Məhkəmə qərarları › İş №e-2(039)-391/2025

Yevlax Rayon Məhkəməsi Qərardad — İş №e-2(039)-391/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Yevlax Rayou İş № e-2(039)-391/2025 03.04.2025 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi, Vəliyev Rövşən Rafail oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 105 NFPK nömrəli kredit müqaviləsinə əsasən yaranmış 7.859,84 (yeddi min səkkiz yüz əlli doqquz manat 84 qəpik) manat əsas, 176,83 (bir yüz yetmiş altı manat 83 qəpik) manat faiz, 0,16 (on altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 8.036,83 (səkkiz min otuz altı manat 83 qəpik) manat kredit borcunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün tərəfimizdən ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının, eləcə də iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 100,37 (bir yüz manat 37 qəpik) manat dövlət rüsumunun ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə ünvanında yerləşən 27 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda qeyd olunmuş borcun ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. LPO İddiaçı ASC-nin, ləğvedicisi X1 Kreditlərin idarə edilməsi departamentinin Məhkəmələrlə iş möbəsinin müdiri X5 məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim etmiş və həmin ərizədə "AtaBank” Açıq Səhmdar Cəmiyyəti ilə X2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 105 NFPK nömrəli kredit müqaviləsinə əsasən yaranmış 7.859,84 (yeddi min səkkiz yüz əlli doqquz manat 84 qəpik) manat əsas, 176,83 (bir yüz yetmiş altı manat 83 qəpik) manat faiz, 0,16 (on altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 8.036,83 (səkkiz min otuz altı manat 83 qəpik) manat kredit borcunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün tərəfimizdən ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının, eləcə də iddia qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 100,37 (bir yüz manat 37 qəpik) manat dövlət rüsumunun Cavabdeh1 tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, 22-ci məhəllə ünvanında yerləşən 27 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına yuxarıda qeyd olunmuş borcun ödənilməsi, satışdan əldə olunacaq vəsait yuxarıda qeyd olunmuş borcun ödənilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 32.4 və 32.5-ci maddələrinin tələbinə görə, aidiyyət haqqında məsələ qalxdıqda hakim əsaslandırılmış qərardad çıxarır. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 36.2-ci maddəsinə əsasən Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Azərbaycan Respublikası MPM-nin 45.1-ci maddəsinə əsasən Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Azərbaycan Respublikası MPM-nin 45.2-ci maddəsinə əsasən Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Azərbaycan Respublikası Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanununun 3-cü maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşı barədə — yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Yaşayış yeri müəyyən edilir. Məhkəmə, LPO İddiaçı ASC tərəfindən hazırki işlə bağlı iddia ərizəsində cavabdeh qismində ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh2 göstərildiyi üçün məhkəmənin icraatına götürüldüyünü qeyd edir. İddiaçı LPO İddiaçı ASC-nin dəqiqləşdirmə ərizəsində tələb yalnız Cavabdeh1 yönəldiyi və sonuncunun ünvan 3 ünvanında qeydiyyatda olması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh1 ünvan 3 ünvanında qeydiyyatda olduğundan hazırkı mülki iş aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 35.1, 263-264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 qarşı “kredit borcunun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Yevlax Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar