Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № e-2(041)-1919/2024 25.09.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Baxşəli oğlu sədrliyi ilə, İddiaçı İB-nin Cavabdeh qarşı borc tələbinə dair iddiası üzrə mülki işə kiçik iddia üzrə (sadələşdirilmiş icraat üzrə) icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İB-nin Cavabdeh 3069.88 manat əsas borcun 51 manat dövlət rüsumun tutularaq İddiaçı İB-nin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Belə ki, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh vəfat etdiyini, ərizəsini nəzərə alıb iddianın baxılmamış saxlanılmasını və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə işə əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə ərizəsi təmin edilməli və iddia ərizəsi qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1- 261.0.3. və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 170, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Vəsatət təmin edilsin. İddiaçı İB-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi iddiaçının ərizəsinə əsasən qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kürdəmir Rayon Məhkəməsinə (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) şikayət verilə bilər. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №e-2(041)-1919/2024
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №e-2(041)-1919/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver