmağa icazə verməmişdir. 2020-ci ildə İddiaçı2 boşanmış, lakin həmin evdə qeydiyyatda qalmışdır. 2022-ci ildə isə təkrar nikaha girərək xx.xx.2024-cü il təvəllüdlü X22 və xx.xx.2025-ci il təvəllüdlü X23 adlı övladları anadan olmuşdur. İddiaçı həmin evə mülkiyyət hüququnu 2023-cü ildə əldə etmişdir. Onlar 4 uşaqla həmin mübahisəli evdə yaşamağa davam etmişlər. 2025-ci ilin yanvarın 25-də cavabdeh yenə İddiaçı2 və uşaqlarına iztirablar və işgəncələr verməyə başlamışdır. O həmin vaxt 7 aylıq hamilə olmuşdur. Səhəti və əsəbləri tarıma çəkilmişdir. Ailəsi ilə birlikdə müvvəqəti olaraq həmin evdən çıxmışlar. Həmin evin aynabəndini İddiaçı2 əri İddiaçı1 tikmişdir. Orada yaşadıqları dövrü iddiaçılar oranı abadlaşdırmışlar. Həmin evin qapısı ayrıdır. Onların dörd uşağı var, 2 qız və 2 oğlandır. Onlar hamısı bir otaqda yaşaya bilməzlər. Uşaqların ikisi südəmərdir. Qızı məktəbli olduğu üçün onun dərslərini hazırlaması üçün şərait lazımdır. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, iddiaçıların mübahisəli fərdi yaşayış evində istifadə hüququ yaranmasına baxmayaraq, Cavabdeh onlara həmin evdə yaşamağa imkan vermir. Öhdəliklərində dörd azyaşlı uşaqları var, hal-hazırda işləmir və yoldaşının da maddi vəziyyəti haradasa kirayə ev tutub yaşamağa və uşaqlarını böyütməyə imkan vermir. İddiaçılar tələblərinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrinə istinad edərək, Yevlax rayonu Yuxarı Bucaq kəndində, yeni qaydalarla ünvan 1 ünvanda yerləşən və qeydiyyatda olduqları evin faktiki istifadələrində olan 3 otağına iddiaçılar İddiaçı2, İddiaçı1 və dörd azyaşlı uşaqlarının xx.xx.2018-ci il təvəllüdlü X13, xx.xx.2019-cu il təvəllüdlü X10, xx.xx.2024-cü il təvəllüdlü X14 və xx.xx.2025-ci il təvəllüdlü X1 və həmin evin faktiki istifadələrində olan 3 otağını (2 otaq, bir aynabənd) onların və uşaqlarının istifadəsinə verilməsi, evin istifadəsinə maneələrin yaratmasına cavabdehə qadağan edilməsi və umumi istifadədə olan hamam və sanitar qovşağın cavabdehlə birgə istifadənin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Cavabdeh nümayəndəsi (vəkil) X25 məhkəməyə iddiaya etiraz verərək göstərmişdir ki, cavabdeh iddianı etiraf etmir. İş materiallarından göründüyü kimi iş üzrə iddiaçılar Yevlax şəhəri C. Cabbarlı küçəsi bina 3, mənzil 16 ünvanında yaşayırlar. Hansı ki, həmin yaşayış sahəsini iddiaçılar birgə nikah müddətində əldə etmişlər. Bu da onu göstərir ki, iddiaçılar ailəsinə məxsus (xüsusi mülkiyyətlərində) yaşayış evi mövcuddur və onların artıq iş üzrə Cavabdeh məxsus, o cümlədən mübahisələndirilən fərdi yaşayış evinə olan ehtiyacları aradan qalxmışdır. Yevlax Rayon Məhkəməsinin icraatında olan e-2(039)- 1761/2025 saylı mülki iş üzrə iddia ərizəsində də, iddiaçılar yaşayış ünvanı olaraq ünvan 2 şəhəri C. Cabbarlı küçəsi bina 3, mənzil 16 ünvanına dair aşağıdakı əməliyyatlar həyata keçirilmişdir: 1) xx.xx.2018-ci il tarixdə İddiaçı1 ilə X19 (ünvan 4 ünvanının xx.xx.2016- cı il tarixə olan mülkiyyətçisi) arasında alqı-satqı müqaviləsi bağlanmnışdır. 2) xx.xx.2018- ci il tarixdə İddiaçı1 mülkiyyət hüququ Dövlət reyestrində qeydiyyata alınmışdır. 3) xx.xx.2020ci il tarixdə İddiaçı1 həmin daşınmaz əmlakı İddiaçı2 bağışlamışdır (daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır). 4) xx.xx.2021-ci il tarixdə İddiaçı2 mülkiyyət hüququ Dövlət reyestrində qeydiyyata alınmışdır. 5) xx.xx.2025-ci il tarixdə İddiaçı2 ilə X26 arasında alqı-satqı müqaviləsi bağlanmışdır (X5 Turanə Yaqub qızının doğma atasıdır və aralarında olan alqı-satqı müqaviləsi formal xarakter daşımışdır). Göründüyü kimi Yevlax şəhəri C. Cabbarlı küçəsi bina 3, mənzil 16 ünvanında yerləşən yaşayış sahəsi iddiaçıların ailəsinə məxsusdur və həmin əmlakın formal olaraq özgəninkiləşdirilməsi iddia tələbinin təmin edilməsinə əsas sayıla bilməz. Məhkəmə iclasında iddiaçı, eyni zamanda İddiaçı1 nümayəndəsi İddiaçı2 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmn edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkil) X25 iddianı etiraf etməyərək, iddaya etiraz ərizəsinin məzmununa uyğun izahat vermiş və iddanın əsassız olduğundan təmn edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Yevlax rayon Aşağı Bucaq kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X27 24 aprel 2017-ci ildə nikahlarını bağlamışlar və arvada Xasıyeva soyadı verilmişdir. işdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X21 11 iyun 2018-ci ildə doğulmuşdur, atası İddiaçı1, anası İddiaçı2dr. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X18 21 may 2019-cu ildə doğulmuşdur, atası İddiaçı1, anası İddiaçı2dr. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X22 18 yanvar 2024-cü ildə doğulmuşdur, atası İddiaçı1, anası İddiaçı2dr. İşdə olan Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 10 aprel 2025-ci ildə doğulmuşdur, atası İddiaçı1, anası İddiaçı2dr. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzil X11 xüsusi mülkiyyətində olmuşdur. İşdə olan xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı X6 şəhəri, C.Cabbarlı küçəsi ev 3, mənzil 16 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzili İddiaçı1 satmışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzil İddiaçı1 xüsusi mülkiyyətində olmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinin surətindən görünür ki, İddiaçı1 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzili arvadı İddiaçı2 bağışlamışdır. İşdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il tarixli çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzil İddiaçı2 xüsusi mülkiyyətində olmuşdur. İşdə olan xx.xx.2025-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı2 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzili X3. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-1965/2020 saylə qətnməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı Xasıyeva (Əliyeva) Turanə Yaqub qızı ilə İddiaçı1 arasında Yevlax ŞİHB-nın Aşağı Bucaq kənd nümayəndəliyində bağlanmış xx.xx.2017-ci il tarixli, 13 saylı nikah pozulmuşdur. İşdə olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-878/2025 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçı X4 cavabdeh İddiaçı2 qarşı mülkiyyətin müdafiəsi-əşyaların evdən çıxarılması tələbinə dair iddiası təmin edilərək, Cavabdeh məxsus və Yevlax rayonu Yuxarı Bucaq kəndində (yeni qaydalarla ünvan 6 ünvanında yerləşən evdən cavabdeh İddiaçı2 məxsus 1 ədəd yataq dəsti mebeli, 1 ədəd divan, 1 ədəd tumboçkalar, 1 ədəd mətəbəx servantı, 1 ədəd paltar şkafı, 1 ədəd televizorun və ielevizor altının, 1 ədəd uşaqlar üçün çarpayı adlı əşyaların çıxarılması qət etmişdir. Həmin qətnamədən görünür ki, xx.xx.2023-cü il tarixli (********** qeydiyyat nömrəli) Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Yevlax rayonu Yuxarı Bucaq kəndində yerləşən fərdi yaşayış evi Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsində isə təsbit olunmuşdur ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçılar ər-arvad olmaqla 24 aprel 2017-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər və cavabdehin mülkiyyətində olan mübahsəli evdə yaşamışlar. İddiaçılar birgə nikahda olduqları zaman, yəni xx.xx.2018-ci il tarixdə İddiaçı1 Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzili almış və həmin mənzilə mülkiyyət hüququna dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli çıxarış almışdır. Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(039)-1965/2020 saylı qətnaməsinə əsasən Xasıyeva (Əliyeva) Turanə Yaqub qızı ilə İddiaçı1 arasında Yevlax ŞİHB-nın Aşağı Bucaq kənd nümayəndəliyində bağlanmış xx.xx.2017-ci il tarixli, 13 saylı nikah pozulmuş, lakin sonradan ailə münasibətlərini bərpa etmişlər və xx.xx.2020-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən İddiaçı1 ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzili arvadı İddiaçı2 bağışlamışdır. Həmin mənzilə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən İddiaçı2 adına xx.xx.2021-ci il tarixdə çıxarış verilmişdir. Ailə münasibətlərini bərpa etdikdən sonra iddiaçılar bir müddət mübahisəli evdə, yəni hazırda cavabdehin mülkiyyətində olan Yevlax rayon Aşağı Bucaq kədində yerləşən fərdi yaşayış evində yaşamışlar. Həmin fərdi yaşayış evi üzərində Cavabdeh mülkiyyət hüquqları xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış və bu barədə cavabdehə çıxarış verilmişdir. İddiaçılar 2025-ci ilin yanvar ayında daimi yaşamaq üçün mübahisəli ünvandan çıxaraq birgə nikahda olduqları zaman əldə edilmiş, sonradan İddiaçı2 mülkiyyətinə verilmiş ünvan 7 ünvanda yerləşən mənzildə yaşamağa başlamışlar və artıq yaşayış sahəsinə olan tələbatlarını ödəmişlər. Bundan sonra X2 Turanə Yaqub qızına qarşı mülkiyyətin müdafiəsi-əşyaların evdən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-878/2025 saylı qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh məxsus və Yevlax rayonu Yuxarı Bucaq kəndində (yeni qaydalarla ünvan 6 ünvanında yerləşən evdən cavabdeh İddiaçı2 məxsus əşyaların çıxarılması qət etmişdir. Həmin iddia ərizəsi məhkəməyə verildikdən sonra İddiaçı2 xx.xx.2025-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 28.7 kv.m. olan mənzili X3. Bundan sonra isə iddiaçılar yaşayış sahəsinə olan tələbatlarını ödəmək üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdirlər. Məhkəmə iclasında iddiaçıların mübahisəli fərdi yaşayış evindən cavabdeh tərəfindən məcburi qaydada çıxarılmaları müəyyən edilməmişdir. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçıların Cavabdeh mülkiyyətində olan fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi və həmin evə köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220 və 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçılar İddiaçı2 və İddiaçı1 Xaqani oğlunun Cavabdeh qarşı fərdi yaşayış evindən istifadə qaydalarının müəyyən edilməsi və həmin evə köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçılar İddiaçı2 və İddiaçı1 Xaqani oğluna qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev
Məhkəmə qərarları › İş №e-2(039)-1761/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-1761/2025
15.12.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver