Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1112/2025 07.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh aralarında Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 12 mart 2025-ci il tarixdə rəsmləşdirilmiş 12 nömrəli nikah aktı qeydinin bağlandığı andan etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 12 mart 2025-ci il tarixdə nikah bağlanması haqqında akt qeydlər kitabında 12 nömrə ilə qeyd etdirməklə nikaha daxil olmuş, lakin ər-arvad kimi yaşamamışlar; Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində 12 mart 2025-ci il tarixdə nikah bağlanma haqqında şəhadətnaməni alandan sonra tərəflərin fərqli xasiyyətdə olmaları nəticəsində, aralarında tez-tez əsassız mübahisələr, dava-dalaşlar olduğundan toy etməmiş, bir gün də olsun belə ailə münasibətlərini davam etdirməmiş, tərəflərdən hər biri özlərinə məxsus evlərində ayrı yaşamışlar. İddiaçı “ünvan 1 ünvanında məskunlaşan valideynlərinin yanında, Cavabdeh isə Göygöl rayonunun Aşıqlı kəndində məskunlaşan valideynlərinin yanında yaşayırlar. Ailə kimi bir yerdə yaşamadıqlarına görə aralarında olan nikah şəhadətnaməsi bağlandığı andan formal sənəd olduğu üçün etibarsız hesab edilməlidir. İddiaçı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kəlbəcər rayon qeydiyyat şöbəsinə nikahlarının etibarsız olması ilə bağlı müraciət etmiş və Kəlbəcər rayon qeydiyyat şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 10 iyul 2025-ci il tarixli 202 nömrəli imtina məktubu ilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi vasitəsi ilə təmsil olunmuşdur; Cavabdeh gələməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirmişdir ki, tərəflər 12 mart 2025-ci il tarixdə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuşlar. Onların nikaha daxil olmaqda məqsədləri əslində ailə qurmaq deyil, Kəlbəcər rayonundan ev almaq olmuşdur. Lakin sonradan münasibətləri uyğun olmamışdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh iştirak etdiyi 09 sentyabr 2025-ci il tarixli hazırlıq iclasında iddianı qəbul edərək və iddia ərizəsinin məzmumuna razılığını bildirərək qeyd etmişdir ki, iddiaçı ilə 12 mart 2025-ci il tarixdə rəsmi nikaha daxil olsa da, faktiki olaraq heç vaxt ər-arvad münasibətlərində olmamışlar. İddiaçı ilə rəsmi nikaha daxil olmaqda məqsədi əslində normal ailə qurmaq olmuş, lakin rəsmi nikaha daxil olduqdan sonra bilmişdir ki, iddiaçı ilə heç vaxt xasiyyətləri uyğun gəlməyəcədir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən 12 mart 2025ci il tarixdə verilmiş AZ-İİ № 648021 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı ilə X1 arasında 12 mart 2025-ci il tarixdə 12 nömrə ilə qeydə alınmışdır. Nikah bağlanıldıqdan sonra ərə- “Cabbarov”, arvada- “Cabbarova” soyadları verilmişdir. İş materiallarında olan: Kəlbəcər Rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 10 iyul 2025-ci il tarixli 202 nömrəli məktubdan görünür ki, ona Cabbarova (Ələsgərova) Savad Əsgər qızı ilə 12 mart 2025-ci ildə Kəlbəcər Rayon Qeydiyyat Şöbəsində qeyd olunan nikahlarının etibarsız hesab olunması ilə bağlı Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25-ci maddəsinə əsasən məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan: Gəncə 2 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00177) X2 tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli MŞG/MT033/2025-00414 saylı “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etsələr də prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 60 (altmış) manat xərci tam ödəmişdir. İş materiallarında olan: Gəncə 2 saylı Mediasiya Təşkilatında fəaliyyət göstərən mediator (mediasiya reyestrində qeydiyyat nömrəsi: M-00177) X2 tərəfindən verilmiş 22 iyul 2025-ci il tarixli MŞG/MT033/2025-00414 saylı “mediasiya xidmətlərinin göstərilməsi barədə” müqavilənin surətindən görünür ki, mübahisə tərəfləri təsdiq edirlər ki, onlar “Mediasiya xidmətləri üçün haqqın və digər xərclərin ödənilməsinə dair qayda” ilə tanış oldular və bu müqaviləyə əlavə edilmiş mediasiya xərclərini ödəyəcəklər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -10.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur; -11.1-ci maddəsinə əsasən, nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, bu Məcəllənin 13-cü maddəsinə uyğun olaraq, tibbi müayinədən keçmələri və onların nikah yaşına çatmaları zəruridir; -11.2. bu Məcəllənin 12-ci maddəsində göstərilən hallarda nikah bağlana bilməz. -12.0-cı maddəsinə əsasən, aşağıdakı şəxslər arasında nikahın bağlanmasına yol verilmir: 12.0.1. yaxın qohumlar (valideynlər və uşaqlar, baba-nənə və nəvələr, doğma və ögey (ümumi ata və anası olan) qardaş və bacılar); 12.0.2. övladlığa götürənlər və övladlığa götürülənlər; 12.0.2-1. qardaşların və (və ya) bacıların ümumi bioloji baba və (və ya) nənəsi olan uşaqları; 12.0.2-2. bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu; 12.0.3. ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər; 12.0.3-1. bu Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş tibbi müayinədən keçməyən şəxslər; 12.0.3-2. ikisindən biri və ya hər ikisi Azərbaycan Respublikası ərazisində qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər; 12.0.4. ikisindən biri və ya hər ikisi ruhi xəstəlik və ya əqli gerilik nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslər. -13.7-ci maddəsinə əsasən, nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. -25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. -25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. -25.3-cü maddəsinə əsasən, nikahın etibarsız sayılması barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. -25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. -26.1-ci maddəsinin tələblərindən görünür ki, aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.1. nikah yaşına çatmayan şəxslə nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad); 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, iddiaçı tərəfindən nikahın etibarsız sayılması tələbinə dair iddia ərizəsi yetərli olaraq əsaslandırılmamış, həmçinin nikahın etibarsız sayılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 10-12 və 13.7-ci maddələrində nəzərdə tutulmuş şərtlərin pozulması məhkəmə tərəfindən aşkar edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Мülki Prosessual Мəcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1112/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1112/2025
07.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver