Məhkəmə qərarları › İş №e-2(041)-1851/2024

Kürdəmir Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(041)-1851/2024

16.10.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-1851/2024 16.10.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Azərbaycan Respublikası Kürdəmir rayon məhkəməsi Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbiyev Yaşar İlham oğlunun katibliyi, iddiaçı “AVRORA“ Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X1 iştirakı ilə İddiaçı “AVRORA“ MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “AVRORA“ Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 5642.70 manat məbləğində pul vəsaitinin, habelə mediasiya xərci kimi ödənilmiş 50 manat rüsumun və ödənilmiş 26.43 manat dövlət rüsumunun Cavabdeh tutularaq “AVRORA“ Məhdud Məsuliyyətli Cəmiyyətinç ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı “AVRORA“ Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək göstərdi ki, “AVRORA“ MMC ilə Cavabdeh 04 fevral 2023-ci il tarixindən İddiaçı MMC-dəsatış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2023xx.xx.2023-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 5642,70 (beş min altı yüz qırx iki manat yetmiş qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarınaxərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 5642,70 (beş min altı yüz qırx iki manat yetmiş qəpik) manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Ona görə də Cavabdeh 5642.70 manat pul vəsaitinin və mediasiya xərci kimi ödənilmiş 50 manat rüsumun və ödənilmiş 26.43 manat dövlət rüsumunun tutularaq “AVRORA“ MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, təkrar məhkəməyə gəlməmişdir. İddiaçı “AVRORA“ Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi X3 məhkəməyə rəsmi ərizə təqdim edərək hər dəfə məhkəməyə gəlməyə imkanının olmamasını bildirib işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. İş materiallarında olan iddiaçı “AVRORA“ MMC üzrə xx.xx.2022-ci il tarixli, 4YQR1WS000400 əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh Cəmiyyətin Satış Departamenti şöbəsinə xx.xx.2022-ci il tarixdən etibarən Kiçik satış nümayəndəsi, xx.xx.2022-ci il tarixdən isə satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan X5 haqqında xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, Cavabdeh Cəmiyyətdə tutduğu vəzifə üzrə X5 haqqında öhdəlik götürmüşdür. İş materiallarında olan “AVRORA“ MMC üzrə xx.xx.2023-cü il tarixli 4YQR1WS0004x0 əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin görünür ki, Cavabdeh ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 a maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında “AVRORA“ MMC-nin sabiq administratoru Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış xx.xx.2023-cü il tarixdən xx.xx.2023cü il tarixədək borc qalıqlarının yoxlaması və təhvil-təslim edilməsinə dair xx.xx.2023-cü il tarixli 146 saylı əmrə əsasən tərtib olunmuş aktdan görünür ki, Cavabdeh ümumi olaraq 23318.4 manat borc qalmışdır. Beləliklə Cavabdeh xx.xx.2023-cü il tarixinə “AVRORA“ MMC-nə olan ümumi borcu 23318.4 manat təşkil edir. İş materiallarında olan və “AVRORA“ MMC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli, 0162 nömrəli xəbərdarlıqdan görünür ki, Cavabdeh Cəmiyyətə vurduğu maddi ziyanı ödəməsi barədə xəbərdarlıq göndərilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, habelə iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “AVRORA“ MMC ilə Cavabdeh 04 fevral 2023-ci il tarixindən İddiaçı MMC-dəsatış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2023-xx.xx.2023-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 5642,70 (beş min altı yüz qırx iki manat yetmiş qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarınaxərclədiyi aşkar olunmuşdur. Lakin cavabdeh İddiaçı MMC-yə vurduğu 5642,70 (beş min altı yüz qırx iki manat yetmiş qəpik) manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işə götürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurdluğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsinəmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh həm Azərbaycan Respublikası və Mülki Məcəllənin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi ilə X5 haqqında müqavilənin şərtlərini kobud surətdə pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqları və X2 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlirki, iddia tələbi təmin edilməli və Cavabdeh vurduğu ziyana görə 5642.70 manat və mediasiya xidmətlərinə görə ödənilmiş 50 manat və ödənilmiş 26.43 manat dövlət rüsumu alınaraq “AVRORA“ MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 222-ci və 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh vurduğu ziyana görə 5642.70 manat və mediasiya xidmətlərinə görə ödənilmiş 50 manat və ödənilmiş 26.43 manat dövlət rüsumu alınaraq “AVRORA“ MMC-nin xeyrinə ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar