Məhkəmə qərarları › İş №e-2(041)-1262/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1262/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1262/2025 29.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1, İsayev Orxan Mahir oğlu katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair kiçik iddialara dair mülki işə sadələşdirilmiş yazılı icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia qaldıraraq, Kürdəmir şəhəri,Koroğlu küçəsində yaşayan Cavabdehnın istehlak etmiş təbii qaza görə borclu olduğu 1034.45 manat vəsaitin və ödənilmiş 30.40 manat dövlət rüsumunun «X2»nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olması barədə qanunla müəyyən edilmiş qaydada bildiriş göndərilmiş, lakin, cavabdeh tərəfindən məhkəməyə iddia tələbi barədə heç bir etiraz daxil olmamışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Kürdəmir rayonu, Stadion massivində yerləşən fərdi yaşayış evinə quraşdırılmış, Cavabdehnın adına Şəmkir RQİİdə qeydiyyatda olan qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edilib, tam ödəniş aparılmadığından cavabdehin İddiaçıİB-nə 1034.45 manat debitor borcu yaranmışdır. İddiaçı əməkdaşlarının bir neçə dəfə şifahi xəbərdarlıq edilmiş, rəsmi qaydada bildiriş göndərilmiş, o, debitor borcdan xəbərdar olmuş, mübahisələndirməmiş, bildiriş-xəbərdarlıq göndərilərək qanunvericliyin tələbinə uyğun olaraq məhkəməyə müraciət olunacağı bildirilsə də debitor borcunu tam ödəməmişdir. Odur ki, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan AA ******* nömrəli Azərbaycan Respubliaksı vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Həsənov X3 şəhəri, Koroğlu küçəsində qeydiyyatdadır. İşdə olan X7 İstismarı İdarəsi ilə istehlakçı Cavabdeh arasında qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə bağlanmış müqaviləyə əsasən, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakıçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödənilməsi barədə öhdəliklər götürmüşdür. İşdə olan “abonentin saldosu” vərəqindən görünür ki, Cavabdehnın adına qeydiyyatda olan qaz sayğacı vasitəsilə istehlak edilmiş qaza görə debitor borcu 1034.45 manat təşkil edir. İşdə olan xx.xx.2025-ci il tarixli, 116 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh debirot borcun ödənilməsi tələb edilmişdir. Beləliklə, iş materiallarında olan sənədlərlə müəyyən edildi ki, Kürdəmir şəhəri,Koroğlu küçəsində yerləşən fərdi yaşayış evinə quraşdırılmış, Cavabdehnın adına Ağsu RQİİ-də qeydiyyatda olan qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edilib, tam ödəniş aparılmadığından cavabdehin Ağsu RQİİ-nə 1034.45 manat debitor borcu yaranmışdır. İddiaçı rəsmi məktubuna əsasən abonent Cavabdeh istehlak etdiyi təbii qaza görə müəyyən vaxtlarda qismən ödəniş aparsa da, yaranmış 1034.45 manat debitor borcun ödənişini təmin etməmişdir. İdarə rəhbərliyi tərəfindən qanunun tələbləri izah edilməsinə, borc barədə rəsmi “Xəbərdarlıq məktubu” göndərilməsinə baxmayaraq cavabdeh həmin borcu ödəməmiş, əksinə təbii qazdan istifadə edib ödəniş etməməklə debitor borc məbləği artırılaraq 1034.45 manat debitor borc yaranmış, sərf olunmuş təbii qazın dəyərinin abonent tərəfindən ödənilməməsi müəyyən edilmişdir. Cavabdeh xəbərdarlıq bildirişi göndərilmiş, lakin o, debitor borcu bundan sonra da ödəməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı debitor borcun cavabdeh tərəfindən ödənilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2.3-cü maddəsinə görə, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X4”nın 5.5-ci maddəsinə əsasən, qazpaylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə qeyd olunan hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh enerji sərfiyyatından yaranmış borcu iddiaçıya ödəmək vəzifəsi daşıdığından, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia tələbini əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 238-241, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. Kürdəmir şəhəri, Koroğlu küçəsində yaşayan Cavabdeh istehlak etdiyi təbii qaza görə borclu olduğu 1034 (bir min otuz dörd ) manat 45 (qırx beş) qəpik təşkil edən debitor borc və ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumunun əvəzi alınıb Ağsu rayon Qaz İstismar İdarəsinin hesabına ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar