Məhkəmə qərarları › İş №e-2(039)-791/2023

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-791/2023

12.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-791/2023 12.04.2023 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Məhkəmə iclasının katibi Cəlilov Ruslan Elmi oğlunun katibliyi X3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, X1 və İddiaçı maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı «sənədin məxsusluğunun müəyyən edilməsi» haqqında mülki işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 və İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «sənədin məxsusluğunun müəyyən edilməsi» haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Yevlax rayon Aqrar İslahat komissiyasının 01 avqust 1998-ci il tarixli 24 saylı qərarı əsasında İddiaçı Şamil qızı, X16, X17, X11 ilə birgə X18 0.06 ha torpaq sahəsinin verilməsi barədə JN-180A kod 90111038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin İddiaçı və X6 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. X3 nümayəndəsi və vəkili Nümayəndə ərizəni müdafiə edərək izah etdi ki, Yevlax rayon Aqrar İslahat komissiyasının 01 avqust 1998-ci il tarixli 24 saylı qərarı ilə ərizəçilərə və ailə üzvlərinə Yevlax rayonu, Yuxarı Salamabad kəndində 0.06 ha həyətyanı torpaq sahəsi verilmiş və buna dair adlarına JN-180A, kod ********* saylı şəhadətnamə işlənmişdir. X2 müvafiq olaraq X10 və İddiaçı isə İddiaçıl qızı kimi göstərilmişdir. Torpaq şəhadətnaməsində adlar səhv yazılmışdır. Sənəddə olan səhvi başqa formada aradan qaldırmaq mümkün olmadığından onlar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. JN-174F, kod ********* saylı şəhadətnamə də ərizəçinin qardaşı Fikrət Şirinovun adına işlənmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxsın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X22 ifadə verərək göstərdi ki, JN- 180A saylı şəhadətnamə qayını Allahverdiyə məxsusdur. Onların özlərinin torpağı var və həmin torpağa dair adlarına JN-174F saylı şəhadətnamə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsindən verilmiş 29 mart 2023-cü il tarixli, **********2 saylı məktubdan görünür ki, X7 və İddiaçı şəhadətnamədə düzəlişin edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair JN-180A KOD ********* saylı şəhadətnamənin surətindən məlum olur ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli 24 saylı qərarı ilə X18, İddiaçı Şamil qızına, X12, X13 və X9 0.06 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 01 fevral 2019-cu il tarixli AZ-l 968715 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X21 21 yanvar 2019-cu il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinin tələbinə görə məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.1 və 307.2.11-ci maddələrinin tələbinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları məhkəmə həmin şəxsə məxsus olması faktını müəyyən edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının Qanununun 9 və 10-cu maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1997-ci il tarixli 534 №-li Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə iclasında təkzib edilməz sübutlarla müəyyən edilir ki, Yevlax rayon Aqrar İslahat Komissiyasının 01 avqust 1998-ci il tarixli, 24 saylı qərarı əsasında ərizəçilərə və onların ailə üzvlərinə 0.06 hektar torpaq sahəsi verilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-180A KOD ********* saylı şəhadətnamədə texniki səhvə yol verilmiş ərizəçilərin adı səhv qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçilərin və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-180A KOD ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X6 və İddiaçı məxsusluğu faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 312-316 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçilərin və ailə üzvlərinin adına verilmiş Yevlax rayon Aqrar İslahat Komissiyası tərəfindən tərtib edilmiş JN-180A KOD ********* saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin X6 və İddiaçı məxsusluğu faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Yevlax Rayon Məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən Ruslan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar