Məhkəmə qərarları › İş №e-2(039)-2877/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-2877/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-2877/2024 28.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Kamil Çingiz oğlunun sədrliyi Məmmədov Ruslan Fehruz oğlunun katibliyi Maraqlı şəxs X2 iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs X3 qeyd etməklə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddia tələbi: Ərizəçi İddiaçı maraqlı şəxs X3 qeyd etməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında ərizə ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, X5 il aralarında xx.xx.2018-ci il tarixdə bağlanmış AZ-T № 051333 saylı rəsmi nikah qeydinin pozulması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə Yevlax 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, o, X5 ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. X4 şöbəsində AZ-T № 051333 sayda qeydə alınmışdır. Münasibətləri pozulduğundan nikahın pozulması tələbi ilə Yevlax rayon 1 X7 müraciət etmişdir. Yevlax rayon 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü ildə aralarında barışıq sazişi bağlanmışdır. Həmin sazişin 4-cü maddəsinin şərtinə görə Saziş imzalandığı gündən 10 gün müddətinə könüllü icra olunmalı idi. X1 şərtlərini pozaraq nikahın könüllü pozulması üçün aidiyyatı Yevlax rayon Qeydiyyat Şöbəsinə gəlməmişdir. Yevlax rayon Qeydiyyat Şöbəsi aralarında bağlanmış barışıq sazişini icra etmədi və bu barədə xx.xx.2024-cü il tarixli 2630 saylı imtina məktubu verildi. Ona görə də o, məhkəməyə xüsusi icraat qaydasında müraciət etməli olmuşdur. Tərəflərin izahatları: Ərizəçi İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs X5 məhkəmə iclasında verdiyi izahatında mediasiya prosesi zamanı barışıq sazişinin mahiyyətinin ona tam izah olunmadığını, nikahın pozulmasına razı olmadığını bildirmiş və hazırki ərizənin rədd olunmasını məhkəmədən xahiş etmişdir (müvafiq ərizə təqdim edir). İş materiallarında olan: Yevlax 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, tərəflər xx.xx.2018-ci il tarixdə bağlanmış AZ-T № 051333 saylı rəsmi nikah qeydinin əlavə vaxt verilmədən pozulması ilə bağlı qarşılıqlı razılığa gəlmişdirlər. Yevlax rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 2630 №li, xx.xx.2024cü il tarixli məktubla tərəflərdən biri gəlmədiyinə görə nikahın pozulması üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən Ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsasən Ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın pozulması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən Yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən Ər-arvad bu Məcəllənin 22.1-ci maddəsinə uyğun olaraq uşaqları barədə sazişi baxılmaq üçün məhkəməyə təqdim etmək hüququna malikdirlər. Bu saziş olmadıqda və ya həmin saziş uşaqların maraqlarını pozduqda məhkəmə bu Məcəllənin 22.2-ci maddəsində nəzərdə tutulan qaydada onların mənafeyinin müdafiəsi üçün tədbirlər görür. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən Nikahın məhkəmə qaydasında pozulması ər-arvadın bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-26.1.1-ci maddəsinə əsasən Məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. 1555-VQ №-li 29 mart 2019-cu il tarixli “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 33.3-cü maddəsinə əsasən Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsassızdır və barışıq sazişi ailə qanunvericiliyinin tələbinə zidd olduğundan onun təsdiq edilməsindən imtina edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki barışıq sazişinin şərti kimi yalnız tərəflər arasında bağlanmış nikahın vaxt verilmədən pozulması göstərilmişdir. Ailə qanunvericiliyi ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda, habelə ər-arvadın razılığı olduqda, lakin onlardan biri müvafiq icra hakimiyyəti orqanında nikahın pozulmasından yayındıqda (ərizə verməkdən imtina etdikdə, nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədikdə və s.) nikahın məhkəmə qaydasında pozulmasını, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilməsini nəzərdə tutmuşdur. Hazırki, halda isə sözügedən nikahın tərəflərindən biri olan maraqlı şəxs nikahın pozulmasına razı olmadığını və mediasiya prosesi zamanı barışıq sazişinin mahiyyətinin ona tam izah olunmadığını bildirmişdir. Məhkəmə eyni zamanda bildirir ki, tərəflərin barışıq sazişinin şərtlərini mübahisələndirmək və bununla bağlı məhkəməyə müraciət etmək hüquqları vardır. Nikahın tərəflərindən biri olan maraqlı şəxsin yuxarıda göstərilən mövqeyindən həmin sazişinin şərtlərini mübahisələndirdiyi müəyyən olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilməsin. Ərizəçi İddiaçı maraqlı şəxs X3 qeyd etməklə mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə (Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamil Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar