Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2023/2025 22.09.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ X13 Elman qızının sədrliyi, Quliyeva Ülkər Fikrət qızının katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, cavabdeh Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbin nümayəndəsi X4, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 Aran Regional Təhsil İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cаvаbdеh Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinə qаrşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dаir iddiаsı üzrə mülki işə məhkəmənin inzibati binasında, аçıq məhkəmə iclаsındа bахаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinin direktoru Günel Yusifzadənin 30 iyun 2025-ci il tarixli, 78 nömrəli əmrinin ləğv edilməsi, onun Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinə ingilis dili müəllim ştatı üzrə vəzifəsinə bərpa olunmağı, məcburi işburaxmaya görə əmək haqqımın ödənilməsi, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manatın və mediasiya xərci olan 50 (əlli) manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2005-ci il tarixli 356 nömrəli əmrinə əsasən İddiaçı Azərbaycan dillər Universitetinin ixtisasartırma və kadrların yenidən hazırlanması fakultəsinin ingilis dili pedaqoji şöbəsini bitirmiş, ixtisası üzrə Xaldan kənd kompleks orta məktəbinə müəllim vəzifəsinə təyin edilmişdir. Həmin ştatda müəllim kimi 20 ilə yaxındır ki, işləmişdir. Qüsursuz işləmiş, işlədiyi müddətdə hər hansı iltizam tənbehi olmamışdır. Belə ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Vİİ qrant müsabiqəsinin qalibidir, müxtəlif fəxri fərmanları var. Həmişə yüksək nəticələri ilə seçilmiş, lakin son 2 ildə səhhətində müəyyən problemləri olduğuna görə tədrisdən uzaqlaşmışdır. Son iki ildə səhhəti ilə, xəstəliyi ilə bağlı fasilələrlə işləmişdir. Aşağıda göstərilən xəstəlik sənədlərindən müəyyən olunur ki, onun hansı səbəbdən fasilələrlə işləmişdir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı- doğum tarixi xx.xx.1985, əlil və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: İmtina edilib. Səbəb:Əlavə müalicəyə ehtiyacın olması. Ətraflı :Nevroloji klinikada əlavə müayinə və müalicə qərarı verildi. Qiymətləndirmə tarixi xx.xx.2023 Azərbaycan RespublikasıƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəTibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı- doğum tarixi xx.xx.1985, əlil və sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilməsi barədə məlumat: İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir. Qiymətləndirmə tarixi xx.xx.2023 Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “TibbiƏrazi X1” Publik Hüquqi şəxs “Akademik və M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” Publik hüquqi şəxs tərəfin dən verilmiş 2879 saylı ambulator xəstənin tibbi vərəqəsindən görünür ki, M51.0 , Z98.8, M51.1, G 83.1, H 81.1, G 93.4, H47.0 keçirilmiş 2022 L4-L5 disk yırtığının lonuioentomiyadan sonrakı vəziyyət Discogeu L4-L5 sağ tərəfli radikulopatiya diaqnozu verilmişdir. Azərbaycan Respublikası Səhiyyə NazirliyiAmbulator kitabçadan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ETM ilə L4-L5 fərəqələrinin transpedikulyar funksiyası L4 fərəqəsinin total laminoekdamiyası, L4-L5 disekdamiya əməliyatı icra edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi MərkəziAran Regional Təhsil İdarəsinin 23 noyabr 2023-cü il tarixli, 592 saylı , Mingəçevir şəhər Tibbi Sosial Ekspertiza Komisssiyasına göndərilmiş məktubundan görünür ki, xx.xx.2023-ci ildən xx.xx.2023-cü ilə kimi SN00007, ******* saylı, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi SN00007, ******* saylı, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi SN00007, ******* saylı, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi SN00007, ******* saylı, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi SN00007, ******* saylı, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi SN00007, ******* saylı, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi SN00007, ******* saylı, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi SN00007, ******* saylı, SN00007, ******* saylı, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi SN00007, ******* saylı tarixlərdə İddiaçı əmək qabiliyyəti olmaması barədə xəstəlik vərəqəsini Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbə təqdim etmişdir. Mingəçevir şəhər Regional Hospital tərəfindən verilmiş müayinə kağızından görünür ki, İddiaçı onurğanın bel-oma şöbələrinin ön-düzünə proyeksiyalı Rgda fizioloji lordonuz saxlanması qeyd edilmişdir. Vital Klinika tərəfindən verilmiş müayinə kağızından görünür ki, İddiaçı L4-L5 diskdə dural kisəni və hər iki L5 sinir kökcüyün sıxan 7mm ölçüsündə geniş əsaslıarxa-mərkəzi yırtıq görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə NazirliyiŞəfa Tibbi Diaqnostika tərəfində verilmiş müayinə kağızından görünür ki, İddiaçı L4-L5 intervertebral diskin geniş əsasla sol paramedian ap-8 mm arxa yırtığı izlənir. Onurğa kanalı davamlı daralır. Müayinə sənədlərindən görünür ki, demək olar ki, əmək qabiliyyətinin 61-80 faizini itirmişdir. Ancaq o, öz ixtisası üzrə işləmək istəyir. Xəstəliyi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2 Hüququ Şəxsin üzərinə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi qoyulması barədə qərar qəbul olunması üçün xx.xx.2024-cü il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. e-2-1(116)-1879/2024 saylı iş açılmaqla xx.xx.2024-cü il tarixdən icraatdadır. Hazırki iş nömrəsi isə e-2-1(116)-395/2025 –dir. Şəki İnzibati Məhkəməsinin e-2-1(116)-395/2025 saylı, 17 aprel 2025-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-tibbi ekspektizası təyin edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil İdarəsinin 22 may 2024-cü il tarixli, 282 saylı Mingəçevir şəhər Tibbi Sosial Ekspertiza Komisssiyasına göndərilmiş məktubundan görünür ki, xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi SN00008,0309743 saylı,xx.xx.2023cü ildən xx.xx.2024-cü ilə kimi SN00008,0309380 saylı, xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilə kimi SN 00008 ******* saylı tarixlərdə İddiaçı əmək qabiliyyəti olmaması barədə xəstəlik vərəqəsini Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbə təqdim etmişdir. 2024cü ildə mən müəllimlərin sertifikasiya imtahanında iştirak etmək dəvət olunmamışdır. Hər hansı məlumat verilməmişdir. Bu il keçirilən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin sertifikasiya imtahanında iştirak etməli oldu. İki-üç ilə yaxındır ki, təhsildən uzaq olduğu üçün aşağı nəticə əldə etdiyi üçün işinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 78 №li əmrinə əsasən İddiaçı ilə xxxxxxx000200 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70 “c” -peşakarlıq səviyyəsinin, ixtisassınınn (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, o, uzun müddətdir ki, Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbində ingilis dili müəllimi kimi fəaliyət göstərmişdir. Bu il keçirilən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin sertifikasiya imtahanında iştirak etmişdir. İki-üç ilə yaxındır ki, təhsildən uzaq olduğu üçün aşağı nəticə əldə etdiyinə görə işinə xx.xx.2025-ci il tarixindən xitam verilmişdir. Onun birinci müəllimlərin sertifikasiya imtahanından xəbəri olmamışdır. Məktəbdən heç bir müəllim heyəti imtahanla bağlı ona məlumat verməmişdir. O, düşünmüşdür ki, xx.xx.2025-ci il tarixdə keçirilən imtahan ilk imtahandır. Onun gələn il üçün ikinci şansı olacaqdır. Göstərilən əmri qanunsuz hesab etdiyindən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suala cavab olaraq bildirdi ki, onun 2024cü ildə keçirilən müəllimlərin sertifikasiya imtahanında iştirak etməli olduğundan xəbəri olmamışdır. Ümumiyyətlə o, 2024-cü il ərzində xəstəliklə bağlı işdə olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddiaçının tələbini müdafiə edərək onun dedikləri ilə eyni məzmunlu izahat verərək işə götürənin qanun pozuntusu etdiyini və buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbin direktoru X10 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbində ingilis dili müəllimi kimi işləmişdir. Məktəbin müəllimləri zəng və “whatsApp” vasitəsi ilə İddiaçı imtahanın vaxtı və yeri barədə dəfələrlə məlumat vermişlər. İddiaçı imtahanda iştirak etməsinin tək səbəbi öz məsuliyyətsizliyidir. İddiaçı anası da ingilis dili müəlliməsi kimi fəaliyyət göstərmişdir. Hətta 2024-cü ildən İddiaçıın anası məktəb direktoru kimi fəaliyyət göstərmişdir. Ən azından anası qızına imtahanın yeri, vaxtı və vacibliyi barədə məlumat verə bilərdi. İddiaçı iddiası əsassız olduğundan iddia tələbinin rədd olunması barədə qətnamə qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X5 Aran Regional Təhsil İdarəsinin nümayəndəsi X6 bildirdiki, 2025-ci ildə ildə keçirilmiş imtahan elə birinci imtahanda kəsilən və iştirak edə bilməyən müəllimlər üçün yaradılmış şansdır. İddiaçı 2024-cü ildə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında iştirak etmədiyi üçün 2025-ci il imtahanı ona verilmiş şansdır. Əgər ikinci imtahandan da müəllimlər keçə bilməsələr onların işinə xitam verilir. Belə müəllimlərdən biridə Aysel xanımdır.İmtahanda az nəticə topladığı üçün onun işinə xitam verilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 çıxış edərək və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Ayselə imtahanla bağlı məktəbi tərəfindən məlumat verilməyib. Onun özünün işlədiyi məktəbdə, məktəb direktoru müəllimlərə iclas keçirərək, sertifikasiya imtahanı bəarədə imtahanda iştirak etməli olan müəllimlərə məlumat vermişdir. Bundan sonra o, evə gələrək qızı İddiaçı ona imtahanla bağlı işlədiyi məktəbdən məlumat verilib-verilməməsini soruşmuş, qızı Aysel isə ona heç bir məlumatın verilmədiyini, xəstəliyi əlaqədar imtahana çağırılmayacığını düşündüyünü demişdir. Onlar düşünmüşlər ki, Aysel 2 ilə yaxın xəstəliyi ilə əlaqədar işə getmədiyi üçün o, imtahanda iştirak edə bilməz və 2025-ci ildə keçrilmiş imtahan Aysel xanım üçün ilk imtahan, kəsildikdən sonra isə ikinci şans kimi ona yenidən şans veriləyəcəyini düşünmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 çıxış edərək və məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, o, Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbində təlim-tərbiyə işləri üzrə müəllim kimi fəaliyyət göstərir. 2024-cü ildə sertifikasiya imtahanı ilə bağlı Aysel xanıma imtahan barədə məlumat vermişdir. Aysel xanım isə ona bülletendə olduğunu demişdir. Hətta Aysel xanımı məlumatlandırmağı barədə məktəb direktoru da ona xəbərdarlıq etmişdir. O bir neçə dəfə imtahan barədə Aysel xanıma zəng vasitəsilə məlumat vermişdir. Hər dəfəsində isə Aysel xanım ona eyni cavabı vermişdir. Məktəbin tək vəzifəsinin müəllimləri imtahan barədə xəbərdalıq etməsi olduğunu, imtahanda iştirak-edib etməmək müəllimlərin öz işləri olduğunu qeyd etmişdir.. Məhkəmə, tərəflərin izahatlarını, şahid ifadələrini, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbin direktoru X10 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 78 nömrəli əmrin surətindən görünür ki, “Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbində” "ingilis dili" müəlimi işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 70."ç" – peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduöu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmişdir; ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbi ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmiş, əsas: AR ƏM-nin 70-ci maddənin “ç” bəndinə əsasən (xx.xx.2025-ci il tarixli, 78 nömrəli əmr) xitam verilmişdir; Tətbiq edilən hüquq: Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 11, bənd "b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Maddə 70, bənd “c”. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumitəhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma” Qaydası: Bənd 5.2. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.3. Təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Bənd 5.4. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlir ki, iddiaçı 23 iyun 2024-cü il tarixdə keçirilmiş sertifikatlaşdırma imtahanında iştirak etməmiş, daha sonra 2025-ci ildə keçirilən təkrar sertifikatlaşdırma imtahanından keçə bilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.3cü bəndinə əsasən təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Həmin Qaydaların 5.4-cü bəndinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. O cümlədən məhkəmə qeyd edir ki, Təhsil haqqında Qanuna əsasən sertifikatlaşdırma-dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması prosedurudur. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Əmək qanunvericiliyinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Göründüyü kimi, iddiaçı peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasına dair sertifikatlaşdırma prosesində 2024-cü ildə iştirak etmədiyi üçün təkrar sertifikatlaşdırmaya cəlb olunmuş, lakin həmin sertifikatlaşdırma prosesində də müvafiq keçid balını toplamadığından Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinin ingilis dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin bütün tələblərinə riayət edilməklə qəbul edilmişdir. Göstərilənlərə əsasən də məhkəmə iddia tələbinin rədd edilməsini qanuni və əsaslı hesab edir. .Göstərilənlərə əsasən, MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı cаvаbdеh Yevlax rayonu Xaldan kənd kompleks tam orta məktəbinə qаrşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma dövrü üçün əmək haqqının ödənilməsi” tələbinə dаir iddiаsı rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aybəniz Babayeva
Məhkəmə qərarları › İş №e-2(039)-2023/2025
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2023/2025
22.09.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver