Məhkəmə qərarları › İş №e-2(041)-1444/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-1444/2025

16.07.2025 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1444/2025 16.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə, Cavabdeh Mil Qarabağ və X12 İstismarı İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Mil Qarabağ və X12 İstismarı İdarəsinə qarşı (Ucar rayon X15 Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, əmək haqqı və digər ödənişlərin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Mil Qarabağ və X12 İstismarı İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa, əmək haqqı və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Miİ Qarabağ və X6 İstismarı idarəsinin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X18 Xidmətinin Mil Qarabağ və X6 İstismarı İdarəsində baş mexanik vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanılaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Miİ Qarabağ və X6 İstismarı idarəsi tərəfindən İddiaçı Cəbryıl oğluna ödənilməsi və vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Miİ Qarabağ və X6 İstismarı idarəsindən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 04 fevral 1985-ci il tarixindən 15 oktyabr 2024-cü il tarixədək fasiləsiz olaraq "xxxx" ASC-nin Mil Qarabağ və X6 İstismarı İdarəsində müxtəlif vəzifələrdə, o, cümlədən son dövrlərdə baş mexanik vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli Fərmanına əsasən "xxxx" ASC çevrilmə formasında yenidən təşkil edilərək "X18 Xidməti" X26i yaradılmışdır. 15 oktyabr 2024-cü il tarixdə guya işlədiyi ştatın ixtisar olunması səbəbi ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr verilsə də, faktiki olaraq həmin idarədə heç bir ştat ixtisarı baş verməmişdir. Bu yalnız formal əsasla onun işdən azad edilməsinə şərait yaratmışdır. Həmin tarixədək əmək intizamını pozmamış, heç bir intizam tənbehi almamışdır. Eyni zamanda, əmək müqaviləsinə xitam verilməsi barədə əmr bu günədək ona təqdim olunmamışdır. Bu səbəbdən hesab edir ki, əmək münasibətlərinə xitam verilməsi qanunsuz və əsassız olmuşdur. Məcəllənin 72-ci maddəsinə əsasən işçilərin sayı və ya ştatların ixtisarı zərurəti meydana çıxdıqda, işəgötürən müvafiq əsaslandırmanı təqdim etməli, işçiyə əvvəlcədən yazılı bildiriş verməlidir və mümkün olduqda başqa işlə təmin etməlidir. Əgər bu şərtlərə riayət olunmayıbsa, ixtisar hüquqi qüvvəyə malik deyildir. İddiaçı nümayəndəsi, eyni zamanda vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı hüquqlarının məhkəməyə qədər və məhkəmədə təmsil və müdafiə edilməsi ilə əlaqədar olaraq vəkil Nümayəndə ilə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlamış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən vəkilə 300 (üç yüz) manat məbləğində pul ödənilmişdir. Həmçinin mübahisənin mediasiya vasitəsi ilə həlli prosesinə görə iddiaçı tərəfindən 60 (altmış) manat vəsait xərci olmuşdur. Odur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Miİ Qarabağ və X6 İstismarı idarəsinin xx.xx.2024-cü il tarixli, 88 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X18 Xidmətinin Mil Qarabağ və X6 İstismarı İdarəsində baş mexanik vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanılaraq cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Miİ Qarabağ və X6 İstismarı idarəsi tərəfindən İddiaçı Cəbryıl oğluna ödənilməsi, vurulmuş mənəvi ziyanın əvəzi olaraq 3000 (üç min) manat, mediasiya xərcinə görə 60 (altmış) manat və hüquqi yardım görə 300 (üç yüz) manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Miİ Qarabağ və X6 İstismarı idarəsindən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı nümayəndəsi eyni zamanda vəkili Nümayəndə xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Mil Qarabağ və X6 İstismarı idarəsinin xx.xx.2023-cü ildən qüvvəyə minən ştat cədvəlinə əsasən, baş mexanik vəzifəsi üçün 632 manat vəzifə maaşı müəyyən edilmişdir. 13 avqust 2024-cü il tarixdən qüvvəyə minmiş ştat cədvəlinə əsasən, 1400 manat aylıq vəzifə maaşı müəyyən edilmişdir. Lakin buna baxmayaraq, iddiaçıya 13 avqust 2024-cü il tarixindən etibarən də ştat cədvəlindəki aylıq vəzifə maaşına dəyişikliyə baxmayaraq 632 manat əmək haqqı ödənmişdir. Yəni iddiaçının əməyin qarşılıqlığından irəli gələn öz fəaliyyətinə uyğun olaraq əmək haqqı almaq hüququ da pozulmuşdur. Belə ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Miİ Qarabağ və X6 İstismarı idarəsinin xx.xx.2024cü il tarixli, 88 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X18 Xidmətinin Mil Qarabağ və X6 İstismarı İdarəsində baş mexanik vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün yeni ştat cədvəli əsasında (aylıq vəzifə maaşı 1400 manat olmaqla) əmək haqqı və 13 avqust 2024-cü il tarixdən onun əmək müqaviləsinə xitam verildiyi günədək olan əmək haqqı fərqi - yeni və əvvəlki ştat cədvəlləri arasındakı nəzərə alınmaqla fərqin ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat, mediasiya xərcinə görə 60 (altmış) manat və hüquqi yardım görə 300 (üç yüz) manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Miİ Qarabağ və X6 İstismarı idarəsindən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Mil Qarabağ və X12 İstismarı İdarəsi tərəfindən iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim olunmuşdur. İddiaya etirazda və iddia müddətinin tətbiq edilməsi barədə ərizədə qeyd olunmuşdur ki, Kürdəmir rayonu, Qaramahmudlu kənd sakini İddiaçı 04 fevral 1985-ci il tarixdən 05 may 1989-cu il tarixədək fəhlə, 05 may 1989-cu il tarixdən 02 iyun 1989-cu il tarixədək avtomexanik, 02 iyun 1989-cu il tarixdən 14 oktyabr 2024-cü il tarixədək Mil Qarabağ və X12 istismarı idarəsində baş mexanik vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 30 mart 2023-cü il tarixli 2074 saylı Fərmanı ilə "Su Ehtiyatları, Su Təsərrüfatı və Meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi" məqsədi ilə "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi" yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su X1 təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X18 Xidməti" X26 yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə "X18 Xidməti" X26in təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçı tutduğu baş mexanik vəzifəsi üçün ali texniki təhsil tələb olunduğundan onunla "Əmək müqaviləsi" bağlanmamışdır. İddiaçı və digər iş yeri ixtisara düşən işçilərə stajlarına uyğun olaraq xəbərdarlıq verilərək, onlar tərəfindən xəbərdarlığın alınması bərədə rəsmi imza edilmişdir (xəbərdarlıq və Meliorasiya və Su Təsərrüfatı işçilərinin vəzifə təlimatı, diplomun surəti əlavə edilir). İddiaçı eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq aylıq əmək haqqının 2 misli qədər müavinat hesablanaraq ödənilmişdir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mil Qarabağ və X12 istismarı idarəsi üçün əvvəlki illərdə nəzərdə tutduğu ştat cədvəlində inzibati idarə heyəti 11 ştat vahidi (baş mexanik daxil olmaqla) olmasına baxmayaraq X18 Xidməti X26in MQ və AŞK istismarı idarəsi üçün rəhbər işçilər 3 nəfərdən ibarətdir idarə rəisi, baş mühəndis, baş mexanik və Su Təsərrüfatı işçilərinin vəzifə təlimatının 8-ci maddəsinin 8.1-ci bəndinə əsasən ali texniki təhsilli idarənin profilinə uyğun mühəndis texniki ixtisası olan şəxs tələb olunduğu halda İddiaçı orta ixtisaslı texnik-istismarçıdır və idarəmizin normal fəaliyyəti üçün peşəkar ali təhsilli işçinin tələb olunduğu müəyyən edilmişdir. İddiaçı buna baxmayaraq orta ixtisas təhsilinə uyğun iş təklif olunmasına baxmayaraq, əvvəlki işinə bərpa edilməsini tələb etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin (Maddə 296.Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri KMQ6) 2-ci hissəsinə əsasən (bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər) İddiaçı işə bərpa tələbinə məhkəmədə baxıla bilməz. İddiaçı işdən 14 oktyabr 2024-cü il tarixdən azad edilmiş, lakin 7 ay sonra məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, verdiyi iddia tələbi üzrə cavabdeh etiraz edərək, iddia tələbini əsassız hesab edir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırır ki, iddia müddətinin keçməsi ilə əlaqədar işə baxılmasının mümkünsuzlüyünü, iddiaçıya xəbərdarlıq verilərək iddiaçı tərəfindən xəbərdarlığın alınmasının təsdiq edilməsini və əmək müqaviləsinə xitam verilməsi əsaslarını qeyd etmişdir. İddia müddəti ilə əlaqədar xüsusuatlar barədə qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsinə əsasən, işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Qanunverici həm də müddətin başlanğıc anı üçün “aşkar edilmə” məsələsinə aydınlıq gətirmişdir. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd olunan maddədən də göründüyü kimi, məsələ üzrə iddia müddətinin axımının başlanması üçün müvafiq sənədlərin şəxsə təqdim olunmalıdır. Beləliklə müvafiq əmr, əmək kitabçası, haqq-hesab sənədləri şəxsə təqdim edilməyibsə, iddia müddətinin axımı başlamır. Bu baxımdan cari iş üzrə cavabdeh müvafiq sənədləri iddiaçıya əmək müqaviləsinə xitam verilən zaman təqdim etmədiyindən iddia müddətinin axımı həmin andan başlamamışdır. Həmçinin vurğulanmalıdır ki, iddiaçıya əmək müqaviləsinə xitam verilməsi barədə əmr bu günədək təqdim olunmamışdır. İddiaçıya yalnız onun əmək kitabçası iş yoldaşı - X11 vasitəsilə verilmişdir. Beləliklə, əgər iddia müddətinin axımı başlamış olsa belə, o yalnız və yalnız ona əmək kitabçasının təqdim edildiyi vaxtdan başlaya bilərdi. Cavabdeh ixtisara düşən işçi kimi İddiaçıya xəbərdarlıq edilməsini xüsusilə vurğulamışdır. Lakin Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən bu heç bir halda iddia müddətinin axımının başlanması üçün əsas ola bilməz. Çünki həmin maddə vasitəsilə qanunverici imperativ norma şəklində əmək münasibətləri üzrə iddia müddətinin başlanğıcı əsas və səbəblərini qeyd etmişdir və həmin maddədə “şəxsə xəbərdarlıq edilməsi” iddia müddətinin axımı üçün heç bir əhəmiyyət daşımır. Həmçinin cavabdeh heç xəbərdarlıq vəzifəsini də qanunauyğun şəkildə yerinə yetirməmişdir. Bu barədə iddiaçı ƏƏSMN yanında DƏMX-in Aran regional şöbəsinə müraciət ünvanlamış, müvafiq qurum şifahi olaraq cavabında pozuntu təsbit edərək cavabdehin vəzifəli şəxsi X22 barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilməsini vurğulamışdır. Cavabdehin iddiaya qarşı etirazında əmək müqaviləsinin xitamı ilə əlaqədar mövqeyi əsassızdır. Əvvala cavabdeh heç özü də konkret anlamır ki, hansı əsasla əmək müqaviləsinə xitam verib. Etirazda həm ştat ixtisarı əsası, həm də ali texniki təhsil vurğulanır. Lakin onların hər birinə ayrılıqda baxılmalı və düzgün mövqe seçilməlidir. Belə ki, aşağıdakı müddəalar cavabdehin əmək müqaviləsinə qanununsuz olaraq xitam verdiyini təsdiq edir: 1. Cavabdeh əmək müqaviləsinin ləğv edilmə əsası kimi Əmək Məcəlləsinin 70 (b) (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) maddəsinə istinad etmişdir. Sözügedən etirazda cavabdeh X18 Xidməti X26in MQ və AŞK istismarı idarəsi üçün rəhbər işçilərin sayının əvvəlki ştat cədvəlinə münasibətdə 11 nəfərdən 3 nəfərə ixtisar edilməsini bəhanə gətirərək öz mövqeyini əsaslandırmağa çalışmışdır. Lakin həm əvvəlki - MQ və AŞK istismarı idarəsinin 2023-cü il üçün nəzərdə tutulan ştat cədvəlində, həm də cavabdehin istinad etdiyi yeni ştat cədvəlində “baş mexanik” vəzifəsi üçün 1 ştat vahidi nəzərdə tutulmuşdur. Yəni, digər vəzifələr üçün müəyyən ixtisarlar nəzərdə tutulsa belə, əvvəlki və cari ştat cədvəlləri arasında müqayisədən bəlli olur ki, “baş mexanik” vəzifəsinə münasibətdə hər hansı ştat ixtisarı və ya dəyişikliyi yoxdur. Belə bir ixtisar mövcud olmadığından cavabdehin Əmək Məcəlləsinin 70 (b) bəndi ilə müqaviləyə xitam verməsi tamamilə əsassızdır. 2. Cavabdeh etirazda həmçinin qeyd edir ki, Su Təsərrüfatı işçilərinin vəzifə təlimatının 8-ci maddəsinin 1-ci hissəsinə əsasən, “baş mexanik” vəzifəsi ali-texniki təhsil tələb edir və iddiaçının bu növ ixtisaslaşması olmadığından o həmin vəzifəyə uyğun deyildir. Bu müddəa da əsassızdır: a. Ona görə ki iddiaçı və cavabdeh arasında əmək müqaviləsi bağlanan zaman, eləcə də iddiaçı “baş mexanik” vəzifəsinə yüksələn zaman (02 iyun 1989-cu il tarixdə) həmin təlimat qəbul edilməmişdi və qüvvəyə minməmişdi. Mülki Məcəllənin müqavilə instituna münasibətdə ümumi norma kimi çıxış edən 390-cı maddəsində isə qeyd edilir ki, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır. Yəni sözügedən vəzifə təlimatı iddiaçının “baş mexanik” vəzifəsinə təyin olunmasından, yəni faktiki olaraq əmək müqaviləsinin bağlanılmasından və ya dəyişdirilməsindən (baş mexanik vəzifəsinə təyin olunma zamanı) sonra qəbul edildiyindən həmin təlimatın hər hansı müddəası cari mübahisəyə tətbiq oluna bilməz. b. İkincisi, cavabdeh tərəf həmin təlimatın 8.5-ci maddəsini tövsif edərkən yanlışlığa yol vermişdir. Belə ki, həmin maddədə ali texniki təhsillə yanaşı, “idarənin profilinə uyğun mühəndistexniki və va rəhbər vəzifələrdə ixtisas üzrə əmək stajı 3 ildən az olmamalıdır” şərtləri də vurğulanmışdır. Yəni, ali-texniki təhsil olmasa belə, digər iki şərtdən hər hansı biri ödənilərsə, şəxs “baş mexanik” vəzifəsinə təyin edilə bilər. Bu müddəanın təsbitini həm də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının "15" noyabr 2005-ci il tarixli 24-2 №-li qərarı ilə təsdiq edilmiş “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X5”nın “baş mexanik” vəzifəsinə münasibətdə müəyyənləşdirdiyi ixtisas tələblərində görmək mümkündür. Həmin tələblərdə ali texniki və ya mühəndis-texniki təhsil və müəssisənin profilinə uyğun rəhbər və mühəndis-texniki vəzifələrdə 5 ildən az olmayaraq iş stajı kimi şərtlər müəyyən edilmişdir. Göründüyü kimi, ƏƏSMN “baş mexanik” vəzifəsi üçün ali texniki təhsili mütləq hesab etmir. Bu baxımdan iddiaçının heç bir qanuni əsasa dayanmadan ali texniki təhsili olmadığı üçün əmək müqaviləsinə xitam verilməsi tamamilə hüquqaziddir. Bundan əlavə bildirir ki, cavabdeh məhkəməyə “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” 88 nömrəli əmri həm kağız, həm də elektron formada təqdim etmişdir. Lakin təqdim olunmuş sənədlərdən aydın görünür ki, cavabdeh həmin əmrin surətini və əmək kitabçasını işçiyə onun sonuncu iş günü təqdim etməmişdir. Bu hal Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci maddəsinin tələblərinə açıq şəkildə ziddir. Qeyd edilən maddəyə əsasən: “Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.” Həmin maddə 28 iyun 2024-cü il tarixli, 1195-VİQD nömrəli Qanunla yeni redaksiyada qəbul edilmiş və 13 avqust 2024-cü il tarixdə qüvvəyə minmişdir. Həmin Qanunun keçid müddəalarını tənzimləyən 12.3-cü maddəsinə əsasən, qanunun qüvvəyə mindiyi günədək bağlanmış əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi mərhələlər üzrə həyata keçirilməlidir. Bu məqsədlə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 sentyabr 2024-cü il tarixli, 425 nömrəli Qərarı ilə “İşəgötürənlər tərəfindən əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin müəyyən edilməsi” təsdiq edilmişdir. Həmin Qərarın 12.2-ci maddəsinə əsasən: “Bu Qanun qüvvəyə mindiyi tarixdən elektron informasiya sistemində məlumatları mövcud olan əmək kitabçaları işəgötürənlər tərəfindən işçilərə təhvil verilir.” Eyni zamanda Qərarın 12.3-cü maddəsinə əsasən: “Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan X26lər olan işəgötürənlər üçün bu keçid 2025-ci il 1 yanvaradək başa çatdırılmalıdır.” Bu normativ aktlara əsasən cavabdehin 2025-ci ilin yanvarın 1-dək əmək kitabçasını işçiyə təqdim etməli olduğu halda, kitabçanın yaxın günə qədər verilmədiyi görünür. Bu isə həm qanun pozuntusudur, həm də işçinin əmək hüquqlarının pozulmasına yönəlmiş fəaliyyətdir. Digər tərəfdən, Əmək Məcəlləsinin 84-cü maddəsində əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məcburi məzmunu müəyyən edilmişdir. Həmin tələblər arasında əmrin tərtib olunduğu tarixin göstərilməsi vacibdir. Halbuki, cavabdeh tərəfindən təqdim olunmuş kağız formasındakı 88 nömrəli əmrdə əmrin tarixi ümumiyyətlə göstərilməmişdir. Elektron sistemdə tərtib olunmuş əmrə gəldikdə isə, bu sənəddə xitmın əsasını göstərilməmişdir. Bu isə Əmək Məcəlləsinin 83.2ci maddəsinin birbaşa pozulması deməkdir. Yuxarıda qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, nümayəndəsi və vəkilinin dedikləri ilə razıdır. O, orta ixtisas təhsillidir. Həmin iş yerində 40 illik stajı var. Sonuncu dəfə işə 2024-cü ildə oktyabr ayının 15-i getmişdir. Həmin günü işdə olub. Orda ona deyilib ki, iş yeri ixtisara düşüb, işinə xitam verilib, işdən çıxarılır. Əmək kitabçasını isə 2025-ci ildə aprel ayının 15-i günü alıb. Hüquqlarının müdafiəsi üçün rəhbərliyə müraciət edib, ona işinə bərpa olunacağı bildirilib. İşdən çıxarıldıqdan sonra ona işdənçıxma müavinəti köçüb. Belə ki, 2024-cü ilin oktyabr ayının sonu ona 1200 manat, həmin ilin noyabr ayının əvvəli isə 800 manat pul köçüb. İşlədiyi müddət ərzində isə 540 manat əmək haqqı alırdı. Ona köçürülmüş pulun son haqq-hesab olduğunu bilməmişdir. Ona zəng edilib “işinə bərpa olunacaqsan” deyilərək hər ay aldadılıb. İddianın təmin edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında iddia tələbini qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X24 Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X24 Şöbəsinin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: Baş Şirvan və X8 İstismarı İdarə tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli 15 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı-xx.xx.1985-ci il tarixdən 2-ci dərəcəli fəhlə təyin edilmiş və əmək haqqının işəmuzd qaydada hesablanması əmr edilmişdir; Baş Şirvan və X8 İstismarı İdarə tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli 38 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı-xx.xx.1989-cu il tarixdən ştat cədvəlinə uyğun olaraq avtomexanik vəzifəsinə təyin edilmişdir; Baş Şirvan və X8 İstismarı İdarə tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli 50 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı-xx.xx.1989-cu il tarixdən ştat cədvəlinə uyğun olaraq böyük mühəndis mexanik vəzifəsinə təyin edilmişdir; xx.xx.2012-ci il tarixdə bağlanmış əmək müqaviləsi (kontrakt) dən görünür ki, İddiaçı Mil Qarabağ və X13 İstismarı idarəsində baş mexanik vəzifəsinə təyin edilmişdir; Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X18 Xidməti X26in X18 Xidmətinin fəaliyyətinin təmin edilməsi barədə xx.xx.2024-cü il tarixli, 13-4/3-1-xx-xx/2024 nömrəli əmrindən görünür ki, “Azərbaycan Dövlət Su X1 təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X18 Xidməti X26i yaradılmışdır. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki punlik hüquqi şəxsinin fəaliyyətinin təşkili ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Dövlər Su Ehtiyatları Agentliyinin xx.xx.2024-cü il tarixli 0014nömrəli əmri ilə X18 Xidməti X26in strukturu, Xidmətin aparatının strukturu və ştat cədvəli təsdiq edilmiş, Xidmətin işçilərinin ümumi say həddi, eyni zamanda Xidmətin Aparatının ştat vahidinin sayı müəyyən edilmişdir; Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X26 Mil Qarabağ və X9 İstismarı İdarəsi tərəfində verilmiş xx.xx.2024-cü il tarixli, 26 nömrəli Mil Qarabağ və X12 istismarı idarəsinin Həmkarlar təşkilatı komitəsinə ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Dövlət Su X1 Təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında 17 noyabr 2023-cü il tarixli 2356 nömrəli fərmanına əsasən "xxxx" ASC-nin çevrilmə formasında yenidən təşkil yolu ilə X18 Xidməti X26 yaradılmışdır. Bununla əlaqədar Mil Qarabağ və X12 istismarı İdarəsi üzrə "Təsdiq Edilmiş" Ştat cədvəlinə əsasən xx.xx.2024 cü il tarixdən MQ və AŞK İstismar İdarəsinin 2024 cü il üçün 242 nəfər işçilərin təsdiq edilməsi və işçilərin Həmkarlar təşkilatı komissiyasında yaradılması, yerdə qalan işçilər haqqında araşdırma apararaq ixtisar olunması haqqında rəy bildirilməsi xahiş edilmişdir; Mil Qarabağ və X12 İstismar İdarəsi Həmkarlar İttifaqı Komitəsinin 28 saylı xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, 1. MQ və AŞK İstismar idarəsinin xx.xx.2024-cü il tarixli 26 saylı məktubunun icrası ilə əlaqədar siyahıda adları qeyd olunan MQ və AŞK İstismar idarəsinin ştat vahidləri ixtisara düşmüş işçilərin əmək müqavilələrinin qanunvericiliyə uyğun olaraq ləğv olunmasına etiraz etmirlər (siyahı protokola əlavə olunur) 2. Xəbardarlıq müddəti bitdikdən sonra yeni ştat vahidlərinə görə iş yerlərinə, əmək stajına peşəkarlıq səviyyəsinə (eyni olduqda xüsusi imtiyazlı şəxslər üstünlük verilir). Uyğun olaraq işçilərə müəssisə tərəfindən yeni əmək müqavilələrinin bağlanması nəzərdə tutulmasını diqqətdə saxlamaq xahiş edilir. 3. Əhədov Yaşar, Əhmədov Qismət və Qiyasov Fəqaninin uyğun vəzifə ilə təmin olunmasını nəzərə almaq xahiş edilir. 4. Qəbul edilən qərar MQ və AŞK İstismar idarəsinə təqdim olunması qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə İddiaçı ünvanlanmış ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su X1 təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin çevrilmə formasında yenidən təşkil yolu ilə "X20 Xidməti" X26 yaradılmışdır. Azərbaycan Dövlət Su Entiyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə "X18 Xidməti" X26in təsdiq edilmiş strukturu ve ştat cədvəlinə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-ci il tarixindən ixtisara düşmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsi 9 təqvim həftəsindən sonra ləğv ediləcəkdir. Nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olarıq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla özünə iş yeri axtarmaq üçün bir iş günü işdən azad edilir, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əməkhaqqının 0,5 misli həddində birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsi müraciət etdiyi gündən ləğv edilə bilər. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X18 Xidməti X26in xx.xx.2024cü il tarixli, 13-4/3-1-71-4/2024 nömrəli X18 Xidmətinin fəaliyyətinin təmin edilməsi barədə əmrindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli fərmanı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X18 Xidməti X26i yaradılmışdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli 0014 nömrəli əmri ilə X18 Xidməti X26in strukturu, Xidmətin aparatının struktru və ştat cədvəli təsdiq edilmiş, Xidmətin işçilərinin ümumi say həddi, eyni zamanda Xidmətin Aparatının ştat vahidinin sayı müəyyən edilmişdir. Meliorasiya və Su Təsərrüfatı işçilərinin vəzifə təlimatından görünür ki, Baş mexanik vəzifəsinə ali texniki təhsil, idarənin profilinə uyğun mühəndis-texniki və ya rəhbər vəzifələrdə ixtisas üzrə əmək stajı 3 ildən az olmamalıdır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X18 Xidməti X26in Mil Qarabağ və X6 istismarı idarəsinin xx.xx.2024-cü il tarixdən qüvvəyə minmiş ştat cədvəlindən görünür ki, 3 rəhbərlik vəzifəsi- idarə rəisi, baş mühəndis və baş mexanik vəzifələri vardır. xx.xx.1987-ci il tarixli KT 027255 nömrəli diplomun surətindən görünür ki, Qarayev X3 əsas politexnik texnikumunu bitirmişdir. xx.xx.2024-cü il tarixli KM1, KM2 nömrəli ödəniş qəbzlərindən və Mil-Qarabağ və X13 istismarı idarəsi işçilərinin oktyabr ayı əmək haqqı hesabat cədvəlindən görünür ki, İddiaçı son haqq hesab hesablanaraq ödənilmişdir. Əmək kitabçasının işə götürən tərəfindən işçiyə təhvil verilməsi haqqında olan sənəddən görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı əmək kitabçası qohumu X7 təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli 88 nömrəli Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən görünür ki, "Mil Qrabağ və X6 İstismarı İdarəsi" bölməsində "MQ VƏ AŞK İstismar İdarəsində Baş Mexannik" vəzifəsində işləyən "İddiaçı Cəbrayıl oğlu" haqqında aşağıdakı səbəb(-ləri) nəzərə alaraq: işçi ixtisar edildikdə "Mil Qarabağ və X6 İstismarı İdarəsi" bölməsində "MQ VƏ Aşk İstismar İdarəsində Baş Mexannik" vəzifəsində işləyən İddiaçı Cəbrayıl oğlu ilə bağlanılmış xxxxxxx000100 nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 70."b" - işçilərin sayı və ya ştatları ixtisar edildikdə» maddəsinə əsasən yuxarıda göstərilən səbəbdən xx.xx.2024 tarixindən xitam verilmiş, işçinin xx.xx.2012 tarixindən xx.xx.2024 tarixinə qədər istifadə edilməmiş 32 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibatlığa həvalə edilmişdir. Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti X27 Qarabağ və X12 İstismarı idarəsinin 88 nömrəli əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrindən görünür ki, İddiaçı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mil Qarabağ və X12 istismarı idarəsi (Baş mexanik) vəzifəsi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xx.xx.2024 -cü il tarixdən ləğv edilmiş, İddiaçı Əmək Məcələsinin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən orta aylıq əməkhaqqının 2 misli miqdarında işdən çıxarma müavinəti verilməsi, Mühasib və İnsan resursları üzrə mütəxəssisin bu əmrdən irəli gələn zəruri məsələlərin həll olunmasını təmin etməsi göstərilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X15 Xidmətinin X24 Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-17-5/2-62767/2025 nömrəli məktub və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş İddiaçı Mil Qarabağ və X14 İstismarı İdarəsində əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin (bunda sonra - Xidmət) X24 şöbəsinə etdiyi müraciətinə tərəflərindən baxılmışdır. İddiaçı Cəbrayıl oğlu ilə bağlanılmış əmək müqaviləsinə Azərbayca Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə (İşçilərin sayı və ya ştatı ixtisar edildikdə) əsasən xx.xx.2024-cü il tarixli 88 nömrəli əmrlə xx.xx.2024-cü il tarixind xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə (İşçilər sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi İşəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfində həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir) əsasən İddiaçı doqquz təqvim həftəsi rəsmi xəbərdarlıq edilməlidir. Lakin Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinin tələbləri pozulmuş, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən 9 (doqquz) təqvim həftəsi nəzərə alınmamışdır. Bununla da, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri pozulmuşdur. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə uyğun olaraq inzibati xəta halı yaranmışdır. Bu səbəbdən vəzifəli şəxs X22 barəsində tərəflərindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 88 nömrəli əmrin 30 (otuz) gün müddətində ləğv edilərək törədilmiş inzibati xəta pozuntusunun aradan qaldırılması ilə bağlı Mil Qarabağ və X12 İstismarı İdarəsinin rəhbərliyinə tərəflərindən xx.xx.2025-ci il tarixli, 3-17-5/2-52907/2025 nömrəli icrası məcburi göstəriş məktubu ünvanlanmışdır. X22 barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar 30 (otuz) gün müddətində icra edilmədiyi üçün xx.xx.2025-ci il tarixdən qüvvəyə minmişdir. Məhkəmə qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin «Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları» adlanan 3-cü maddəsinin 5-ci hissəsinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 42-ci maddəsinin 1 və 2-ci hissələrinə əsasən əmək müqavilələri sərbəst bağlanır, hec kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işcidir. 44-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin maddənin 3-cü hissəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işcidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib-edilmədiyi əsaslandırılmalıdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, belə ki, işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Miİ Qarabağ və X6 İstismarı idarəsinin xx.xx.2024-cü il tarixli, 88 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X18 Xidmətinin Mil Qarabağ və X6 İstismarı İdarəsində baş mexanik vəzifəsinə bərpa edilməsi, xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün yeni ştat cədvəli əsasında (aylıq vəzifə maaşı 1400 manat olmaqla) əmək haqqı və 13 avqust 2024-cü il tarixdən onun əmək müqaviləsinə xitam verildiyi günədək olan əmək haqqı fərqi - yeni və əvvəlki ştat cədvəlləri arasındakı nəzərə alınmaqla fərqin ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat, mediasiya xərcinə görə 60 (altmış) manat və hüquqi yardım görə 300 (üç yüz) manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Miİ Qarabağ və X6 İstismarı idarəsindən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh isə iddia ərizəsinə etiraz verərək Azərbaycan Respublikası Prezidentinin 30 mart 2023-cü il tarixli 2074 saylı Fərmanı ilə "Su Ehtiyatları, Su Təsərrüfatı və Meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi" məqsədi ilə "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi" yaradıldığını, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su X1 təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X18 Xidməti" X26 yaradıldığını, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 27 may 2024-cü il tarixli, 001/F nömrəli əmri ilə "X18 Xidməti" X26in təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən İddiaçı tutduğu baş mexanik vəzifəsi üçün ali texniki təhsil tələb olunduğundan onunla "Əmək müqaviləsi" bağlanmadığını və iddiaçının məhkəməyə müraciət etmə müddətini ötürdüyünü bildirir. İşin müəyyən olunan halları odur ki, iddiaçı Mil Qarabağ və X12 istismarı idarəsində müxtəlif vəzifələrdə işləməklə 02 iyun 1989-cu il tarixdən 14 oktyabr 2024-cü il tarixədək “baş mexanik” vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 30 mart 2023-cü il tarixli 2074 saylı Fərmanı ilə "Su Ehtiyatları, Su Təsərrüfatı və Meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi" məqsədi ilə "Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi" yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Dövlət Su X1 təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil yolu ilə "X18 Xidməti" X26 yaradılmışdır. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Mil Qarabağ və X12 istismarı idarəsi üçün əvvəlki illərdə nəzərdə tutduğu ştat cədvəlində inzibati idarə heyəti 11 ştat vahidi (baş mexanik daxil olmaqla) olmasına baxmayaraq, X18 Xidməti X26in MQ və AŞK istismarı idarəsi üçün rəhbər işçilər 3 nəfərdən ibarət- idarə rəisi, baş mühəndis, baş mexanik olmaqla müəyyən edilmişdir. Meliorasiya və su təsərrüfatı işçilərinin vəzifə təlimatının 8-ci maddəsinin 8.5-ci bəndinə əsasən baş mexanik vəzifəsinin görə ali texniki təhsil tələb edildiyindən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla İddiaçı xəbərdarlıq verilərək, onun tərəfindən xəbərdarlığın alınması bərədə rəsmi imza edilmiş, İddiaçı eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq aylıq əmək haqqının 2 misli qədər müavinat, işdən azad edilərkən son haqq-hesab ödənilmişdir. Qanunvericiliyin tələblərinə görə müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən yalnız işəgötürən tərəfindən işçinin peşəkarlıq səviyyəsi müəyyən edilir. Keçirilən məhkəmə iclasları zamanı iddiaçının, cavabdehin nümayəndəsinin izahatlarından, habelə məhkəməyə təqdim edilmiş sənədlərdən müəyyən olundu ki, qeyd edilən hallar X21 Sistemlərinin İstismarı İdarəsinin rəhbərliyi tərəfindən düzgün qiymətləndirilmiş və qanuna müvafiq qaydada ixtisarlar aparılmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin məcəllənin 70-ci maddəsinin “b” bəndinə əsasən işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsinə əsasən işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəlləınin 78-ci maddəsinin 1-ci hissəsinə əsasən, müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. Həmin məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Məhkəmə işçinin ixtisarının qanuna uyğun aparıldığını qəbul etsə də, işəgötürənin əmək müqaviləsini ləğv edərkən işçiyə ən azı 9 (doqquz) təqvim həftəsi əvvəlcədən xəbərdarlıq edilməli olduğunu nəzərə alaraq, bu tələbin pozulduğunu vurğulayır. Belə ki, iş materiallarından göründüyü kimi İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə Azərbayca Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b bəndinə (işçilərin sayı və ya ştatı ixtisar edildikdə) əsasən xx.xx.2024-cü il tarixli 88 nömrəli əmrlə xx.xx.2024-cü il tarixind xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinə (işçilər sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b" bəndi işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfində həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq rəsmi xəbərdar edilməlidir) əsasən İddiaçı doqquz təqvim həftəsi rəsmi xəbərdarlıq edilməlidir. Lakin Əmək Məcəlləsinin 77-ci maddəsinin 1-ci bəndinin tələbləri pozulmuş, İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilərkən 9 (doqquz) təqvim həftəsi nəzərə alınmamış, bununla da, Əmək Məcəlləsinin 77-ci maddəsinin tələbləri pozulmuşdur. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı (İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə) maddəsinə uyğun olaraq inzibati xəta halı yaranmış, bu səbəbdən vəzifəli şəxs X22 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 88 nömrəli əmrin 30 (otuz) gün müddətində ləğv edilərək törədilmiş inzibati xəta pozuntusunun aradan qaldırılması ilə bağlı Mil Qarabağ və X12 İstismarı İdarəsinin rəhbərliyinə tərəflərindən xx.xx.2025-ci il tarixli, 3-17- 5/2-52907/2025 nömrəli icrası məcburi göstəriş məktubu ünvanlanmış, X22 barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar 30 (otuz) gün müddətində icra edilmədiyi üçün xx.xx.2025-ci il tarixdən qüvvəyə minmişdir. Bununla belə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işə bərpa ilə bağlı iddia müddəti ötürülmüşdür. Belə ki, iddiaçı vaxtında məhkəməyə müraciət etməməsini əmək kitabçasının ona gec təqdim edilməsi ilə əlaqələndirsə də, işin araşdırılmış hallarından məlum olur ki, o, ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqla tanış olaraq imzalamış, məhkəmə iclasında verdiyi izahatında sonuncu dəfə işə 2024-cü ildə oktyabr ayının 15-i getdiyini, orda ona iş yerinin ixtisara düşdüyü, işinə xitam verildiyi, işdən çıxarıldığının deyildiyini, hüquqlarının müdafiəsi üçün müraciət etsə də ona işinə bərpa olunacağının bildirildiyini, işdən çıxarıldıqdan sonra oktyabr ayının sonunda və noyabr ayının əvvəlində ona işdənçıxma müavinəti köçürüldüyünü bildirmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı işdən azad edildikdən sonra oktyabr ayının sonu və noyabr ayının əvvəlində ona əmək haqqı məbləğindən artıq məbləğdə vəsait köçürülmüşdür. İddiaçı əmək münasibətlərində olduğu dövrdə hər ay 540 (beş yüz qırx) manat əmək haqqı aldığını bildirmişdir. Bu halda göstərilən dövrdə köçürülmüş məbləğin aylıq əmək haqqının miqdarından nəzərəçarpacaq dərəcədə artıq olması, həmin vəsaitin əmək münasibətlərinin başa çatması ilə bağlı son haqq-hesab xarakteri daşıdığını açıq şəkildə göstərir. Məhkəmə hesab edir ki, normal həyat təcrübəsinə və işin hallarına görə aylıq əmək haqqı sabit olan şəxsin ona əlavə köçürülən vəsaitin son haqq-hesab ödənişi olduğunu anlamaması mümkün deyildir. Buna görə də iddiaçının guya köçürülən məbləğin son haqqhesabla bağlı olmasından xəbərsiz olması barədə izahatı məhkəmə tərəfindən əsassız sayılır və işin faktiki hallarına uyğun hesab edilmir. Göründüyü kimi iddiaçı tutduğu vəzifəsindən azad edilməsi barədə məlumatlı olmuş, xx.xx.2024-cü il tarixdə işdən çıxarılsa da qanunla müəyyən olunmuş iddia müddətini xeyli ötürdükdən sonra öncə mediasiya təşkilatına (arayışa əsasən “mediasiyanın tətbiqi barədə təklifin tarixi – xx.xx.2025-ci il; İMS üçün ərizənin tarixi – xx.xx.2025-ci il”), daha sonra 16 may 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən işə bərpa ilə əlaqədar qanunla müəyyən edilmiş müddət üzrlü səbəb olmadan xeyli ötürülmüşdür. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Miİ Qarabağ və X6 İstismarı idarəsinin xx.xx.2024-cü il tarixli, 88 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində X18 Xidmətinin Mil Qarabağ və X6 İstismarı İdarəsində baş mexanik vəzifəsinə bərpa edilməsi iddia tələbi təmin edilmədiyindən, xx.xx.2024-cü il tarixdən başlayaraq İddiaçı işə bərpa edildiyi tarixədək məcburi iş buraxma müddəti üçün yeni ştat cədvəli əsasında (aylıq vəzifə maaşı 1400 manat olmaqla) əmək haqqı və 13 avqust 2024-cü il tarixdən onun əmək müqaviləsinə xitam verildiyi günədək olan əmək haqqı fərqi - yeni və əvvəlki ştat cədvəlləri arasındakı nəzərə alınmaqla fərqin ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat və hüquqi yardım görə 300 (üç yüz) manat pulun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Miİ Qarabağ və X6 İstismarı idarəsindən İddiaçı xeyrinə tutulması dair irəli sürdüyü iddianın digər hissələrinə də hüquqi qiymət verilməsinə zərurət yoxdur. Belə ki, həmin arqumentlərin əlavə araşdırılmasına lüzum görməyərək məhkəmə özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh tərəf Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Mil Qarabağ və X12 İstismarı İdarəsinə qarşı (Ucar rayon X15 Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, əmək haqqı və digər ödənişlərin tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş 60 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Mil Qarabağ və X12 İstismarı İdarəsinə qarşı (Ucar rayon X15 Xidməti iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğvi, işə bərpa, əmək haqqı və digər ödənişlərin tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 60 manat mediasiya xərci iddiaçıya aid edilsin Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar