Məhkəmə qərarları › İş №e-2(039)-36/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-36/2024

11.09.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-36/2024 11.09.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinin (SOCAR) nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft şirkətinə (SOCAR) və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «torpaqdan istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və yaradılmış maneələr nəticəsində vurulmuş 139377 manat məbləğində dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki işə Yevlax şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinə (SOCAR) qarşı «torpaqdan istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və yaradılmış maneələr nəticəsində vurulmuş 139377 manat məbləğində dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Dövlət Neft Şirkətinin üzərinə (SOCARA) Yevlax rayonu Cırdaxan kəndində yerləşən 3.76 ha torpaq sahəsindən istifadə edilməsinə yaradılmış maneələrin aradan qaldırılması vəzifələrinin qoyulmasına və torpaqdan istifadəyə maneə yaradılması nəticəsində vurulmuş 139377 manat məbləğində maddi ziyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Dövlət Neft şirkəti (SOCAR) iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, ona məxsus 3.76 ha torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına düşən 0.6965 ha hissəsinə görə 5813 manat kompensasiya və torpaq sahəsindən istifadəyə yaradılmış maneələrə görə 139377 manat məbləğində dəymiş maddi ziyanın ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə cavabdeh kimi cəlb edilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, ona məxsus 3.76 ha torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına düşən 0.6965 ha hissəsinə görə 5813 manat kompensasiya və torpaq sahəsindən istifadəyə yaradılmış maneələrə görə 139377 manat məbləğində dəymiş maddi ziyanın ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, torpaqdan istifadə edə bilmir. Yoldaşı 2014-cü ildən müraciətlər etmişdir. Buna baxmayaraq heç bir nəticə olmamışdır. İddiaçı məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinin (SOCAR) nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında izah etdi ki, kəmər torpaq islahatından öncə çəkilmişdir. Mühafizə zolağı gözləmədən torpaq mülkiyyətə verilmişdir. Cavabdehə torpaqdan istifadəsinə hər hansı maneəçilik yoxdur. Məhkəmənin əvvəlki iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izah etmişdir ki, iddiaçı torpaqdan ümumiyyətlə istifadə etməmişdir. Həmin torpaqdan faktiki olaraq məhrum olmuşdur. Ona görə də, hazırda kompensasiya və ziyan tələb edir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 14 mart 2023-cü il tarixli çıxarışdan məlum olur ki, İddiaçı Yevlax rayonu, Cırdaxan kəndində 3.76 ha torpaq sahəsi vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Neft şirkətinin (SOCAR) 27 mart 2023-cü il tarixli 14-2/2-1028/2023 saylı məktubundan məlum olur ki, İddiaçı vəkilinə kompensasiya verilməsi ilə bağlı qaldırdıqları məsələnin müsbət həllinin olmaması bildirimişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 01 fevral 2021ci il tarixli 001708 saylı vəsiqənin məlum olur ki, İddiaçı şəhid ailəsi üzvüdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Əmlakın Qiymətləndirirlməsi MMC-nin 04 noyabr 2022-ci il tarixli ƏQ-231/2022 saylı rəyindən məlum olur ki, Yevlax rayonu, Cırdaxan kəndində yerləşən 3.76 ha torpaq sahəsindən yonca bitkisi əkməklə 2015-ci ildən 2022-ci ilədək 139377 manat gəlir əldə etmək mümkündür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Yevlax Rayon Məhkəməsinin 24 iyul 2023-cü il tarixli e-2(039)-1537/2023 saylı qərardadından məlum olur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinə (SOCAR) qarşı «torpaqdan istifadəyə yaradılmış maneələrin aradan qaldırılması və yaradılmış maneələr nəticəsində vurulmuş 139377 manat məbləğində dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə ekspertiza təyin edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2024-cü il tarixli 3-16-16/2- 10/9340 saylı ekspert rəyindən görünür ki, iş üzrə İddiaçı mülkiyyətinə Yevlax rayonu, Cırdaxan kəndi ərazisində **********37 reyestr nömrəli çıxarışla verilmiş 3.76 ha torpaq sahəsindən qaz kəməri keçmir. Torpaq sahəsinin 0.6965 ha hissəsi qaz kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən 14 avqust 2023-cü il tarixli aktdan məlum olur ki, Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik qaydalarının tələblərinə uyğun olaraq qaz kəmərinin mühafizə zonasında yerləşən torpaq sahələri üzərində hər hansı şumlama və əkin işlərinin aparılması qaydası vətəndaşlara izah edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Dövlət Neft şirkətinin (SOCAR) 11 iyul 2024-cü il tarixli ER-01/19 saylı arayışından məlum olur ki, “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin balans və istismarda olan, Yevlax rayonu ərazisindən keçən, yüksək təzyiqli, diametri 1020 mm-lik Qazıməmməd –Qazax magistral qaz kəməri 1980-ci ildə çəkilərək istismara verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yevlax X1 Mərkəzinin 08 avqust 2024-cü il tarixli 3- 22-3-66/2-38/2024 saylı cavabından məlum olur ki, Yevlax rayonu ərazisində 1 hektar yonca sahəsini rayonun torpaq-iqlim şəraitinə uyğun olaraq mövsüm ərzində 4-5 dəfə biçmək olar. Biçin sayına uyğun olaraq orta hesabla hər hektar sahədən 150-200 ədəd ot kipi götürmək mümkün olur. Bir ədəd ot kipinin çəkisinin orta hesabla 20-22 kq. olduğunu nəzərə alsaq, 1 hektar yonca bitkisi sahəsindən bir təsərrüfat ili ərzində 14-15 ton məhsul götürmək olur. Bir yonca kipinin orta bazar qiymətinin 2.5-3 manat olduğunu nəzərə alsaq ümumilikdə 1 hektardan 600-700 yonca kipi alındığından 1500-1800 manat xərclər daxili gəlir əldə etmək mümkündür. Beləliklə məhkəmədə müəyyən olundu ki, “Qaz İxrac” İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsinin balans və istismarda olan, Yevlax rayonu ərazisindən keçən, yüksək təzyiqli, diametri 1020 mm-lik Qazıməmməd–Qazax magistral qaz kəməri 1980-ci ildə çəkilərək istismara verilmişdir. İslahat zamanı iddiaçıya Yevlax rayonu, Cırdaxan kəndində 3.76 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.6965 ha hissəsi qaz kənərinin mühafizə zolağına düşür. İddiaçının həyat yoldaşı 2014-cü ildən müxtəlif dövlət orqanlarına müraciət edərək, torpaqdan istifadəsinə yaradılan maneələrin aradan qaldırılmasını və ona kompensasiya ödənilməsini xahiş etmişdir. Lakin müraciətləri əsasında ona kompensasiyanın ödənilməsi mümkün olmadığı bildirilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, ona məxsus 3.76 ha torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına düşən 0.6965 ha hissəsinə görə 5813 manat kompensasiya və torpaq sahəsindən istifadəyə yaradılmış maneələrə görə 139377 manat məbləğində dəymiş maddi ziyanın ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə həmin torpaq sahəsində yonca bitkisi əkərək gəlir əldə etdiyini bildirmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yevlax X1 Mərkəzi məhkəməyə bildirmişdir ki, Yevlax rayonu ərazisində 1 hektar yonca sahəsini rayonun torpaq-iqlim şəraitinə uyğun olaraq mövsüm ərzində 4-5 dəfə biçmək olar. Biçin sayına uyğun olaraq orta hesabla hər hektar sahədən 150-200 ədəd ot kipi götürmək mümkün olur. Bir ədəd ot kipinin çəkisinin orta hesabla 20-22 kq. olduğunu nəzərə alsaq, 1 hektar yonca bitkisi sahəsindən bir təsərrüfat ili ərzində 14-15 ton məhsul götürmək olur. Bir yonca kipinin orta bazar qiymətinin 2.5-3 manat olduğunu nəzərə alsaq ümumilikdə 1 hektardan 600-700 yonca kipi alındığından 1500-1800 manat xərclər daxili gəlir əldə etmək mümkündür. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikası dövlət büdcəsindən 10447.50 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, qaz kəməri 1980-ci ildə çəkildiyindən və torpaq sahəsi iddiaçının mülkiyyətinə 1998-ci ildə verildiyindən iddia cavabdeh Azərbaycan Respublikası Dövlət Neft şirkətinə (SOCAR) qarşı rədd edilməlidir. Həmçinin məhkəmə iddianın iddiaçıya məxsus 3.76 ha torpaq sahəsinin qaz kəmərinin mühafizə zolağına düşən 0.6965 ha hissəsinə görə 5813 manat kompensasiya verilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı torpaq sahəsindən məhrum olmamış, torpaq sahəsi onun xüsusi mülkiyyətində qaldığından iddia bu hissədə rədd edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçıya faktiki olaraq 0.6965 ha torpaq sahəsindən istifadə etməsinə maneəçilik törədilmişdir. Həmin maneçiliyin aradan qaldırılması üçün 2014-cü il tarixdə müraciətlər olduğundan iddiaçı ona dəymiş ziyanı (əldən çıxmış faydanın) tələbini torpaq sahəsinin o hissəsinə dair tələb edə bilər. Belə ki, məhkəmə prosesi zamanı məlum olmuşdur ki, 1 hektar torpaq sahəsində yonca bitkisi əkməklə xərclər daxili 1500-1800 manat gəlir əldə etmək mümkün olduğu bildirilmişdir. Bu səbəbdən də məhkəmə 1 hektar torpaq sahəsində xərcləri çıxmaqla bir il ərzində 1500 manat gəlir əldə etmək mümkün olduğu qənaətində gəlir. 0.6965 ha torpaq sahəsində isə bir il ərzində 1044.75 manat gəlir əldə etmək mümkün olduğunu nəzərə alaraq, 2014-cü ildən 2024-cü ilədək 10447.50 manat gəlirdən iddiaçı məhrum olması qənaətinə gəlir. Həmin məbləğ isə Dövlət büdcəsindən tutularaq iddiaçıya verilməlidir. Habelə məhkəmə qeyd edir ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, aqrar islahatlarının aparılması çərçivəsində iddiaçıya və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə Yevlax rayonu, Aqrar İslahat Komissiyasının 1998-ci il 31 yanvar tarixli, 27 nömrəli qərarı ilə torpaq sahələri verilmiş, torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə təmin olunmuşlar. Həmçinin, müəyyən edilir ki, həmin torpaqlar iddiaçıya verilərkən magistral qaz boru kəmərinin keçdiyi torpaq sahələri yararlı torpaq sahəsi kimi özəlləşdiriləcək torpaq sahələrinin tərkibinə daxil edilmiş, iddiaçıya verilmiş torpaq sahəsinə dair məhdud istifadəyə dair müqavilə bağlanmamış, həmin torpaq sahələrinə dair öhdəliklər və məhdudiyyətlər dövlət qeydiyyatına alınmamışdır. Bundan başqa, müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə Aqrar İslahat Komissiyası ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə Aqrar İslahat Komissiyası ləğv edilmiş və ləğv edilən komissiyanın müvafiq sənədlərinin Kənd Təsərrüfatı Nazirliyinə təhvil verilməsinin təmin olunması Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır. Fərmanın icrası məqsədilə Azərbaycan Respublikası X2 Komissiyasının müvafiq sənədləri təhvil verilərkən müraciətdə qeyd olunan Yevlax rayon X2 Komissiyası tərəfindən verilmiş torpağa mülkiyyət hüququna dair müvafiq dövlət aktı Nazirliyə təhvil verilməmişdir. Məhkəmə qeyd edir ki, mülki iş üzrə iddiaçı vaxtı ilə müvəqqəti yaradılmış və sonradan ləğv edilmiş Aqrar İslahat Komissiyası qərarını mübahisələndirmirdir. O yalnız ona vaxtı ilə ayrılmış və bütün yuxarıda qeyd olunan proseslərin nəticəsi etibarı ilə dövlət orqanlarının qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona ayrılmış torpaq sahəsindən istifadə və ümumilikdə torpaq sahələri ilə bağlı hüquqlarının həyata keçirə bilməməsi ilə bağlı dəymiş ziyan və kompensasiyanın ödənilməsini xahiş edirdir. Bununla yanaşı, yuxarıda qeyd edilən maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahələrinin təyinatına uyğun istifadəsindən məhrum olması ilə əlaqədar iddiaçıya vurulmuş maddi ziyan və kompensasiyaya görə cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi məsuliyyət daşımamalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya məxsus torpaq sahəsi barədə Aqrar islahat keçirilməmişdən, daha əvvəl magistral boru kəmərləri həmin torpadan keçmiş və istismara verilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz İxrac İdarəsi də qanunvericiliklə uyğun olaraq müəyyən olunmuş mühafizə zonası daxilində demontaj işləri aparmış və belə olan təqdirdə sonuncu tərəfindən mülki hüquq pozuntusu (delikt) halı müəyyən olunmur. İddia tələbi üzrə vurulmuş ziyanın və kompensasiyanın Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmasına dair məhkəmə hesab edir ki, yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maliyyə Nazirliyi dövlət büdcəsindən maliyyələşən mərkəzi icra hakimiyyəti orqanıdır, onun hesabındakı vəsait isə dövlət orqanı kimi onun saxlanması xərcləridir (Nazirliyin mərkəzi aparatı işçilərinin əmək haqqı, dəftərxana ləvazimatlarının alınması və s.) və Nazirlik hər hansı sərbəst vəsaitə malik deyildir. Maliyyə Nazirliyinin kredit sərəncamçıları əvəzinə vəsaiti hər hansı bir təyinata yönəltmək səlahiyyəti yoxdur. Ziyan və kompensasiya məbləği ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Yevlax X1 Mərkəzi məhkəməyə bildirmişdir ki, Yevlax rayonu ərazisində 1 hektar yonca sahəsini rayonun torpaq-iqlim şəraitinə uyğun olaraq mövsüm ərzində 4-5 dəfə biçmək olar. Biçin sayına uyğun olaraq orta hesabla hər hektar sahədən 150-200 ədəd ot kipi götürmək mümkün olur. Bir ədəd ot kipinin çəkisinin orta hesabla 20-22 kq. olduğunu nəzərə alsaq, 1 hektar yonca bitkisi sahəsindən bir təsərrüfat ili ərzində 14-15 ton məhsul götürmək olur. Bir yonca kipinin orta bazar qiymətinin 2.5-3 manat olduğunu nəzərə alsaq ümumilikdə 1 hektardan 600-700 yonca kipi alındığından 1500-1800 manat xərclər daxili gəlir əldə etmək mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinin tələbinə görə, Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsinə əsasən Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası dövlət büdcəsindən 10447.50 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar