Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-2334/2025 16.02.2026 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 4470 (dörd min dörd yüz yetmiş) manat borc və ödənilmiş 64,70 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00438 olan abonent Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "Azərişıq” ASC-yə cəmi 4470 (dörd min dörd yüz yetmiş) manat borcu yaranmışdır. Həmin borc cavabdeh tərəfindən "Elektrik enerjisndən istifadə Qaydaları"nın pozulması haqqında tərtib olunmuş müvafiq aktlara əsasən yaranmışdır. Belə ki, 1) xx.xx.2019-cu il tarixli R 158684 №-li akt üzrə, 1,6 kvt x 24 saat x 0,7 x 178 gün = 4752 kvts, Tarif (-1800 kvts x 0,07 man = 126,00 man, Tarif (-2952 kvts x 0,11 man = 324,72 man, cəmi 450,72 man, 2) xx.xx.2020-ci il tarixli, R 200901 №-li akt üzrə 2,75 kvt x 24 saat x 90 gün x 0,7 = 4158 kvts, Tarif (-900 kvts x 0,07 man 63,00 man, Tarif (-3258 kvts x 0,11 man =358,38 man, cəmi 421,38 man, 3) 15.04. 2021-ci il tarixli, R 216363 №-li akt üzrə 0,77 kvt x 24 saat x 165 gün x 0,7 = 2134 kvts, Tarif (-1650 kvts x 0,07 man = 115,50 man, Tarif (-484 kvts x 0,11 man = 53,24 man, cəmi168,74 man, 4) xx.xx.2021-ci il tarixli, R 243272 №-li akt üzrə 0,77 kvt x 24 saat x 180 gün x 0,7 = 2328 kvts x 0,07 man =162,96 man, 5) 21.12. 2021-ci il tarixli, R 247486 №-li akt üzrə 0,44 kvt x 24 saat x 34 gün x 0,7 = 252 kvts x 0,11 man = 27,72 man, 6) xx.xx.2022-ci il tarixli, R 256307 №-li akt üzrə 1,1 kvt x 24 saat x 60 gün x 0,7 = 1109 kvts, Tarif (-400 kvts x 0,08 man = 32,00 man, Tarif (-200 kvts x 0,09 man = 18,00 man, Tarif (-509 kvts x 0,13 man 66,17 man, cəmi 116,17 man, 7) 07.04 2022-ci il tarixli, R 256505 №-li akt üzrə 1,1 kvt x 24 saat x 60 gün x 0,7 = 1109 kvts, Tarif (-400 kvts x 0,08 man = 32,00 man, Tarif (-200 kvts x 0,09 man = 18,00 man, Tarif (-509 kvts x 0,13 man = 66,17 man, cəmi 116,17 man, 8) 21.07 2022-ci il tarixli, R 268693 №-li akt üzrə 1,1kvt x 24 saat x 90 gün x 0,7 = 1663 kvts, Tarif (-600 kvts x 0,08 man = 48,00 man, Tarif (-300 kvts x 0,09 man = 27,00 man, Tarif (-763 kvts x 0,13 man = 99,19 man, cəmi 174,19 man, 9) 12.08. 2022 il tarixli, R 268706 №-li akt üzrə 1,1 kvt x 24 saat x 30 gün x 0,7 = 554 kvts, Tarif (-200 kvts x 0,08 man = 16,00 man, Tarif (-100 kvts x 0,09 man = 9,00 man, Tarif (-254 kvts x 0,13 man = 33,02 man, cəmi 58.02 man, 10) 12.08. 2022 il tarixli, R 276082 №-li akt üzrə, 1,1 kvt x 24 saat x 30 gün x 0,7 = 554 kvts, Tarif (-200 kvts x 0,08 man = 16,00 man, Tarif (-100 kvts x 0,09 man = 9,00 man, Tarif (-254 kvts x 0,13 man = 33,02 man, cəmi 58.02 man, 11) 23.11. 2022-ci il tarixli, R 282449 №-li akt üzrə 1 kvt x 24 saat x 65 gün x 0,7 = 1092 kvts, Tarif (-433 kvts x 0,08 man = 34,64 man, Tarif (-217 kvts x 0,09 man = 19,53 man, Tarif (- 431 kvts x 0,13 man = 56.03 man, cəmi 110,20 man, 12) 22.12. 2022-ci il tarixli, R 285941 №-li akt üzrə 1 kvt x 24 saat x 38 gün x 0,7 = 590 kvts, Tarif (-253 kvts x 0,08 man = 20,24 man, Tarif (-127 kvts x 0,09 man = 11,43 man, Tarif (-210 kvts x 0,13 man = 27,30 man, cəmi 58,97 man, 13) xx.xx.2022-ci il tarixli, R 286391 №-li akt üzrə 0,99 kvt x 24 saat x 54 gün x 0,7 = 898 kvts, Tarif (-360 kvts x 0,08 man = 28,80 man, Tarif (-180 kvts x 0,09 man = 16,20 man,Tarif (-358 kvts x 0,13 man = 46.54 man, cəmi 91,54 man, 14) 13.04 2023-cü il tarixli, R 292509 №-li akt üzrə 1,1 kvt x 24 saat x 56 gün x 0,7 1035 kvts, Tarif (-373 kvts x 0,08 man = 29,84 man, Tarif (-187 kvts x 0,09 man = 16,83 man, Tarif (-475 kvts x 0,13 man = 61,75 man, cəmi 108,42 man, 15) 22.05. 2023-cü il tarixli, R 301253 №-li akt üzrə 4 kvt x 24 saat x 30 gün x 0,7 = 2016 kvts x 0,13 man = 262,08 man, 16) 24.06 2023-cü il tarixli, R 304049 №-li akt üzrə 1,1 kvt x 24 saat x 120 gün x 0,7 = 2218 kvts, Tarif (-800 kvts x 0,08 man = 64,00 man, Tarif (-400 kvts x 0,09 man = 36,00 man, Tarif (-1018 kvts x 0,13 man = 132,34 man, cəmi 232,34 man, 17) 27.09 2023-cü il tarixli, R 313872 №-li akt üzrə 1,1 kvt x 24 saat x 25 gün x 0,7 = 462 kvts x 0,13 man = 60,06 man, 18) 25.10 2023cü il tarixli, R 314169 №-li akt üzrə 1,1 kvt x 24 saat x 30 gün x 0,7 = 554 kvts. Tarif (-200 kvts x 0,08 man = 16,00 man, Tarif (-100 kvts x 0,09 man = 9,00 man, Tarif (-254 kvts x 0,13 man = 33,02 man, cəmi 58.02 man, 19) xx.xx.2023-cü il tarixli, R 321389 №-li akt üzrə 4,5 kvt x 24 saat x 30 gün x 0,7 = 2268 kvts x 0,13 man = 294,84 man, 20) 23.02 2024-cü il tarixli, R 329881 №-li akt üzrə 1,2 kvt x 24 saat x 30 gün x 0,7 = 1512 kvts, Tarif (-200 kvts x 0,08 man = 16,00 man, Tarif (-100 kvts x 0,09 man = 9,00 man, Tarif (-305 kvts x 0,13 man = 39,65 man, cəmi 64,65 man, 21) 23.04 2024-cü il tarixli, R 330155 №-li akt üzrə 1,5 kvt x 24 saat x 60 gün x 0,7 = 1512 kvts, Tarif (-200 kvts x 0,08 man = 16,00 man, Tarif (-100 kvts x 0,09 man = 9,00 man, Tarif (-1212 kvts x 0,13 man = 157,56 man, cəmi 182,56 man, 22) 10.09 2024-cü il tarixli, R 357379 №-li akt üzrə 2,8 kvt x 24 saat x 60 gün x 0,7 = 2822 kvts, Tarif (-400 kvts x 0,08 man = 32,00 man, Tarif (-200 kvts x 0,09 man = 18,00 man, Tarif (-2222 kvts x 0,13 man = 288,86 man, cəmi 338,86 man, 23) 23.12 2024-cü il tarixli, R 365470 №-li akt üzrə 1,8 kvt x 24 saat x 90 gün x 0,7 = 2722 kvts, Tarif (-600 kvts x 0,08 man = 48,00 man, Tarif (-300 kvts x 0,09 man = 27,00 man, Tarif (-1822 kvts x 0,13 man = 236,86 man, cəmi 311,86 man, 24) 18.03 2025-ci il tarixli, R 384953 №-li akt üzrə 1,8 kvt x 24 saat x 90 gün x 0,7 = 2722 kvts, Tarif (-600 kvts x 0,084 man = 50,40 man, Tarif (-300 kvts x 0,10 man = 30,00 man, Tarif (-1822 kvts x 0,15 man = 273,30 man, cəmi 353,7 man, 25) 24.05 2025-ci il tarixli, R 385244 №-li akt üzrə 1,5 kvt x 24 saat x 67 gün x 0,7 = 1688 kvts, Tarif (-447 kvts x 0,084 man = 37,55 man, Tarif (-223 kvts x 0,10 man = 22,30 man, Tarif (-1018 kvts x 0,15 man = 152,70 man, cəmi 212,55 manat olmaqla, ümumilikdə 4470 manat təşkil edir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə tərəfin izahatını və iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2025-ci il tarixli, ******* nömrəli elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin surətinə əsasən "xxxx" ASC Kürdəmir rayonu Sığırlı kəndində yaşayan istehlakçı Cavabdeh elektrik enerjisi ilə təchiz etməyi, Cavabdeh isə istifadə edilmiş elektrik enerjisinin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İstehlakçının abonent kodu **********00438-dir. İş materiallarında olan sənədlərin surətlərindən görünür ki, Cavabdeh adına xx.xx.2019-cu il tarixli R 158684 nömrəli akt üzrə 450.72 manat borc, xx.xx.2020-ci il tarixli R 200901 nömrəli akt üzrə 421.38 manat borc, xx.xx.2021-ci il tarixli R 216363 nömrəli akt üzrə 168.74 manat borc, xx.xx.2021-ci il tarixli R 243272 nömrəli akt üzrə 162.96 manat borc, xx.xx.2021-ci il tarixli R 247486 nömrəli akt üzrə 27.72 manat borc, xx.xx.2022-ci il tarixli R 256307 nömrəli akt üzrə 116.17 manat borc, xx.xx.2022-ci il tarixli R 256505 nömrəli akt üzrə 116.17 manat borc, xx.xx.2022-ci il tarixli R 268693 nömrəli akt üzrə 174.19 manat borc, xx.xx.2022-ci il tarixli R 268706 nömrəli akt üzrə 58.02 manat borc, xx.xx.2022-ci il tarixli R 276082 nömrəli akt üzrə 58.02 manat borc, xx.xx.2022-ci il tarixli R 282449 nömrəli akt üzrə 110.20 manat borc, xx.xx.2022-ci il tarixli R 285941 nömrəli akt üzrə 58.97 manat borc, xx.xx.2023-cü il tarixli R 286391 nömrəli akt üzrə 91.54 manat borc, xx.xx.2023-cü il tarixli R 292509 nömrəli akt üzrə 108.42 manat borc, xx.xx.2023-cü il tarixli R 301253 nömrəli akt üzrə 262.08 manat borc, xx.xx.2023-cü il tarixli R 304049 nömrəli akt üzrə 232.34 manat borc, xx.xx.2023-cü il tarixli R 313872 nömrəli akt üzrə 60.06 manat borc, xx.xx.2023-cü il tarixli R 314169 nömrəli akt üzrə 58.02 manat borc,xx.xx.2023-cü il tarixli R 321389 nömrəli akt üzrə 294.84 manat, xx.xx.2024-cü il tarixli R 329881 nömrəli akt üzrə 64.65 manat, xx.xx.2024-cü il tarixli R 330155 nömrəli akt üzrə 182.56 manat, xx.xx.2024-cü il tarixli R 357379 nömrəli akt üzrə 338.86 manat, xx.xx.2024-cü il tarixli R 365470 nömrəli akt üzrə 311.86 manat, xx.xx.2025-ci il tarixli R 384953 nömrəli akt üzrə 353.70 manat və xx.xx.2025-ci il tarixli R 385244 nömrəli akt üzrə 212.55 manat borc hesablanmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli bildirişin surətinə əsasən Kürdəmir rayonu Sığırlı kəndində yaşayan istehlakçı Cavabdeh elektrik enerjisindən istifadəyə görə 4470 manat məbləğində borcun 7 gün müddətində ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. İş materiallarında olan abunə haqqında xx.xx.2023-cü il tarixli məlumatdan görünür ki, Cavabdeh "xxxx" ASC-yə borcu 4470 manat təşkil edir. İş materiallarında olan aktlardan görünür ki, onlar enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş, cavabdehə təqdim edilmiş və sonuncu tərəfindən mübahisələndirilməmişdir. Cavabdeh tərəfindən aktların etibarsızlığı barədə hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, enerjitəchizatı müəssisəsi tərəfindən tərtib edilmiş aktlar cavabdehin elektrik enerjisindən istifadə etməsi ilə bağlı faktları təsdiq edən yazılı sübutlardır. Cavabdeh tərəfindən həmin aktların etibarsızlığına dair hər hansı sübut təqdim edilməmiş, həmçinin aktların tərtib olunması qaydasının pozulması barədə məhkəməyə əsaslı etiraz bildirilməmişdir. Buna görə də məhkəmə həmin aktları sübut kimi qəbul edir və onların məzmununu digər sübutlarla birlikdə qiymətləndirərək cavabdehin istifadə etdiyi elektrik enerjisinin dəyərini ödəmək öhdəliyinin mövcud olduğu qənaətinə gəlir. Tərəflər arasında xx.xx.2025-ci il tarixli müqavilə bağlansa da, iş materiallarından görünür ki, cavabdeh əvvəlki illərdən həmin ünvanda abonent kimi qeydiyyatda olmuş və elektrik enerjisindən faktiki istifadə etmişdir. Bu səbəbdən münasibətlər faktiki enerji təchizatı münasibətləri kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, elektrik enerjisindən qanunsuz istifadə hallarında hesablamalar faktiki istifadə müddəti üzrə aparılmalıdır. Lakin iş materiallarında həmin müddətin dəqiq müəyyən edilməsini təsdiq edən sübutlar mövcud olmadığından və aktlarda göstərilən uzun müddətli hesablamaların əsaslandırılması sübutlarla təsdiq edilmədiyindən məhkəmə hesab edir ki, hesablamalar istehlakçı üçün daha əlverişli yanaşma tətbiq edilməklə bir aylıq hesablaşma dövrü üzrə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli qərarının 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin qərarın 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin qərarın 8.26-cı bəndinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar özünəxidmət üsuluna, əvvəlcədən ödəmə üsuluna və ya enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri tərəfindən yazılmış ödəmə sənədlərinə əsasən aparılır. Bu səbəbdən məhkəmə hər bir akt üzrə hesablanmış elektrik enerjisi sərfiyyatını bir aylıq dövr üzrə yenidən hesablayaraq borcun məbləğini müəyyən edir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh elektrik enerjisindən istifadəyə görə xx.xx.2019-cu il tarixli R 158684 nömrəli akt üzrə (1.6 kvt x 24 saat x 0.7 x 30 gün = 806.40 kvts (-300 kvts x 0.07 man = 21 man, -506.4 kvts x 0.11 man = 55.70 man. 21 + 55.70 = 76.70 man)) 76.70 manat, xx.xx.2020-ci il tarixli R 200901 nömrəli akt üzrə (2.75 kvt x 24 saat x 0.7 x 30 gün = 1386 kvts (-300 kvts x 0.07 man = 21 man, -1086 kvts x 0.11 man = 119.46 man. 21 + 119.46 = 140.46 man)) 140.46 manat, xx.xx.2021-ci il tarixli R 216363 nömrəli akt üzrə (0.77 kvt x 24 saat x 0.7 x 30 gün = 388.08 kvts (-300 kvts x 0.07 man = 21 man, -88.08 kvts x 0.11 man = 9.69 man. 21 + 9.69 = 30.69 man)) 30.69 manat, xx.xx.2021-ci il tarixli R 243272 nömrəli akt üzrə (0.77 kvt x 24 saat x 30 gün = 554.40 kvts x 0.07 man = 38.808 man) 38.808 manat, xx.xx.2021ci il tarixli R 247486 nömrəli akt üzrə (0.44 kvt x 24 saat x 0.7 x 30 gün = 221.76 kvts x 0.11 man = 24.40 man) 24.40 manat, xx.xx.2022-ci il tarixli R 256307 nömrəli akt üzrə (1.1 kvt x 24 saat x 0.7 x 30 gün = 554.40 kvts (-200 kvts x 0.08 man = 16 man, -100 kvts x 0.09 man = 9 man, -254.4 kvts x 0.13 man = 33.072 man. 16 + 9 + 33.072 = 58.072 man)) 58.072 manat, xx.xx.2022-ci il tarixli R 256505 nömrəli akt üzrə (1.1 kvt x 24 saat x 0.7 x 30 gün = 554.40 kvts (-200 kvts x 0.08 man = 16 man, -100 kvts x 0.09 man = 9 man, - 254.4 kvts x 0.13 man = 33.072 man. 16 + 9 + 33.072 = 58.072 man)) 58.072 manat, xx.xx.2022-ci il tarixli R 268693 nömrəli akt üzrə (1.1 kvt x 24 saat x 0.7 x 30 gün = 554.40 kvts (-200 kvts x 0.08 man = 16 man, -100 kvts x 0.09 man = 9 man, -254.4 kvts x 0.13 man = 33.072 man. 16 + 9 + 33.072 = 58.072 man)) 58.072 manat, xx.xx.2022-ci il tarixli R 268706 nömrəli akt üzrə (1.1 kvt x 24 saat x 0.7 x 30 gün = 554.40 kvts (-200 kvts x 0.08 man = 16 man, -100 kvts x 0.09 man = 9 man, -254.4 kvts x 0.13 man = 33.072 man. 16 + 9 + 33.072 = 58.072 man)) 58.072 manat, xx.xx.2022-ci il tarixli R 276082 nömrəli akt üzrə (1.1 kvt x 24 saat x 0.7 x 30 gün = 554.40 kvts (-200 kvts x 0.08 man = 16 man, -100 kvts x 0.09 man = 9 man, -254.4 kvts x 0.13 man = 33.072 man. 16 + 9 + 33.072 = 58.072 man)) 58.072 manat, xx.xx.2022-ci il tarixli R 282449 nömrəli akt üzrə (1 kvt x 24 saat x 0.7 x 30 gün = 504 kvts (-200 kvts x 0.08 man = 16 man, -100 kvts x 0.09 man = 9 man, - 204 kvts x 0.13 man = 26.52 man. 16 + 9 + 26.52 = 51.52 man)) 51.52 manat, xx.xx.2022ci il tarixli R 285941 nömrəli akt üzrə (1 kvt x 24 saat x 0.7 x 30 gün = 504 kvts (-200 kvts x 0.08 man = 16 man, -100 kvts x 0.09 man = 9 man, -204 kvts x 0.13 man = 26.52 man. 16 + 9 + 26.52 = 51.52 man)) 51.52 manat, xx.xx.2023-cü il tarixli R 286391 nömrəli akt üzrə (0.99 kvt x 24 saat x 0.7 x 30 gün = 498.96 kvts (-200 kvts x 0.08 man = 16 man, -100 kvts x 0.09 man = 9 man, -198.96 kvts x 0.13 man = 25.87 man. 16 + 9 + 25.87 = 50.87 man)) 50.87 manat, xx.xx.2023-cü il tarixli R 292509 nömrəli akt üzrə (1.1 kvt x 24 saat x 0.7 x 30 gün = 554.40 kvts (-200 kvts x 0.08 man = 16 man, -100 kvts x 0.09 man = 9 man, - 254.4 kvts x 0.13 man = 33.072 man. 16 + 9 + 33.072 = 58.072 man)) 58.072 manat, xx.xx.2023-cü il tarixli R 301253 nömrəli akt üzrə (4 kvt x 24 saat x 0.7 x 30 gün = 2016 kvts x 0.11 man = 221.76 man) 221.76 manat, xx.xx.2023-cü il tarixli R 304049 nömrəli akt üzrə (1.1 kvt x 24 saat x 0.7 x 30 gün = 554.40 kvts (-200 kvts x 0.08 man = 16 man, -100 kvts x 0.09 man = 9 man, -254.4 kvts x 0.13 man = 33.072 man. 16 + 9 + 33.072 = 58.072 man)) 58.072 manat, xx.xx.2023-cü il tarixli R 313872 nömrəli akt üzrə (1.1 kvt x 24 saat x 0.7 x 25 gün = 462 kvts x 0.13 man = 60.06 man) 60.06 manat, xx.xx.2023-cü il tarixli R 314169 nömrəli akt üzrə (1.1 kvt x 24 saat x 0.7 x 30 gün = 554.40 kvts (-200 kvts x 0.08 man = 16 man, -100 kvts x 0.09 man = 9 man, -254.4 kvts x 0.13 man = 33.072 man. 16 + 9 + 33.072 = 58.072 man)) 58.072 manat, xx.xx.2023-cü il tarixli R 321389 nömrəli akt üzrə (4.5 kvt x 24 saat x 0.7 x 30 gün = 2268 kvts x 0.11 man = 249.48 man) 249.48 manat, xx.xx.2024-cü il tarixli R 329881 nömrəli akt üzrə (1.2 kvt x 24 saat x 0.7 x 30 gün = 604.80 kvts (-200 kvts x 0.08 man = 16 man, -100 kvts x 0.09 man = 9 man, -304.8 kvts x 0.13 man = 39.624 man. 16 + 9 + 39.624 = 64.624 man)) 64.624 manat, xx.xx.2024-cü il tarixli R 330155 nömrəli akt üzrə (1.5 kvt x 24 saat x 0.7 x 30 gün = 756 kvts (-200 kvts x 0.08 man = 16 man, -100 kvts x 0.09 man = 9 man, -456 kvts x 0.13 man = 59.28 man. 16 + 9 + 59.28 = 84.28 man)) 84.28 manat, xx.xx.2024-cü il tarixli R 357379 nömrəli akt üzrə (2.8 kvt x 24 saat x 0.7 x 30 gün = 1411.20 kvts (-200 kvts x 0.08 man = 16 man, -100 kvts x 0.09 man = 9 man, -1111.20 kvts x 0.13 man = 144.456 man. 16 + 9 + 144.456 = 169.456 man)) 169.456 manat, xx.xx.2024-cü il tarixli R 365470 nömrəli akt üzrə (1.8 kvt x 24 saat x 0.7 x 30 gün = 907.20 kvts (-200 kvts x 0.08 man = 16 man, -100 kvts x 0.09 man = 9 man, -607.2 kvts x 0.13 man = 78.936 man. 16 + 9 + 78.936 = 103.936 man)) 103.936 manat, xx.xx.2025-ci il tarixli R 384953 nömrəli akt üzrə (1.8 kvt x 24 saat x 0.7 x 30 gün = 907.20 kvts (-400 kvts x 0.084 man = 33.6 man, -300 kvts x 0.10 man = 30 man, -207.2 kvts x 0.15 man = 31.08 man. 33.60 + 30 + 31.08 = 94.68 man)) 94.68 manat, xx.xx.2025-ci il tarixli R 385244 nömrəli akt üzrə (1.5 kvt x 24 saat x 0.7 x 30 gün = 756 kvts (-300 kvts x 0.084 man = 25.2 man, -300 kvts x 0.10 man = 30 man, -156 kvts x 0.15 man = 23.40 man. 25.20 + 30 + 23.40 = 78.60 man)) 78.60 manat olmaqla ümumilikdə 1956.42 manat borcunun olmasını nəzərə alaraq qeyd edir ki, cavabdehdən 1956.42 manat məbləğində pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin olunduğundan ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq dövlət rüsumunun əvəzi olan 39.56 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh elektrik enerjisindən istifadəyə görə 1956.42 (min doqquz yüz əlli altı manat qırx iki qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 39.56 (otuz doqquz manat əlli altı qəpik) manat məbləğində pul "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilər. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №e-2(041)-2334/2025
Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-2334/2025
16.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver