Məhkəmə qərarları › İş №e-2(039)-2088/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2088/2024

30.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2088/2024 30.10.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Vəkil Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «birgə təsərrüfat idarə edərək inşası tamamlanmış tikiliyə, əvvəl yaşadığı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülmə» və Cavabdeh3 İddiaçı qarşı «ev əşyalarının mülkiyyətində olan torpaqdakı qeyri-yaşayış sahəsindən çıxarılması» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «birgə təsərrüfat idarə edərək inşası tamamlanmış tikiliyə, əvvəl yaşadığı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** saylı qeydiyyat nömrəli Yevlax rayon Balçılı kəndində yerləşən 0,12 ha torpaq sahəsi üzərində inşa edilmiş, dövlət reyestrindən qeydiyyata alınmamış fərdi yaşayış evinə İddiaçı, 26 avqust 2019-cu ildə Melisa və 21 iyun 2022-ci ildə Yusuf adlı uşaqları ilə birlikdə istifadə hüquqlarının tanınmaqla köçürülmələri, 50 manat dövlət rüsumunun, 50 manat mediasiya xərci və 300 manat vəkilə hüquqi xidmətlə bağlı ödənilən pulun cavabdehlərdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinə etirazlam məhkəməyə müraciət edərək, İddiaçı Yevlax rayonu, Balçılı kəndində yerləşən onun mülkiyyətində olan 0.12 ha torpaq sahəsindən istifadə hüququnun tanınması və köçürülməsi barədə iddiasına etiraz edilməklə iddianın təmin edilməməsi barədə qətnaə çıxarılmasını xahiş etmişlər. Cavabdeh3 İddiaçı qarşı «ev əşyalarının mülkiyyətində olan torpaqdakı qeyriyaşayış sahəsindən çıxarılması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qarşılıqlı iddia təmin olunmaqla ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əşyalarının Yevlax rayonu, Balçılı kəndində yerləşən onun mülkiyyətində olan 0.12 ha torpaq sahəsindəki qeyri-yaşayış sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi icraata götürülmüşdür. Cavabdeh3 tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı əşyalarının: künc divanı, servant və 2 termo, stol və 6 stul, yataq dəsti üzərində pakrıval və 2 döşək (2 tumbuçka), uşaq yataq dəsti, termo, şkaf 2 qapılı və jurnal masası, bir dəst bakal – 6 ədəd, çaşka – 6 ədəd, qrafinka və 6 bala stəkan, vaza, 6 çeşka, 6 nəlbəki, 6 bakal, 6 əlavə stəkan, qənd qabı, 6 kruşka, meyvə qabı, qrafinka və 6 bakal, çay servizi dəsti – 6 stəkan, 6 nəlbəki, kofe servizi - 6 çşka, 6 nəlbəki, 1 çaynik, nahar servizi – 6 boşqab, əlavə 6 boşqab aş üçün, 6 boşqab, 2 uzun boşqab, 7 kasa, 3 duz qabı, qazan, meyvə və 2 konfet qabı, güldan yanında 2 qabı, ütü 3 bıçaq, ətçəkən, güldan, 2 meyvə qabı, 3 podnos, çamadanda qarışıq dəst, gül qabı, 2 xala, yorğan – 2 ədəd, döşək – 2 ədəd, balınc – 4 ədəd, yığma divan döşəkləri – 7 ədəd, lüstur – 2 ədəd, duxovka, bıçaq dəsti, qazan dəstinin Yevlax rayonu, Balçılı kəndində yerləşən onun mülkiyyətində olan 0.12 ha torpaq sahəsindəki qeyri-yaşayış sahəsindən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh3 məhkəməyə ərizə ünvanlayaraq, cavabdehə məxsus əşyaların qeyri yaşayış sahəsindən deyil, 012 ha torpaq sahəsində yerləşən yaşayış sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, 2018-ci ildə ailə qurduqdan sonra qayınatasının evinə köçmüşdür. 7-8 ay qayınatasının evində yaşadılar. Həmin müddət ərzində ev inşa edilmişdir. Ev təmir olunandan sonra həmin evə əmlaklarını yerləşdirməklə köçmüşdür. Uşağı belə həmin evdə dünyaya gəlmişdir. Təxminən 7 ay yaşadıqdan sonra Türkiyəyə getmişlər. Qayıtdıqdan sonra da həmin evə gəlmişdir. Qayınatası gil tərəfindən evə kamera qurlaşdırıldı və həmin evdən çıxmışdır. Evin sənədi yoxdur. Hazırda həmin evə köçmək istəyir. Evi atası inşa etmiş və müqabilində pul almamışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izah etdi ki, iddiaçı ilə Cavabdeh2 2018-ci ildə ailə qurmuşlar. İddiaçı qayınatasına məxsus evə köçüşdür. Cavabdeh3 məxsus 0.12 ha torpaq sahəsinin üzərində olan sənədsiz evi birgə nika dövründə inşasını bitirərək həmin evə köçmüşlər. Bir müddət həmin evdə yaşamışlar. Hazıda da həmin evdə olan bütün əşyalar iddiaçıya məxsus əşyalardır. Sonrada Türkiyəyə getmilər. Türkiyədə aralarında mübahisə olduğundan iddiaçı geri qayıdaraq həmin evdə yaşamışdır. Aralarında olan übahisə ilə bağlı iddiaçı şikayətlər etmişdir. Buna görə də onu həmin evdən çıxarmşlar. Hazrda iddiaçı həin evdə istifadə hüququnun tanınmasını və evə köçmək istəyir. Cavabdeh3 izah etdi ki, həmin həyətyanı torpağı 2017-ci ildə başqa bir şəxsdən almışdır. Oğlu evlənən zaman evin bir hissəsi hazır idi. Bir hissəsini də, o inşa etdirmişdir. Arif həmin evdə usta kimi işləmiş və pulu ödənilmişdir. Hazırda Aytacın əmlaklarının çıxarılmasını istəyir. Evə köçürülməsinə də razı deyil. Cavabdeh2 izah etdi ki, 2018-ci ildə ailə qurmuşlar. 1-2 ay atası evində yaşayıb Türkiyəyə getmişlər. Cavabdeh1 izah etdi ki, həmin evi o inşa etdirmişdir. Aytacın həmin evə heç bir hüququ yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadə verərək göstərdi ki, Aytac onun qızıdır. Özü ustadır. Evin üstününün örtülməsi, hasarının çəkilməsi, içinin təmir edilməsi, qaz çəkilməsi və sair işlərini o görmüşdür. Bu işlərin hamısı qızı gəlin köçəndən sonra olmuşdur. Ev inşa edilməndən sonra qızı həmin evdə 7-8 ay yaşamışdır. Uşağı belə həmin evdə doğulmuşdur. Rəhmanın qardaşı barı çəkilən zaman ona fəhləlik etmişdir. Lakin digər işlərdə iştirak etməmişdir. Ev qızı üçün inşa dedildiyindən evdə gördüyü işlər üçün pul almamışdır. Lakin materialları cavabdehlər almışlar. Ev inşa edilən zaman qızı qayınatasının evində idi. Evin bir otağı, zalı və mətbəxi hazırlamış və qızı həmin evə köçmüşlər. Bir otağını isə qızı gil Türkiyədə olan zaman hazırlamışdır. Hazırda da evin içində olan bütün məlaklar qızına məxsusdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, Rəhman onun qardaşıdır. Evin inşasına onlar başlamışdır. Hasar çəkilən zaman Arif ustalıq o isə fəhləlik edirdi. İşləyən hər bir ustanın pulu ödənilmişdir. Evin kürsüsündən başlayıb sona qədər işləmişdir. Arifdən başqa ustalar işləmişdir əvvəlini. Evin damını Arif vurmuşdur. Həmin işdə o iştirak etməmişdir. Ən son hasar çəkilmişdir. Evin içinin təmirini kim etdiyini bilmir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd və qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 05 sentyabr 2019-cu il tarixli AZ-lV 311577 saylı doğum haqqında şəhadətnamədən məlum olur ki, X2 26 avqust 2019-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 10 oktyabr 2023-cü il tarixli formul-Adan məlum olur ki, X5 21 iyun 2022-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli e-2(039)-699/2024 saylı qətnaməsinin surətindən məlum olur ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar anasının himayəsində saxlanılmış və uşaqların saxlanılması üçün aliment müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 31 iyul 2024cü il tarixli arayışdan məlum olur ki, İddiaçı istifadə hüququnun tanınası və evə köçürülmə tələbi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 31 iyul 2024cü il tarixli qəbzdən məlum olur ki, İddiaçı 50 manat mediasiya rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən qəbzdən məlum olur ki, İddiaçı 50 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 04 sentyabr 2024-cü il tarixli qəbzdən məlum olur ki, Cavabdeh3 50 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 19 may 2017ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Cavabdeh3 Yevlax rayonu, Balçılı kəndində 0.12 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsi vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 01 avqust 2024-cü il tarixli arayışdan məlum olur ki, Cavabdeh3 əmlakların evdən çıxarılması tələbi ilə bağlı mediatora müraciət etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax RİHBnın Balçılı kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 oktyabr 2024-cü il tarixli 5-9-7/2-119/2024 saylı arayışından məlum olur ki, Cavabdeh3 Yevlax rayonu, Balçılı kəndində yaşayır. Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin reyestr nömrəsi **********98, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən 0.12 ha həyətyanı torpaq sahəsində yerləşən 2017-ci ildə Cavabdeh3 tərəfindən inşa edilmiş özünə məxsus fərdi yaşayış evi vardır. Evdə əvvəllər yaşayış olmamış və hal-hazırda yaşayış yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Yevlax RİHBnın Balçılı kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 oktyabr 2024-cü il tarixli 5-9-7/2-120/2024 saylı arayışından məlum olur ki, İddiaçı hal-hazırda övladları X6 və X7 ilə birgə Cavabdeh2 babası X1 təsərrüfatında daimi qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İİ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə məhkəmədə müəyyən edildi ki, Cavabdeh2 ilə İddiaçı 2018-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından iki uşaqları olmuşdur. Ailə qurduqdan sonra iddiaçı qayınatası olan Cavabdeh3 evinə köçmüşdür. Cavabdeh3 kənd ərazisində 0.12 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərində sənədsiz fərdi yaşayış evi inşa edilmişdir. İddiaçı ilə cavabdeh bir müddət həmin evdə yaşamışlar. Hazırda da iddiaçının əmlakları həmin evdədir. Sonradan isə Türkiyə Respublikasına köçərək orada yaşamışlar. Sonradan ailə münasibətləri baş tutmadığından ayrılmışlar və aralarında olan nikah pozulmuşdur. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «birgə təsərrüfat idarə edərək inşası tamamlanmış tikiliyə, əvvəl yaşadığı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülmə» və Cavabdeh3 İddiaçı qarşı «ev əşyalarının mülkiyyətində olan torpaqdakı qeyri-yaşayış sahəsindən çıxarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə qeyd edir ki, Cavabdeh3 məxsus torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış hazırda sənədsiz olsa da, Cavabdeh3 müvafiq dövlət qurumuna müraciət edərək, fərdi yaşayış evinə çıxarış ala birlər. Yəni bu Cavabdeh3 gözlənilən hüququdur. Yuxarıda qeyd olunan hallara qiymət verən məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən fərdi yaşayış evindən istifadə hüququ yoxdur. Həmin fərdi yaşayış evi özbaşına tikili deyil. Həmin evə gözlənilən mülkiyyət hüququ vardır. Keçmiş gəlin ilə razılaşma olmayıb. Ailə münasibətlərinə xitam verilmişdir. Eyni zamanda evin təmir edilməsinə iddiaçının atasının xərc çəkməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Məhkəmə toplanmış sübutlara qərəzsiz, obyektiv hüququ qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «birgə təsərrüfat idarə edərək inşası tamamlanmış tikiliyə, əvvəl yaşadığı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülmə» tələbinə dair iddiası rədd edilməli, qarşılıqlı iddia təmin edilməli, İddiaçı məxsus və Yevlax rayonu, Balçılı kəndində yerləşən Cavabdeh3 məxsus 0.12 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən künc divan, servant və 2 termo, stol və 6 stul, yataq dəsti üzərində pakrıval və 2 döşək (2 tumbuçka), uşaq yataq dəsti, termo, şkaf 2 qapılı və jurnal masası, bir dəst bakal – 6 ədəd, çaşka – 6 ədəd, qrafinka və 6 bala stəkan, vaza, 6 çeşka, 6 nəlbəki, 6 bakal, 6 əlavə stəkan, qənd qabı, 6 kruşka, meyvə qabı, qrafinka və 6 bakal, çay servizi dəsti – 6 stəkan, 6 nəlbəki, kofe servizi - 6 çşka, 6 nəlbəki, 1 çaynik, nahar servizi – 6 boşqab, əlavə 6 boşqab aş üçün, 6 boşqab, 2 uzun boşqab, 7 kasa, 3 duz qabı, qazan, meyvə və 2 konfet qabı, güldan yanında 2 qabı, ütü 3 bıçaq, ətçəkən, güldan, 2 meyvə qabı, 3 podnos, çamadanda qarışıq dəst, gül qabı, 2 xala, yorğan – 2 ədəd, döşək – 2 ədəd, balınc – 4 ədəd, yığma divan döşəkləri – 7 ədəd, lüstur – 2 ədəd, duxovka, bıçaq dəsti, qazan dəsti adlı əşyaları çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı «birgə təsərrüfat idarə edərək inşası tamamlanmış tikiliyə, əvvəl yaşadığı fərdi yaşayış evinə istifadə hüququnun tanınması və köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. İddiaçı məxsus və Yevlax rayonu, Balçılı kəndində yerləşən Cavabdeh3 məxsus 0.12 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evindən künc divan, servant və 2 termo, stol və 6 stul, yataq dəsti üzərində pakrıval və 2 döşək (2 tumbuçka), uşaq yataq dəsti, termo, şkaf 2 qapılı və jurnal masası, bir dəst bakal – 6 ədəd, çaşka – 6 ədəd, qrafinka və 6 bala stəkan, vaza, 6 çeşka, 6 nəlbəki, 6 bakal, 6 əlavə stəkan, qənd qabı, 6 kruşka, meyvə qabı, qrafinka və 6 bakal, çay servizi dəsti – 6 stəkan, 6 nəlbəki, kofe servizi - 6 çaşka, 6 nəlbəki, 1 çaynik, nahar servizi – 6 boşqab, əlavə 6 boşqab aş üçün, 6 boşqab, 2 uzun boşqab, 7 kasa, 3 duz qabı, qazan, meyvə və 2 konfet qabı, güldan yanında 2 qabı, ütü 3 bıçaq, ətçəkən, güldan, 2 meyvə qabı, 3 podnos, çamadanda qarışıq dəst, gül qabı, 2 xala, yorğan – 2 ədəd, döşək – 2 ədəd, balınc – 4 ədəd, yığma divan döşəkləri – 7 ədəd, lüstur – 2 ədəd, duxovka, bıçaq dəsti, qazan dəsti adlı əşyaları çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar