Azərbaycan Respublikası adından QƏTNAMƏ Göygöl rayonu İş № e-2(040)-997/2025 07.10.2025 KƏLBƏCƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəniyev Həsən Salman oğlunun sədrliyi, Heydərov Turxan İsmixan oğlunun katibliyi, Tərəflərin iştirakları olmadan, İddiaçı Cavabdeh qarşı “1956 manat əsas borcun, həmçinin 42 manat dövlət rüsumunun və 200 manat vəkil xərcinin əvəzinin tələbinə dair” iddiası üzrə mülki işə Kəlbəcər Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1956 (min doqquz yüz əlli altı) manat əsas borc, dövlət rüsumuna görə ödədiyim 42 (qırx iki) manat və vəkilin iddia ərizəsinin tərtib edilməsi və elektron məhkəmə sistemi vasitəsi ilə aidiyyəti üzrə məhkəməyə göndərilməsi üzrə göstərdiyi yardıma görə bağlanmış müqavilə üzrə ödədiyi 200 (iki yüz) manat, cəmi 2198 (iki min yüz doxsan səkkiz) manat pul vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 522/2021 nömrəli 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiası təmin olunaraq borclu Cavabdeh və ondan, yəni zamin İddiaçı birgə qaydada 1926 (min doqquz yüz iyirmi altı) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzinin alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi qət edilmişdir. Yuxarıdakılarla bağlı bildirir ki, o, Cavabdeh dostları vasitəsi ilə tanımışdır, onun sözlərinə inanaraq aldığı televizora görə kredit götürdüyü pula dair bağlanan kredit müqaviləsi üzrə zamin durmuşdur və onun kredit götürdüyü pulu ödəyibödəməməsi barədə məlumatı olmamışdır. Sonrada pensiyasından tutulmalar həyata keçiriləndə ona məlum olmuşdur ki, Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmiş və ona görə də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət etmiş və sonuncu yuxarıda qeyd olunan qətnaməni çıxarmışdır. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-522/2021 nömrəli 13 iyun 2021-ci il tarixli icra vərəqəsinə əsasən ondan 1956 (min doqquz yüz əlli altı) manat pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məculiyyətli Cəmiyyətinə ödənilmişdir. İcra sənədində qeyd olunan tələb tərəfindən tam icra olunduğuna görə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu Mehdi Zeynalovun 06 mart 2025-ci il tarixli qərarı ilə Kəlbəcər Rayon Məhkəməsinin 2(040)- 522/2021 nömrəli 13 iyun 2021-ci il tarixli icra sənədinə xitam verilmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-522/2021 nömrəli 13 iyun 2021-ci il tarixli icra sənədi üzrə qeyd olunan tələbin, yəni 1956 (min doqquz yüz əlli altı) manat pul vəsaitinin onun tərəfindən tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu Mehdi Zeynalovun 06 mart 2025-ci il tarixli qərarı, həmçinin "xxxx" Məhdud Məculiyyətli Cəmiyyətinin Problemli Kreditlər Departamentinin Tərtər Rayon İcra və Probasiya şöbəsinə ünvanladığı 12885 nömrəli 20 may 2025-ci il tarixli məktubu ilə tam təsdiq olunur. Hazırkı iddianın qaldırılması ilə əlaqədar olaraq “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsinin tələblərinə uyğun olaraq 42 (qırx iki) manat dövlət rüsumu və vəkilin iddia ərizəsinin tərtib edilməsi və elektron məhkəmə sistemi vasitəsi ilə aidiyyəti üzrə məhkəməyə göndərilməsi üzrə göstərdiyi yardıma görə bağlanmış müqavilə üzrə 200 (iki yüz) manat vəsait ödəmişdir. Mülki iş üzrə məhkəmənin hazırlıq iclası 11 avqust 2025-ci il tarixə təyin edilmiş və təxirə salınaraq 10 sentyabr 2025-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclası 07 oktyabr 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının vəkili Vəkil “Elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmə iclaslarının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh 06 oktyabr 2025-ci il tarixdə məhkəməyə teleqram göndərərək ayağından əməliyyat olunduğu üçün məhkəmə iclaslarına gələ bilmədiyini bildirmiş, Bakı şəhərində yaşadığına görə onun işinin “Nərimanov icrasına” (Bakı şəhəri Nərimanov Rayon İcra Şöbəsi nəzərdə tutulur-hakimin qeydi) yönləndirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru X1 Kəlbəcər Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(040)-522/2021 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə qəbul etdiyi 06 mart 2025-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərardan görünür ki, icra sənədi üzrə borclu İddiaçı və Cavabdeh 1956 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir; icra sənədində qeyd olunan tələb borclu İddiaçı pensiyasından inkasso sərəncamı ilə tutularaq tam şəkildə təmin olunmuşdur. Ona görə də Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-522/2021 nömrəli 13 iyun 2021-ci il tarixli icra sənədinə xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Tərtər Rayon İcra və Probasiya Şöbəsinin rəisinə ünvanlanmış ərizənin surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-522/2021 nömrəli 13 iyun 2021-ci il tarixli icra vərəqəsinə əsasən Cavabdeh"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalı olan borc ödənildiyi üçün, həmin icra vərəqəsinin icraatına “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi xahiş edilir. İş materiallarında olan: Kəlbəcər Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 iyun 2021-ci il tarixli 2(040)-522/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh və İddiaçı qarşı “pul tələbinə dair” iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh və İddiaçı birgə qaydada 1926 (min doqquz yüz iyirmi altı) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzinin alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Mülki iş üzrə cavabdehlərdən Cavabdeh- əsas borclu, İddiaçı isə zamindir İş materiallarında olan: “Qanunçuluq” Vəkil Bürosu (VÖEN:**********) tərəfindən 23 iyun 2025-ci il tarixdə verilmiş ******* nömrəli vəkil orderindən görünür ki, Vəkil tərəfindən hazırki mülki iş üzrə İddiaçı iddia ərizəsinin tərtib edilməsi və “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə aidiyyəti məhkəməyə (Kəlbəcər Rayon Məhkəməsinə) göndərilməsi ilə bağlı hüquqi yardım göstərilmişdir. İş materiallarında olan: "xxxx" MMC-yə (VÖEN: **********) məxsus “eManat” ödəniş sistemi tərəfindən 23 iyun 2025-ci il tarixdə saat 14:56-da çap edilmiş 13980 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən “Qanunçuluq” Vəkil Bürosunun (VÖEN:**********) hesabına müqavilə xərci olaraq 200 (iki yüz) manat ödənilmişdir (əməliyyat nömrəsi: **********). İş materiallarında olan: "xxxx" MMC-yə (VÖEN: **********) məxsus “eManat” ödəniş sistemi tərəfindən 23 iyun 2025-ci il tarixdə saat 14:54-də çap edilmiş 31834 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 42,60 manat dövlət rüsumu ödənilmişdir (əməliyyat nömrəsi: **********). Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə): -385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -431.1-ci maddəsinə əsasən, borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. -431.2-ci maddəsinə əsasən, kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. -431.3-cü maddəsinə əsasən, əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. -470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. -475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir; zamin həmçinin, borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra: “Mülki Prosessual Məcəllə”) 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində qeyd edilir ki, hər bir tərəf tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması nəticəsində Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə olan 1926 (bir min doqquz yüz iyirmi altı) manat əsas borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun pul əvəzindən ibarət olan cəmi 1956 (bir min doqquz yüz əlli altı) manat borcunun onun zamini İddiaçı tərəfindən ödənildiyi öz təsdiqini tapmışdır. Belə olan halda zamin (hazırki mülki iş üzrə iddiaçı) İddiaçı əsas borclu (hazırki mülki iş üzrə cavabdeh) Cavabdeh qarşı Mülki Məcəllənin 475.1-ci maddəsində nəzərdə tutulmuş qaydada 1956 (bir min doqquz yüz əlli altı) manat məbləğində reqres iddia hüququ yaranmışdır; Cavabdeh İddiaçı xeyrinə 1956 (bir min doqquz yüz əlli altı) manat əsas borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun və 200 (iki yüz) manat vəkil xərcinin pul əvəzi, cəmi 2198 (iki min bir yüz doxsan səkkiz) manat məbləğdə pul vəsaiti tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1956 (bir min doqquz yüz əlli altı) manat əsas borc, həmçinin iddiaçı tərəfindən ödənilmiş 200 (iki yüz) manat vəkil xərcinin və 42 (qırx iki) manat dövlət rüsumunun pul əvəzi, cəmi 2198 (iki min bir yüz doxsan səkkiz) manat məbləğdə pul vəsaiti tutulsun. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəlbəcər Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən elektron formada daxil edilməklə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həsən Qəniyev
Məhkəmə qərarları › İş №e-2(040)-997/2025
Kəlbəcər Rayon Məhkəməsi Qətnamə — İş №e-2(040)-997/2025
07.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver