Məhkəmə qərarları › İş №e-2(040)-1048/2025

Kəlbəcər Rayon Məhkəməsi Qərardad — İş №e-2(040)-1048/2025

16.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Göygöl rayonu İş № e-2(040)-1048/2025 16.07.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Kəlbəcər Rayon Məhkəməsinin hakimi Qəniyev Həsən Salman oğlu, İddiaçı – İddiaçı Cavabdeh – Cavabdeh qarşı “Miras qalmış evin satışından əldə olunmuş pul vəsaitinin valideynlərinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi və həmin pul vəsaitinin yarısına vərəsəlik hüququnun tanınması tələbinə dair” iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri Kəlbəcər Rayon Məhkəməsinin binasında məhkəmə iclasından kənar nəzərdən keçirib, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, atası X1 miras qalmış: Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti ünvanında yerləşən, ümumi sahəsi 80,9 kvadratmetr olan üçotaqlı fərdi yaşayış evinin satışından əldə olunmuş 460000 (dörd yüz altmış min) manat pul vəsaitinin iddiaçının valideynlərinin birgə nikah dövründə əldə olunmuş əmlak hesab edilərək ümumi pulun yarısına- atasına düşən hissəsinə vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində cavabdehin qeydiyyatda olduğu ünvan “ünvan 2dırması zamanı əldə edilmiş “Elektron məhkəmə informasiya sistemi”ndə cavabdehin şəxsi məlumatları bölməsindən çıxarışdan görünür ki, Cavabdeh “ünvan 3 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Mülki Prosessual Məcəllə) 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, 2(040)-1048/2025 saylı mülki iş üzrə ərazi aidiyyəti düzgün seçilmədiyinə görə, iddia ərizəsinin icraata qəbul edilərək baxılması mümkün deyildir və iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah edilir ki, Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, hazırki tələblə ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı “Miras qalmış evin satışından əldə olunmuş pul vəsaitinin valideynlərinin birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi və həmin pul vəsaitinin yarısına vərəsəlik hüququnun tanınması tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən geri qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə (elektron formada) Kəlbəcər Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həsən Qəniyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar