Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № e-2(039)-810/2024 24.04.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Ruslan Əliyar oğlunun sədrliyi Cəlilov Ruslan Elmi oğlunun katibliyi İddiaçı, nümayəndəsi və vəkili X1 Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddiası üzrə işə Yevlax Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrəsinə əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 0.2499 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 130.70 kv/m-dən ibarət olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdehin ona məxsus 130 kv.m fərdi yaşayış evindən çıxarılmasını istəyir. Həmin həyətdə bir ev var. İkinci tikili anbardır. Öz evinə gedə bilmir. Mülkiyyət onundur, o da cavabdehi öz evində görmək istəmir. İddiaçı nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək izah etdi ki, cavabdeh iddiaçının oğlu ilə ailəli olmuşdur. Ailəli olduqları vaxt iddiaçıya məxsus Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 130 kv.m fərdi yaşıyış evinə köçmüşlər. Hazırda iddiaçının oğlu ilə cavabdeh arasında olan nikah pozulmuşdur. İddiaçı yeddi aydır öz evinə gedə bilmir. İddiaçı öz mülkiyyətindən istifadə edə bilmir. Ona görə də cavabdehin ona məxsus evdən çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izah etdi ki, evdən çıxmaq fikri yoxdur. Onun iki azyaşlı övladı var. Yaşamağa yeri yoxdur. Kirayəyə çıxmaq üçün də maddi imkanı yoxdur. Uşaqlar biri məktəbə, biri isə bağçaya gedir. Uşaqlar başqa qohum evində belə qalmırlar. Belə ki ağlayaraq öz evlərinə qayıtmaq istəyirlər. Həmin həyətdə iki ev vardır. İddiaçı orada yaşaya bilər. Ev onun balalarınındır və evdən çıxmayacaq. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 08 yanvar 2024-cü il tarixli ********** saylı çıxarışdan məlum olur ki, Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 0.2499 ha torpaq sahəsində və 130.7 kv.m fərdi yaşayış evi İddiaçı məxsusdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Mingəçevir Şəhər Məhkəməsinin 19 mart 2024-cü il tarixli 2(051)-517/2024 saylı qətnaməsindən məlum olur ki, X2 ilə Cavabdeh arasında 25 avqust 2017-ci il tarixdə bağlanmış nikah qeydi pozulmuşdur. Beləliklə iş materiallarından və tərəflərin izahatlarından məlum olur ki, iddiaçının oğlu X2 ilə Cavabdeh arasında 25 avqust 2017-ci il tarixdə nikah bağlanmıdır. Cavabdeh iddiaçıya məxsus evə köçmüşdür. Mingəçevir Şəhər Məhkəməsinin 19 mart 2024-cü il tarixli 2(051)-517/2024 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı Cavabdeh qarşı «evdən çıxarılma» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrəsinə əsasən tam mülkiyyət hüququ ilə ona məxsus olan Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 0.2499 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 130.70 kv/m-dən ibarət olan fərdi yaşayış evindən məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir. Yuxarıda qeyd olunan hallara qiymət verən məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən fərdi yaşayış evindən istifadə hüququ yoxdur. Ona görə də iddia təmin edilməli, Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrəsinə əsasən tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 0.2499 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 130.70 kv/m-dən ibarət olan fərdi yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.2-ci maddəsinin tələbinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində qeydə alındığı tarixdən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin tələbinə görə, Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxs tərəfindən verilmiş ********** saylı Qeydiyyat nömrəsinə əsasən tam mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Yevlax rayonu, Aşağı Salamabad kəndində yerləşən 0.2499 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 130.70 kv/mdən ibarət olan fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ruslan Əlizadə
Məhkəmə qərarları › İş №e-2(039)-810/2024
Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №e-2(039)-810/2024
24.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver