Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-1133/2025 24.11.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1) 21 iyul 2020-ci il tarixli BPM**********62 saylı “Tam kart” çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 123,64 AZN (bir yüz iyirmi üç manat-64 qəpik) əsas, 37,27 AZN (otuz yeddi manat-27 qəpik) faiz borcu olmaqla, cəmi 160,91 AZN (bir yüz altmış manat-91 qəpik) borcu, 2) 15 oktyabr 2021-ci il tarixli BPM**********78 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 4373,53 AZN (iyirmi min altı yüz iki manat- 07 qəpik) əsas, 13,29 AZN (on üç manat-29 qəpik) X5 vəfat etdiyi tarixədək olan faiz borcu olmaqla, cəmi 4386,82 AZN (dörd min üç yüz səksən altı manat-82 qəpik) borcu olmaqla, ümumilikdə 4547,73 AZN (dörd min beş yüz qırx yeddi manat-73 qəpik) borcun, 65,48 AZN (altmış beş manat-48 qəpik) dövlət rüsumunun və 40 qəpik xidmət haqqının "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X5 arasında bağlanılmış 21 iyul 2020-ci il tarixli BPM**********62 saylı “Tam kart” çərçivə müqaviləsinə əsasən ona 36 ay müddətinə 300 AZN (üç yüz manat) məbləğində kart kredit limiti, 15 oktyabr 2021-ci il tarixli BPM**********78 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə 5200 AZN (beş min iki yüz manat) məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin 20 sentyabr 2022ci il tarixdə borclu X5 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış 21 iyul 2020-ci il tarixli BPM**********62 saylı “Tam kart” çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 123,64 AZN (bir yüz iyirmi üç manat-64 qəpik) əsas, 37,27 AZN (otuz yeddi manat-27 qəpik) faiz borcu olmaqla, cəmi 160,91 AZN (bir yüz altmış manat-91 qəpik) borcu, 15 oktyabr 2021-ci il tarixli BPM**********78 saylı kredit müqaviləsinə əsasən, nağd kredit üzrə 4373,53 AZN (iyirmi min altı yüz iki manat- 07 qəpik) əsas, 13,29 AZN (on üç manat-29 qəpik) X5 vəfat etdiyi tarixədək olan faiz borcu olmaqla, cəmi 4386,82 AZN (dörd min üç yüz səksən altı manat-82 qəpik) borcu olımaqla ümumilikdə cəmi 4547,73 AZN (dörd min beş yüz qırx yeddi manat-73 qəpik) borcu yaranmışdır. Mingəçevir regional “ASAN Xidmət” X3 21 sentyabr 2022-ci il tarixli AZ-İİ № 300773 saylı “ölüm haqqında şəhadətnamə”sindən görünür ki, X5 20 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Mingəçevir regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin 26 mart 2023-cü il tarixli 2V-287 saylı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”sindən görünür ki, X1 qalmış mirası Cavabdeh qəbul etmişdir. Müqavilələr üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə borclu X2 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədənkənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Ərizə məhkəməyə daxil olduqdan sonra məhkəmədə kiçik iddialara dair iş üzrə icraat qaydasında icraat başlanılmış, Cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsində nəzərdə tutulmuş qaydada bildiriş göndərilmişdir. Cavabdeh 29 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, işə iddia icraatı qaydasında baxılmasına qərar verilməsini məhkəmədən xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 18 sentyabr 2025-ci il tarixli e-2(040)-1133/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi barədə mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 23 oktyabr 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 24 noyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişdir; İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 21 noyabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmə iclasınının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir; Cavabdeh gəlməməsinin səbələri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iştirak etdiyi 23 oktyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iddianı qəbul edərək, cəmi 4547,73 AZN (dörd min beş yüz qırx yeddi manat-73 qəpik) borcunu imkan olduqca hissə-hissə ödəyəcəyini bildirmişdir (bu barədə qısa məzmunlu ərizəsini də məhkməyə təqdim etmişdir). İş materiallarında olan: "xxxx" ASC ilə Həsənli Qurban Şiraslan oğlu (borcalan) arasında bağlanmış BPM**********62 saylı “Tam kart” çərçivə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən bank müştərinin adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı; bundan sonra “Tam kart” adlanacaq) buraxmağı, müştərinin adına bank hesablarını açmağı, müştəriyə “Tam kart”ın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim etməklə 15000 (on beş min) manat məbləğinədək kreditdən istifadəyə görə illik 24 faizədək ödəmək şərtilə kredit limitini ayırmağı, müştəri isə tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öz üzərinə götürür. İş mateiallarında olan: "xxxx" ASC tərərfindən tərtib edilmiş bank kartına kredit limitinin təyin olunmasına dair 21 iyul 2020-ci il tarixli razılaşmadan görünür ki, Həsənli Qurban Şiraslan oğlu36 ay müddətinə illik 24 faiz dərəcəi ilə 300 manat məbləğində kredit xətti açılmışdır (kart nömrəsi:********************). İş materiallarında olan: "xxxx" ASC ilə Həsənli Qurban Şiraslan oğlu (borcalan) arasında bağlanmış 15 oktyabr 2021-ci il tarixli BPM**********78 saylı kredit müqaviləsi və həmin kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, cavabdehə 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 5200 manat məbləğində kredit verilmişdir; borcalan isə bu müqaviləni imzalamaqla müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi öhdəsinə götürmüdür. İş materiallarında olan: 13 iyun 2025-ci il tarixdə"xxxx" ASC-nin Mingəçevir filialının müdiri X4 tərəfindən imzalanan maliyyə arayışından görünür ki, Həsənli Qurban Şiraslan oğlu 13 iyun 2025-ci il tarixədək cəmi 978,88 manat ödəniş etmiş, onun "xxxx" ASC-yə olan borcu -123,64 manat əsas, 37,27 manat faiz olmaqla, cəmi 160,91 manat təşkil edir. İş materiallarında olan: 13 iyun 2025-ci il tarixdə"xxxx" ASC-nin Mingəçevir filialının müdiri X6 tərəfindən imzalanan 13 iyun 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Həsənli Qurban Şiraslan oğlu 13 iyun 2025-ci il tarixədək cəmi 978,88 manat ödəniş etmiş, onun "xxxx" ASC-yə olan borcu -4373,53 manat əsas, vəfat etdiyi tarixə-13,29 manat faiz olmaqla, cəmi 4386,82 manat təşkil edir. İş materiallarında olan: "xxxx" ASC tərəfindən cavabdehə göndərilmiş 18 iyul 2025-ci il tarixli bildirişlərdən (poçt qəbzləri var) görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Mərkəzi X8 Portalının 03 mart 2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması üçün 65,48 AZN dövlət rüsumu və 40 qəpik xidmət haqqı ödənilmişdir. İş materiallarında olan: Mingəçevir regional “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli AZ-İİ №300773 nömrəli “Ölüm haqqında şəhadətnamə”nin təsdiqlənmiş surətindən görünür ki, Həsənli Qurban Şiraslan oğlu 20 sentyabr 2022-ci il tarixdə kəskin və yarımkəskin qaraciyər çatmamazlığından Mingəçevir şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21 sentyabr 2022-ci il tarixdə 249 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli 2658 nömrəli məktubun surətindən görünür ki, Həsənli Qurban Şiraslan oğlu 20 sentyabr 2022-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış **-UD-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə 26 mart 2023-cü il tarixdə oğlu Cavabdeh 2V-287 reyestr saylı vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan: 26 mart 2023-cü il tarixli **********287 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin surətindən görünür ki, Mingəçevir regional “ASAN xidmət” Mərkəzində Notariat ofisinin xüsusi notariusu X9 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən 20 sentyabr 2022-ci il tarixdə vəfat etmiş X2 vərəsəsinin oğlu Cavabdeh olduğunu təsdiq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia qanuni və əsaslıdır. Belə ki, mərhum borcalan Həsənli Qurban Şiraslan oğlu kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin borcalan öldüyündən, mərhum borcalanın kreditor qarşısındakı öhdəlikləri Cavabdeh keçmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 65,48 AZN (altmış beş manat-48 qəpik) dövlət rüsumu və 40 qəpik bank xərcinin pul əvəzi də Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməli, Cavabdeh 1) 21 iyul 2020-ci il tarixli BPM**********62 saylı “Tam kart” çərçivə kredit müqaviləsi üzrə 123,64 AZN (bir yüz iyirmi üç manat-64 qəpik) əsas borc və 37,27 AZN (otuz yeddi manat-27 qəpik) faiz borcu olmaqla həmin müqavilə üzrə cəmi 160,91 AZN (bir yüz altmış manat-91 qəpik) kredit borcu, 2) 15 oktyabr 2021-ci il tarixli BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən 4373,53 AZN (iyirmi min altı yüz iki manat- 07 qəpik) əsas borc və 13,29 AZN (on üç manat-29 qəpik) faiz borcu olmaqla həmin müqavilə üzrə 4386,82 AZN (dörd min üç yüz səksən altı manat-82 qəpik) kredit borcu, iki müqaviə üzrə cəmi 4547,73 AZN (dörd min beş yüz qırx yeddi manat-73 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 65,48 AZN (altmış beş manat-48 qəpik) dövlət rüsumu və 40 qəpik bank xidmət xərcinin pul əvəzi, ümumilikdə cəmi 4613,61 AZN (dörd min altı yüz on üç manat-61 qəpik) məbləğdə pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə: 1) 21 iyul 2020-ci il tarixli BPM**********62 saylı “Tam kart” çərçivə kredit müqaviləsi üzrə 123,64 AZN (bir yüz iyirmi üç manat-64 qəpik) əsas borc və 37,27 AZN (otuz yeddi manat-27 qəpik) faiz borcu olmaqla həmin müqavilə üzrə cəmi 160,91 AZN (bir yüz altmış manat-91 qəpik) kredit borcu, 2) 15 oktyabr 2021-ci il tarixli BPM**********78 nömrəli kredit müqaviləsinə əsasən 4373,53 AZN (iyirmi min altı yüz iki manat- 07 qəpik) əsas borc və 13,29 AZN (on üç manat-29 qəpik) faiz borcu olmaqla həmin müqavilə üzrə 4386,82 AZN (dörd min üç yüz səksən altı manat-82 qəpik) kredit borcu, iki müqaviə üzrə cəmi 4547,73 AZN (dörd min beş yüz qırx yeddi manat-73 qəpik) kredit borcu, həmçinin iddiaçı tərəfindən ödənilmiş 65,48 AZN (altmış beş manat-48 qəpik) dövlət rüsumu və 40 qəpik bank xidmət xərcinin pul əvəzi, ümumilikdə cəmi 4613,61 AZN (dörd min altı yüz on üç manat-61 qəpik) məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-1133/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-1133/2025
24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver