Məhkəmə qərarları › İş №e-2(041)-1114/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1114/2025

09.10.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1114/2025 09.10.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X6 Xalıq oğlunun sədrliyi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı torpaq sahəsinin naturada ayrılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi üzərində Daşınmaz Əmlakın X7 Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********77 saylı Çıxarışa əsasən 2/3 hissədə müəyyən edilmiş payının naturada ayrılması və adına ayrıca çıxarışın hazırlanıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022 tarixli, 2(041)-844/2022 saylı qətnaməsi ilə iddiaçı qismində X1 iddia tələbi qismən təmin edilərək Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi üzərində onun 2/3 hissədə payının müəyyən olunaraq mülkiyyət hüququnun tanınması qət edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəsini almış, Daşınmaz Əmlakın X7 Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən həmin qətnamə üzrə icra sənədi icra edilərək 2/3 hissədə onun, 1/3 hissədə isə Cavabdeh payı müəyyən edilərək adına xx.xx.2024-cü il tarixdə **********77 saylı Çıxarış verilmişdir. O mülkiyyətçi kimi həmin əmlak üzrəində sərəncam verə bilmir. Səbəb isə həmin torpaq sahəsi Cavabdeh ilə onun paylı mülkiyyətindədir. Ona görə də o öz payının naturada ayrılaraq ayrıca Çıxarış verilməsini istəyir. İddiaçı X4 məhkəməyə ünvanladığı elektron ərizədə üzürlü səbəbdən məhkəmədə iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxıb iddia tələbini və ekspert rəyini nəzərə alaraq iddianınn təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan: - Kürdəmir Rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli 2(041)-844/2022 saylı qətnaməsi ilə, iddiaçı X4 ilə Cavabdeh birgə nikah dövründə əldə etdikləri ünvan 2 ünvanında yürləşən 0.0500 ha həyatyanı torpaq sahəsi üzərində iddiaçı X1 payı 2/3 hissədə, Cavabdeh payı isə 1/3 hissədə müəyyən edilməsi qət etmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X7 Reyestri Publik Hüquqi Şəxsinin çıxarışına əsasən, ünvan 1 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi xüsusi mülkiyyət üzrə X1 adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi üzrə xx.xx.2016 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə 1/3 hissədə Cavabdeh, xx.xx.2024 qeydiyyat tarixli, ********** qeydiyyat nömrəsi ilə 2/3 hissədə isə X4 hüquq sahibləridir. - Kürdəmir Rayon Məhkəməsini e-16(041)-14/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-844/2022 saylı qətnaməsinin icrasını təmin etmək məqsədi ilə ünvan 3 ünvanında yerləşən 0,0500 ha həyətyanı torpaq sahəsinin üzərinə həbs qoyularaq torpaq sahəsinin özgəninkiləşdirilməsi Cavabdeh qadağan edilməsi qərara alınmışdır. -Mübahisənin ədalətli həll edilməsi və xüsusi bilik tələb olunan sualları izah etmək üçün xx.xx.2025-ci il tarixli qərardadla iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Daşınmaz Əmlakın X7 Reystri Publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin ekspertlərinə həvalə edilmiş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - Daşınmaz Əmlakın X7 Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, **********77 saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən Cavabdeh Sədrəddin oğlu ilə X1 ümumi birgə mülkiyyətində olan 0,05 ha olan torpaq sahəsinin naturada bölgüsü mümkündürmü, əgər mümkündürsə, 2/3 hissədə X1, 1/3 hissədə Cavabdeh payı müəyyən edilsin. -Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/5220 nömrəli ekspert rəyində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşanmaz Əmlakın Dövlət reystri publik hüquqi şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-41/2-2064/2025 nömrəli mütəxəssis rəyinə əsasən: -İddiaçı X2 göstərdiyi və ya Daşınmaz Əmlakın X7 Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********77 saylı çıxarışa əsasən ünvan 4 ünvanında yerləşən İddiaçı X4 ilə Cavabdeh ümumi birgə mülkiyyətində olan 0.05 ha olan həyətyanı torpaq sahəsinin şərq tərəfindən ümumi istifadədə olan yola ayrı-ayrılıqda çıxışı olduğuna görə 2/3 hissədə X1, 1/3 hissədə Cavabdeh pay bölgüsü mümkündür və rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapdığı müəyyən edilmişdir. Payların naturada ayrılması tərəflərin istəyinə uyğun olaraq bölgü aparılması mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddia aşağıda göstərilən əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/5220 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı X2 göstərdiyi və ya Daşınmaz Əmlakın X7 Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********77 saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, X4 ilə Cavabdeh ümumi birgə mülkiyyətində olan 0.05 ha olan həyətyanı torpaq sahəsinin şərq tərəfindən ümumi istifadədə olan yola ayrı-ayrılıqda çıxışı olduğuna görə 2/3 hissədə X1, 1/3 hissədə Cavabdeh pay bölgüsü mümkündür və rəyə əlavə olunmuş yerquruluşu planında öz əksini tapdığı müəyyən edilmişdir. Ekspert rəyində payların naturada ayrılması tərəflərin istəyinə uyğun olaraq bölgü aparılması mümkün olduğu müəyyən edilmişdir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvaviq olaraq qiymət verərək, eləcə də ekspert rəyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, Daşınmaz Əmlakın X7 Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********77 saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən iddiaçı X4 ilə Cavabdeh ümumi birgə mülkiyyətində olan 0.05 ha olan həyətyanı torpaq sahəsinin şərq tərəfindən ümumi istifadədə olan yola ayrı-ayrılıqda çıxışı olduğuna görə, habelə Daşınmaz Əmlakın X7 Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş yerquruluşu planına və ya tərəflərin istəyinə uyğun olaraq bölgü aparılmaqla, 2/3 hissədə X1, 1/3 hissədə Cavabdeh paylarının naturada ayrılması mümkün hesab edilsin. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmiş, 100 manat məhkəmə (ekspertiza) xərci vardir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən dövlət rüsumu və məhkəmə xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 11.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 222-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Daşınmaz Əmlakın X7 Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli **********77 saylı çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən iddiaçı X4 ilə Cavabdeh ümumi birgə mülkiyyətində olan 0.05 ha olan həyətyanı torpaq sahəsinin şərq tərəfindən ümumi istifadədə olan yola ayrı-ayrılıqda çıxışı olduğuna görə, habelə Daşınmaz Əmlakın X7 Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş yerquruluşu planına və ya tərəflərin istəyinə uyğun olaraq təqdim edəcəkləri bölgü sxeminə əsasən 2/3 hissədə X1, 1/3 hissədə Cavabdeh paylarının naturada ayrılması mümkün hesab edilsin. Həmin qətnaməyə əsasən X3 və Cavabdeh paylarına uyğun yeni çıxarışların verilməsi Daşınmaz Əmlakın X7 Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə həvalə edilsin. Cavabdeh ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manat tutularaq iddiaçı X3, 100 (bir yüz) manat tutularaq Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar