Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-112/2025 13.02.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı-İddiaçı, Cavabdeh-Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "xüsusi təyinatlı yaşayış sahəsi olan mənzilə köçürülməsi tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh yaşadığı, Gəncə şəhəri 1500 ailəlik Yeni qəsəbədə yerləşən 10 nömrəli binanın 13 nömrəli mənzilində iki otaqdan ibarət xüsusi təyinatlı yaşayış sahəsinə köçürülüb yaşayış hüququ verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 24 yanvar 2014-cü il tarixdə el adəti toy edərək evlənmiş və nikahlarını 12 mart 20214-cü il tarixdə “Gəncə ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsində rəsmi qeyd etdirmişlər. Birgə nikahdan 16 avqust 2014-cü ildə X2, 05 avqust 2016-cı ildə X1 və 26 yanvar 2021-cü ildə X2 adlıarında üç uşaqları anadan olmuşdur. O, Cavabdeh ilə ailə qurandan bir müddət sonra, yəni 2016-cı ilin axırlarında Gəncə şəhəri,1500 ailəlik Yeni qəsəbədə yerləşən bina 10, mənzil 13-də iki otaqdan ibarət mənzilə köçərək orada yaşamışlar və ona məxsus bütün əşyalar halhazırda həmin mənzildə saxlanılır. Cavabdehlə aralarında olan əsassız söz-söhbətlər, narazılıqlar nəticəsində 14 iyul 2024-cü ildə Cavabdeh, cavabdehin atası Hidayət, qaynanası Əntiqənin və baldızlarının təzyiqləri ucbatından məcbur olub evdən çıxmışdır. Daxili İşlər Nazirliyinin 102 xidmətinə və polisə müraciət etsə də, ona məhkəməyə müraciət etməyi tövsiyə etmişlər; cavabdeh və yaxın qohumları hal-hazırda onu mənzilə buraxmırlar. Cavabdehin onu mənzilə buraxmaması səbəbindən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Başqa yaşayış yeri yoxdur. İkinci dərəcəli əlildir, dərmanla yaşayır. O, belə hesab edir ki, cavabdeh onu mənzilə buraxılmadığına görə, onun Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsi ilə təsbit olunmuş mənzil hüquqları kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin birinci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Cavabdeh onu eviə buraxmaması səbəbindən məcbur olub qohumlarının evlərində yaşayır. İddiaçı məhkəmə baxışı iclasında iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddiaçı Cavabdeh ilə ailə qurandan bir müddət sonra, yəni 2016-cı ilin axırlarında Gəncə şəhəri,1500 ailəlik Yeni Kəlbəcər qəsəbəsində yerləşən bina 10, mənzil 13-də iki otaqdan ibarət mənzilə köçərək orada yaşamışlar. İddiaçı məxsus bütün əmlaklar həmin mənzildə saxlanılır. Həmin mənzili kredit götürüb almışdır. Aralarında olan söz-söhbətlər, narazılıqlar nəticəsində 14 iyul 2024-cü ildə İddiaçı Cavabdeh, qaynatası Hidayət, qaynanası Əntiqənin və baldızlarının təzyiqləri ucbatından məcbur olub evdən çıxmışdır. Cavabdehlə barışmaq üçün evə köçmək istəyir. Onlar iddiaçını mənzilə buraxmırlar. O, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İddiaçı həmin mübahsəli mənzilə heç bir hüququ yoxdur; Gəncə şəhərindəki 1500 ailəlik Yeni qəsəbədə yerləşən bina 10, mənzil 13-də iki otaqdan ibarət olan yaşadıqları mənzil İddiaçı və Mübarizin ailə üzvlərinə məxsus deyil, mənzil tamamilə başqa şəxsin adınadır; mənzilin sənədləri, qaz, elektrik və su sayğacları başqa şəxsin adınadı. O və uşaqları da həmin mənzildə qonaq kimi qalırlar. İddia qanunsuz və əsassız olduğundan, iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının: -43-cü maddəsinin birinci (İ) hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz; -125-ci maddəsinin yeddinci (Vİİ) hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; -129-cu maddəsinin üçüncü (İİİ) hissəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (bundan sonra: “Mənzil Məcəlləsi”) 96-cı maddəsinə əsasən, məcburi köçkünlərin və qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri qanunla müəyyən edilmiş qaydada müvafiq olaraq məcburi köçkün hesab edilən və qaçqın statusuna malik olan vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Mənzil Məcəlləsinin 97.1-ci maddəsinə görə, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur. Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə görə, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 14.2-cimaddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-cimaddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia qanunsuz və əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, Gəncə şəhərində məcburi köçkünlər üçün inşa edilmiş “1500 ailəlik Yeni qəsəbə”də 10 nömrəli binanın 13 saylı mənzilində yerləşən ikiotaqlı mənzilin “Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi”nə əsasən İddiaçı aid olması barədə sübut məhkəmə araşdırması zamanı aşkar edilməmişdir. İddiaçı həmin mənzilə sahiblik və istifadə hüququnun yaranması sübuta yetmədiyindən, iddiaçının həmin mübahisəli yaşayış sahəsinə istifadə hüququnun məhkəmə tərəfindən tanınması və mənzilə köçürülməsi mümkün hesab edilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə daxil etməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-112/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-112/2025
13.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver