Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-457/2025 05.08.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Heydərov Turxan İsmixan oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Kəlbəcər rayonu Çorman kəndində qeydiyyatda olmaqla Şamaxı rayonunun Çuxuryurd kəndində yaşayan Cavabdeh 4454,65 AZN (dörd min dörd yüz əlli dörd manat- 65 qəpik) debitor borcun, ödənilmiş 65,40 AZN (altmış beş manat- 40 qəpik) dövlət rüsumunun, cəmi 4520,05 AZN (dörd min beş yüz iyirmi manat- 05 qəpik) məbləğində pulun tutularaq İddiaçı İB-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Kəlbəcər rayonunun Çorman kəndində qeydiyyatda olmaqla Şamaxı rayonunun Çuxuryurd kəndində yaşayan, İddiaçı struktur vahidi olan X5 İstismarı İdarəsinin Şamaxı xidmət sahəsinin abonenti Cavabdeh istifadə etdiyi təbii qaza görə Şamaxı Xidmət Sahəsinə 4425,20 (dörd min dörd yüz iyirmi beş manat-20qəpik) debitor borcu yaranmışdır. Abonent Cavabdeh mənzilinə 2010-cu ilin oktyabr ayında sayğac quraşdırılmış, abonentin qaçqın (məcburi köçkün- hakimin qeydi) statusu olduğundan abonentə 2016-cı il tarixə qədər qaçqın limiti ayrılmışdır. Lakin cavabdeh 2010-cu ildən 2016-cı ilin dekabr ayına qədər dövlət tərəfindən nəzərdə tutulmuş limitdən artıq təbii qaz istifadə etmişdir. Belə ki, Cavabdeh 2010-cu il üçün 54 AZN (əlli dörd manat), 2011-ci il üçün 214,50 AZN (iki yüz on dörd manat-50 qəpik), 2012ci ili üçün 210 AZN (iki yüz on manat), 2013-cü il üçün 210 AZN (iki yüz on manat), 2014cü ili üçün 210 AZN (iki yüz on manat), 2015-ci ili üçün 210 AZN (iki yüz on manat) və 2016-cı il üçün 172 AZN (bir yüz yetmiş iki manat) ayrılmışdır. Lakin abonent Cavabdeh ayrılmış limitdən artıq istifadə edərək 2016-cı ilin dekabr ayına qədər 5690,97 AZN (beş min altı yüz doxsan manat-97 qəpik) borcu yaranmış və yaranmış borc abonent bazasında öz əksini tapır. Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə bağlanmış müqavilənin 2.3.1-ci, 2.3.2-ci və 3.4-cü bəndlərinin tələblərinə əsasən, istehlakçı bu müqavilənin və qazdan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini bank və ya poçt şöbələri vasitəsilə tam ödəməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən, yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər. Borclu Cavabdeh Şamaxı Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Abonent Cavabdeh hər ay bildiriş almış, sonuncu dəfə 2025-ci ilin yanvar ayı ərzində 46 AZN (qırx altı manat) pul ödəmişdir. Cavabdeh (abonent) təqdim olunan bildirişdə göstərilən borcla razı olmuş, mübahisələndirməmişdir. Sonuncu dəfə 03 fevral 2025-ci il tarixdə Cavabdeh rəsmi qaydada bildiriş-xəbərdarlıq göndərilmişdir. Xəbərdarlıqda cavabdehə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin Cavabdeh yaranmış borcu tam ödəməmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********01180 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 24 iyun 2025-ci il tarixli e-2(040)-457/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiasının Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən baxılmamış saxlanılması qərara alınmış, Kəlbəcər Rayon Məhkəməsinin 11 iyul 2025-ci il tarixli e-2(040)-457/2025 saylı qərardadı ilə icraat təzələnmişdir. İddiaçı nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh 2010-cu ildən etibarən təbii qazdan istifadəyə görə İddiaçınə debitor borcu yaranmışdır. Son iki il ərzində qismən ödənişlər etmişdir. Cavabdehin 2025-ci ilin fevral ayına 4454,65 AZN (dörd min dörd yüz əlli dörd manat- 65 qəpik) debitor borcu yaranmışdır. Dəfələrlə cavabdehə debitor borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq edilsə də, cavabdeh borcu ödəməmişdir. İddianın təmin edilməsini xahiş edir. Cavabdeh 05 avqust 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddianı qismən qəbul edərək izahatında bildirmişdir ki, İddiaçı ona qarşı iddiasını qismən- 1000 AZN (bir min manat) hissədə qəbul edir; qalan hissədə qəbul etmir. Çünki onun üzərinə yazılan həmin borca uyğun təbii qaz işlətməmiş, bu barədə ona heç bir məlumat, yaxud bildiriş verilməmişdir. Əlavə olaraq bildirmişdir ki, övladı birinci Qarabağ müharibəsində şəhid olmuşdur (bu barədə yazılı ərizəsini də məhkəməyə təqdim etmişdir). Cavabdeh 22 may 2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iddianı qəbul etməyərək, iddianın əsassız olması səbəbindən və eyni zamanda iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: müqavilədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 22 fevral 2023-cü il tarixdə AKX-05219xx/xx-2023 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Həmin müqaviləyə əsasən, Paylayıcı: istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz və etibarlı şəkildə təmin etmək; istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamaq və hər ay istehlakçıya təqdim etmək (göndərmək) və sair vəzifələri, İstehlakçı: qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini tam ödəmək və sair vəzifələri öhdələrinə götürmüşlər. İş materiallarında olan: 21 may 2025-ci il tarixdə İddiaçı tərəfindən tərtib edilmiş “Abonentin saldosu”ndan görünür ki, abonent (№**********00070) Cavabdeh: 2010-cu ilin dekabr ayının sonuna- 695,00 manat, 2011-ci ilin dekabr ayının sonuna-960,87 manat, 2012-ci ilin dekabr ayının sonuna-2020,27 manat, 2013-cü ilin dekabr ayının sonuna- 3284,37 manat, 2014-cü ilin dekabr ayının sonuna- 4419,57 manat, 2015-ci ilin dekabr ayının sonuna- 5605,07 manat, 2016-cı ilin oktyabr ayının sonuna- 5690,97 manat, 2017ci ilin mart ayının sonuna- 5690,97 manat, 2023-cü ilin fevral ayının əvvəlinə- 0 (sıfır) və həmin ayın sonuna 5232,45 manat, 2023-cü ilin dekabr ayının sonuna- 4766,45 manat, 2024-cü ilin dekabr ayının sonuna- 4500,65 manat, 2025-ci ilin yanvar ayının sonuna- 4454,65 manat borcunun yarandığı qeyd edilmişdir (2017-ci ilin mart ayından 2023-cü ilin yanvar ayının sonunadək olan məlumatlar saldoda əks olunmamışdır). İş materiallarında olan: İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xəbərdarlıqdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən Cavabdeh məxsus yaşayış sahəsi təbii qazla təchiz olunmuşdur. Qazın sayğacla müəyyənləşdirilən hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri Cavabdeh tərəfindən tam ödənilmədiyindən yaranmış 4454,65 manat debitor borcun 5 gün müddətində tam şəkildə ödənilməsi tələb olunmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- “Qaz təchizatı haqqında” Qanun): -1-ci maddəsinin on birinci abzasından görünür ki, qaz qurğusu – qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusudur (qurğularıdır). -1-ci maddəsinin on dördüncü abzasından görünür ki, istehlakçı – alğı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. -13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: -1.1-ci bəndinə əsasən, bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: Mülki Prosessual Məcəllə) 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır, bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarını əsaslandıran halların mövcud olduğunu və ya olmadığını sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən- 1000 manat debitor borc, həmçinin 30 manat dövlət rüsumunun və 40 qəpik bank xərcinin əvəzinin tələbinə dair hissədə əsaslı olduğundan həmin hissədə təmin edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş, 2010-2017, 2023-2025-ci illəri əhatə edən abonent saldosundan (xx.xx.2025 tarixdə çap olunub) görünür ki, cavabdehə (abonentə): ünvanına 22 fevral 2023-cü il tarixdə “Zenner G4T smart” tipli **********6069 nömrəli sayğac quraşdırılmış (əvvəlki sayğaclarla bağlı məlumat yoxdur); abonentin: 2023cü ilin fevral ayının əvvəlinə- 0 (sıfır) və həmin ayın sonuna 5232,45 manat, 2023-cü ilin dekabr ayının sonuna- 4766,45 manat, 2024-cü ilin dekabr ayının sonuna- 4500,65 manat, 2025-ci ilin yanvar ayının sonuna- 4454,65 manat debitor borcunun yarandığı qeyd edilsə də, iddiaçı həmin borcun yaranma mexanizmini əsaslandırmamışdır. Bununla belə, iddianı 1000 (bir min) manat tələb hissəsində qəbul etdiyindən, iddia həmin hissədə təmin edilməlidir. Həmçinin iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 30 manat hissəsi və 40 qəpik bank xərci də iddianın təmin edilmiş hissəsinə mütənasib olduğundan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə- 3454,65 AZN (üç min dörd yüz əlli dörd manat-65 qəpik) debitor borcun və 35 manat dövlət rüsumunun tələbinə dair hissədə əsassız olduğundan, yəni 3454,65 AZN (üç min dörd yüz əlli dörd manat-65 qəpik) debitor borc tələbinin əsaslılığı məhkəmədə öz təsdiqini tapmadığından, iddia həmin hissədə rədd edilməli, eyni zamanda cavabdehdən tələb edilən dövlət rüsumunun 35 manat hissəsinin tələbi hissəsi də təmin edilməməlidir. Məhkəmə əlavə olaraq qeyd edir ki, iddiaçı abonent saldosunu 2010-cu ildən hesablamağa başlamaqla da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 551.2, 551.2.1-ci maddələrinin tələblərini pozmuşdur, belə ki, Mülki Məcəllənin 551.2, 551.2.1-ci maddələrindən görünür ki, vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə əlavə olaraq onu da qeyd edir ki, iddianın təmin edilməmiş olan 3454,65 AZN (üç min dörd yüz əlli dörd manat-65 qəpik) debitor borc hissəsi hal-hazırda Azərbaycan Respublikasında qüvvədə olan mühasibatlıq standartlarına uğun olaraq ümidsiz borc kimi hesabdan silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1000 AZN (bir min manat) məbləğdə debitor borc və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xərcinin pul əvəzi, cəmi 1030,40 AZN (bir min otuz manat-40 qəpik) məbləğdə pul vəsaiti İddiaçı hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzrərindən daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-457/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-457/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver