Məhkəmə qərarları › İş №e-2(041)-1435/2024

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1435/2024

07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1435/2024 07.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Qurbanov Ruslan Şirvan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə, Cavabdeh, iddiaçının nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun tutulması, Cavabdeh Azəriqaz İB-nə qarşı aktın etibarsız hesab edilməsi və hesablanan məbləğin silinməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraicət edərək Kürdəmir rayon Sığırlı kəndində yaşayan Cavabdeh 3149 manat əsas borcun və 51.49 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh İddiaçı İB-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı İB tərəfindən onun barəsində yazılmış xx.xx.2024-cü il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akt əsasında hesablanmış 3110 manat borcun onun hesabəında silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddia ərizəsi 2(041)-1518/2024 saylı qeydiyyat nömrəsi ilə məhkəmənin icraatına düşmüşdür. Cavabdeh, iddiaçının nümayəndəsi X2 iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək akt əsasında hesablanmış 3110 manat borcun onun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş eyni tərəflər arasında və eyni tərkibli iş olduğu üçün bir icraatda birləşdirilərək 2(041)-1435/2024 qeydiyyat nömrəsi ilə icraata götürülmüşdür. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, digər iddia üzrə cavadehin nümayəndəsi Nümayəndə ilkin iddianı müdafiə etdiyini, Cavabdeh iddiasını qəbul etmədiyini bildirib izahatında göstərdi ki, Kürdəmir rayonu, Sığırlı kəndində yaşayan İddiaçı struktur vahidi olan X4 İstismarı İdarəsinin Kürdəmir Xidmət Sahəsinin abonenti Cavabdeh istifadə etdiyi təbii qaza görə 3149 manat məbləğində borcu yaranıb. Cavabdeh ilə Kürdəmir Xidmət sahəsi arasında bağlanmış müqaviləyə əsasən o, istifadə etdiyi təbii qazın dəyərini müqavilənin şərtlərinə əsasən bank və ya poçt vasitəsilə müvafiq hesaba ödəməli idi. Cavabdeh müqavilənin tələblərinə əməl etməyərək təbii qazdan istifadə nəticəsində yaranmış borcu ödəməmişdir. Həmçinin cavabdeh qaz xəttinə özbaşına qoşularaq əlavə xəttdən istifadə etmişdir. Hesab edir ki, ilkin iddia təmin edilməli, Cavabdeh iddiası isə əsassız olduğu üçün rədd edilməlidir. Məhkəmə iclasında iddiaçı, Cavabdeh nümayəndəsi X2 ilkin iddianı qəbul etmədiyini, iddialarını müdafiə edərək izahatında göstərdi ki, yaşadıqları evin abunə kodu atasının adınadır. Evdə istifadə edilən təbii qazın haqqını küçədə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən hər ayın sonunda yaşadıqları əraziyə xidmət edən nəzarətçinin təqdim etdiyi bildiriş əsasında ödəmişdir. 2024-cü ilin fevral ayında cavabdehin əməkdaşları ünvana gələrək qaz sayğacını baxış keçirmişlər. Sayğaca baxış keçirərkən kənar xəttdən istifadə etməsini ona bildirmişlər. Halbuki, belə bir hal baş verməyib. Həmçinin cavabdehin nümayəndələri sayğaca hər ay baxış keçirmiş, həmin müddət ərzində qanunsuz xətt aşkar olunmayıb. İddiaçı işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini , AZəriqaz İb-nin iddiasının isə əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş; -Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* nömrəli aktın İddiaçı İB-nin Kürdəmir Xidmət sahəsinin nümayəndələri V.Qəhrəmanov, R.Əliyev, Ü.Babaşlı, N.Mahmudov tərəfindən istehlakçı Cavabdeh iştirakı ilə tərtib edildiyi, həmin tarixdə onun evini təbii qazla təmin edən, küçədə quraşdırılmış G-4 markalı **********8 nömrəli qaz sayğacına baxış keçirildiyi, baxış zamanı abonent tərəfindən qaz xəttindən qeyri qanuni istifadə etdiyi etdiyi, təbii qaz itkisinin yarandığı müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia qismən təmin edilməlidir . “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinə görə dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. İstehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.5. Qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 1.6-cı bəndinə əsasən bu Qaydaların tələblərinin yerinə yetirilməsinə dövlət nəzarətini öz səlahiyyətləri daxilində qazdan səmərəli istifadə və qaz qurğularının etibarlı istismarı sahəsi üzrə Azərbaycan Respublikasının Energetika Nazirliyi və texniki təhlükəsizlik sahəsi üzrə Fövqəladə Hallar Nazirliyi həyata keçirirlər. Beləliklə, işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən Cavabdeh məxsus evdə quraşdırılmış ELSTER tipli G-4 markalı **********8 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış zamanı sayğacdan kənar xəttdən istifadə etdiyi müəyyən olunmuşdur. Cavabdehin nümayəndəsinin izahatından məlum olur ki, qeyd edilən nöqsanlar aradan qaldırılmış və qaz sayğacının göstəriclərinə uyğun olaraq hesablama aparılmışdır. Hazırki iddia tələbi ilə qanuniliyi mübahisələndirilən xx.xx.2024-ci il tarixli ******* nömrəli akt tərtib edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın tələblərinə əməl edilsə də, hesablaşma qaz sayğacının mənzildə yox, küçədə quraşdırılmasına baxmayaraq, zədələnmədiyi, sıradan çıxarmadığını, habelə təbii qaza görə yenidən hesablaşma zamanı cavabdeh öz əməkdaşlarının küçədə quraşdırılmış sayğaclara maneəsiz nəzarət etmək vəzifələrini, onların sayğacın göstəricilərinə uyğun olaraq hər ay məişət abonentinə bildiriş vermələrini nəzərə almadan müddəti müvafiq olaraq 360 gün göstərməklə əlavə hesablanmış məbləğin itirilən təbii qazın sərfiyyatına riayət edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təbii qazdan istifadəyə görə yenidən hesablaşma akt üzrə 60 gün götürülməklə sutkanın 24 saatı ərzində təbii qazdan istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılmalıdır. Belə ki, itirilmiş təbii qaza görə xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə 518,4 manat (3110,4:12*2=518,4) əlavə hesabat aparılmalı, qalan 2592 manat (3110,4-518,4) əlavə hesablanmış məbləğ iddiaçının hesabından silinməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun tutulması, Cavabdeh Azəriqaz İB-nə qarşı aktın etibarsız hesab edilməsi və hesablanan məbləğin silinməsi tələbinə dair iddiaları qismən təmin edilməli, İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış 2592 manat iddiaçı Cavabdeh hesabından silinməli, Cavabdeh istifadə etdiyi təbii qaza görə borclu qaldığı 557 manat pul tutularaq Azəriqaz İB-nin hesabınba ödənilməli, qalan hissədə iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Cavabdeh İddiaçı İB-nə qarşı akt əsasında hesablanan məbləğin silinməsi tələbinə dair, İddiaçı İB-nin Cavabdeh qarşı debitor borcun tutulması tələbinə dair iddiaları qismən təmin edilsin. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli akt üzrə əlavə olaraq hesablanmış 2592 (iki min beş yüz doxsan iki) manat iddiaçı Cavabdeh hesabından silinsin. Cavabdeh istifadə etdiyi təbii qaza görə borclu qaldığı 557 (beş yüz əlli yeddi) manat pul tutularaq İddiaçı İB-nin hesabına ödənilsin. Hər iki iddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: R.B.MEHDİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar