Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-135/2025 06.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aida Sədrəddin qızının katibliyi, İddiaçı X10, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı X10 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində yerləşən 3.89 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsində payların müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X22 xx.xx.1999-cu il tarixli JN-864 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində 3.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X6 və X2 adına aid olan hissəsinə iddiaçının müvafiq payının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək bildirdi ki, 1933-cü il təvəllüdlü X26 və 1935-ci il təvəllüdlü Həmzəyeva (Qaçayeva) Vəsiqə Müzəffər qızı iddiaçının baba və nənəsidir. V.M.Qaçayeva xx.xx.2004-cü il tarixdə, H.X.Qaçayev xx.xx.2013-cü il tarixdə vəfat etmişlər. Mərhumların nikahları xx.xx.1976-cı il tarixdə qeydə alınmış, Kürdəmir rayonu, Sığırlı kənd sovetliyində qeydə alınmışdır. Tərəflərin birgə nikahlarından xx.xx.1962-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh6, xx.xx.1967-ci il təvəllüdlü Qaçayeva (Aslanova) Zenfira Hacı qızı, xx.xx.1968-ci il təvəllüdlü X23, xx.xx.1970-ci il təvəllüdlü X27, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh1, xx.xx.1975-ci il təvəllüdlü Qaçayeva (Mürşüdova) Gülarə Hacı qızı adlı övladları doğulmuşdur. Həmin uşaqlardan M.H.Qaçayev uşaq vaxtı, Ə.H.Qaçayev isə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Bundan başqa mərhum V.M.Həmzəyevanın əvvəlki nikahından xx.xx.1956-cı il təvəllüdlü X15 adlı övladı olmuş və o, da uşaq vaxtı vəfat etmişdir. Əlavə olaraq bildirilir ki, mərhum X27 xx.xx.2001-ci il tarixdə Veronika Rakiçanu ilə Moldova Respublikasında nikaha daxil olmuş və birgə nikahlarından xx.xx.2005-ci il təvəllüdlü X22 anadan olmuşdur. Bundan əlavə Ə.H.Qaçayev xx.xx.2017-ci il tarixdə Veronika Rakiçanu ilə boşanmış və xx.xx.2018-ci il tarixdə Cavabdeh3 ilə nikaha daxil olmuşdur. Edilmiş sorğudan görünür ki, X12 və X2 adına xx.xx.1999-cu il tarixli JN-864 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Kürdəmir rayonu, Sığırlı kəndində 3.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Qeyd edilən dövlət aktları əri Ə.H.Qaçayev öldükdən sonra Cavabdeh3 tərəfindən evdən aparılmışdır və hazırda dövlət aktlarının əsilləri ondadır. Mərhum Ə.H.Qaçayevin vəfatından sonra iddiaçı atasından, babasından və nənəsindən miras qalmış əmlaklarla bağlı mirası qəbul etmək üçün Kürdəmir Asan Xidmət Mərkəzində yerləşən Notariat Ofisinə müraciət etmiş və notariat ofisi digər vərəsələrin razılığı olmadığı üçün vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina etmiş və aidiyyatı üzrə məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış Cavabdeh3 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Qaçayeva (Aslanova) Zenfira Hacı qızı, Qaçayeva (Mürşüdova) Gülarə Hacı qızı və Cavabdeh6 izahat verərək bildirdilər ki, hazırki işdə mərhum ataları və anaları vəfat etdikdən sonra onlardan qalan miras əmlakı mərhum qardaşları X27 qəbul edərək idarə etmişdir. Mərhum qardaşı Ə.H.Qaçayev vəfat etdikdən sonra miras əmlakda hazırki iş üzrə iddiaçı X22 qəbul edərək idarə etmişdir. Onların miras əmlakdan heç bir tələbləri yoxdur. İddianın təmin edilməsini xahiş etdilər və bu barədə yazılı ərizələrini məhkəməyə təqdim etdilər. İş materiallarına əlavə edilmiş xx.xx.1999-cu il tarixli, JN-864 nömrəli, KOD 90600038 olan torpağa mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Kürdəmir rayonunun Sığırlı kənd sakinləri X26, X7, Cavabdeh1, X16, X8, X11 və X13 mülkiyyətinə 3.89 ha həyətyanı torpaq sahəsi verilib. İş materiallarında olan, AZ-İİ 390715 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2024-cı ildə ölmüşdür. İş materiallarında olan, AZ-İİ 435301 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2004-cü ildə ölmüşdür. İş materiallarında olan, AZ-İ 613742 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 xx.xx.2013-cü ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir regional “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsinin məktubundan görünür ki, X5 barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “elektron X4” həmin şəxsə dair xx.xx.2024cü ilədək yoxlama aparılmış aşkar edilmişdir ki, əri- X26 xx.xx.1933-cü ildə, qızı- X17 xx.xx.1956-cı ildə, oğlu X23 xx.xx.1968-ci ildə ölmüşdür. Qızı- Cavabdeh2 xx.xx.1962-ci il təvəllüdlü, oğlu Cavabdeh6 xx.xx.1965-ci il təvəllüdlü, qızı Qaçayeva (Aslanova) Zenfira Hacı qızı xx.xx.1967-ci il təvəllüdlü, oğlu- X27 xx.xx.1970-ci il təvəllüdlü, qızı- Cavabdeh1 xx.xx.1972-ci il təvəllüdlü, qızı Qaçayeva (Mürşüdova) Gülarə Hacı qızı xx.xx.1975-ci il təvəllüdlü. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-16-5/7-Q-6xx-xx/2024 nömrəli arayışdan görünür ki, X27 ilə Cavabdeh3 xx.xx.2018-ci il tarixdə Kürdəmir rayon Qeydiyyat şöbəsində 186 nömrə ilə nikahların qeyd etdirmişlər. Nikaha Ə.H.Qaçayevin xx.xx.2024-cü ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2024-cü ildə 157 nömrəli qkt qeydi ilə Kürdəmir regional “Asan Xidmət” mərkəzi qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kürdəmir Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin xx.xx.2024-cü il tarixli, 906 nömrəli məktubundan görünür ki, digər vərəsələrin mirasın qəbul etməsinin müəyyən edilməsi mümkün olmadığından və vərəsələr arasında ixtilaf olduğundan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kürdəmir regional “Asan xidmət” Mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, “vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, aşkar edilmişdir ki, X22 xx.xx.2005-ci ildə Moldova Respublikası, Kişniyov şəhərində doğulmuşdur, atası X27, anası Qaçayeva Veronikadır. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X26 və mərhum X3 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.1999-cu il tarixli, JN-864 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında X26, X7, Cavabdeh1, X16, X8, X11 və X18 ümumi birgə mülkiyyəti hüququ əsasında Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində 3.89 ha kənd təsərrüfatı məhsulları istehsallı təyinatlı torpaq sahəsi verilmiş, mülkiyyətçilərdən X26 xx.xx.2013-cü il tarixdə, X7 xx.xx.2004-cü il tarixdə ölmüşdür. X6 və X2 ölümündən sonra xx.xx.1999-cu il tarixli, JN-864 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında X6na və onun ailə üzvlərinə verilmiş Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində yerləşən 3.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsindən ibarət payları miras olaraq qalmışdır. Qanun üzrə vərəsələrdən biri X27 xx.xx.2024-cü il tarixdə öldüyündən onun oğlu X22 cavabdehlərlə aralarında həmin miras əmlaka vərəsəlik üzrə payların müəyyən olunmasını tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən mirasın qəbul edilibedilməməsi məsələsini həll edərkən məhkəmə qeyd edir ki, miras qoyanın birinci növbə qanun üzrə vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Mürşüdova (Qaçayeva) Gülarə Hacı qızı, Aslanova (Qaçayeva) Zeynəb Hacı qızı və mərhum X13 övladı X22 mirası, yəni Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissədən ibarət miras əmlakı qanun üzrə vərəsə olaraq faktiki qəbul etmişlər. MM-in 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, qanun üzrə vərəsələr Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən torpaq sahəsini qəbul etmələrinə dair ərizə verməsələr də, həmin əmlakı faktiki olaraq idarə etməyə başlamış və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Odur ki, məhkəmə hesab edir ki, miras qalmış mübahisəli torpaq sahəsinin 2/7 hissəsinə iddiaçı vərəsələrin payları müəyyən edilməlidir. Belə ki, MM-in 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, X26 və X2 ölümündən sonra miras qalmış Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 2/7 hissəsində vərəsələrin bərabər payları müəyyən edilməli, X26 və X1 X20 miras keçən 1/6 hissədə X22 və Cavabdeh3 bərabər hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.1999-cu il tarixli, JN-864 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında X6 və onun ailə üzvlərinə verilmiş Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində yerləşən 3.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X26 və X1 miras qalan 2/7 hissədən ibarət miras əmlaka qanun üzrə vərəsələr Cavabdeh1, Cavabdeh2, Cavabdeh6, Mürşüdova (Qaçayeva) Gülarə Hacı qızı, Aslanova (Qaçayeva) Zenfira Hacı qızı və X13 hər birinin 1/6 hissədə payları müəyyən edilsin. xx.xx.1999-cu il tarixli, JN-864 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında X6 və onun ailə üzvlərinə verilmiş Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində yerləşən 3.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X26 və X1 miras qalan 2/7 hissəsindən ibarət miras əmlakın X18 müəyyən edilmiş 1/6 hissədə payından ibarət miras əmlaka qanun üzrə vərəsələri X22 və Cavabdeh3 hər birinin 1\2 hissədə payları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №e-2(041)-135/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-135/2025
06.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver