Məhkəmə qərarları › İş №e-2(041)-387/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-387/2025

08.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-387/2025 08.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X24 Xalıq oğlunun sədrliyi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı X7 Cavabdehnə qeyri-yaşayış binasına elektrik xəttinin bərpasına yaradılan manelərin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 kəndində yerləşən qeyri-yaşayış binası-yeməkxananın (Xatirə kafesi) elektik enerjisi xəttinin bərpasına cavbdeh Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 kəndində yerləşən qeyriyaşayış binası-yeməkxana (Xatirə kafesi) mülkiyyət hüququ üzrə ona məxsusdur. Hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış verilmişdir. Həmin qeyri-yaşayış binası sovet dövründən mövcud olmaqla dövlətə məxsus olmuş, sonradan tərəfindən özəlləşdirilərək mülkiyyətə alınmışdır. Daşınmaz əmlaka dair tərtib edilmiş Texniki Pasportdan tikilinin 1980-ci ildə inşa edildiyi müəyyən edilir. Qeyri-yaşayış binasının daim işıq təchizatı olmuşdur. Qeyri-yaşayış binasının yaxınlığında Cavabdeh tərəfindən balıq artırılması müəssisəsi yaradıldığı vaxtdan onların fəaliyyətinə müxtəlif maneələr yaradılmağa başlanıldı. Cavabdeh tərəfindən yeməkxanaya gələn elektrik enerjisi xətti kəsilərək yararsız hala gətirildi və səbəb kimi enerji xəttinin onların icarəsində olan sahədən keçməsi göstərildi. Bu müddət ərzində dəfələrlə müxtəlif instansiyalara müraciət edilsə də nəticə ala bilməyiblər. Belə ki, cavabdeh təşkilata hamilik edən şəxs - X12 vəzifə mövqeyindən istifadə edərək, fəaliyyətlərində hər cür maneələr yaradırdı. Həmin şəxsin əməllərində cinayət tərkibinin olması müəyyən edildikdən və cinayət məsuliyyətinə cəlb edildikdən sonra barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən 1(093)-10/2017 saylı Hökm verilmiş, A.Çovdarov və digərlərinə müxtəlif müddətlərdə azadlıqdan məhrumetmə cəzası verilmişdir. Həmin hökmdə zərərçəkən qismində tanınmış və mülki iddiası qismən təmin edilərək zərərçəkmiş şəxslər X18 və ona - İddiaçı təqsirləndirilən şəxs X6 44 000 manat məbləğində pulun tutulmasına hökm edilmiş, ünvan 1 kəndində yerləşən 69 ha torpaq sahəsində olan göllərin və həmin torpaq sahəsində olan tikililərin xüsusi müsadirə cinayəthüuqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına, bundan əlavə, Kürdəmir rayonu Mollakənd kəndində yerləşən “Xatirə” kafesinin sahiblərinə qarşı qanunsuzluqlar epizodu üzrə torpaq sahələrinin icarəsinə dair sərəncamlarin cinayət işinin materiallarında saxlanılmasına hökm edilmişdir. Hökmün elan edilməsindən 7 ildən artıq vaxt keçməsinə baxmayaraq, Cavabdeh tərəfindən bəhs edilən torpaq sahəsinin istifadəsi davam edir və onlara da elektrik xəttinin bərpasına imkan verilmir. İlk zamanlar, hökmün icrası qaydasında həmin ərazinin dövlət nəfinə alınmasını gözləyib. Hesab ediblər ki, bundan sonra elektrik xəttinin bərpasına hər hansı bir maneə qalmayacaq. Lakin, artıq neçə illərdir ki, hökm həmin hissədə icra edilmədiyindən elektrik xəttinin bərpası mümkün olmur. Son olaraq, xx.xx.2024-cü il tarixdə X11 ərizə ilə müraciət etmişlər. Ərizənin araşdırılması ilə bağlı uzun müxtəlif instansiyalara müraciət etdikdən sonra xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə cavab məktubları almışlar. Hər iki məktubda enerji xəttinin "xxxx" MMC-yə məxsus sahədən çəkilməli olduğu, bunun "xxxx" ASC-nin səlahiyyətləri xaricində olduğu, "xxxx" MMC mülkiyyətçiləri ilə razılaşdırlmaqla çəkilişin mümkün olduğu bildirildi. Belə olan halda, məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Çünki,"xxxx" MMC tərəfindən elektrik enerjisi xəttinin bərpasına icazə verilmir. Cavabdeh "xxxx" MMC-nin qanuni təmsilçisi X3 etibarnamə üzrə nümayəndəsi və vəkili X8 iddiaya dair etiraz ərizəsində göstərmişdir ki, "xxxx" Mahdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsində xx.xx.2006-cı il tarixdə dövlət qeydiyyatına alınımışdır. "xxxx" MMC-nin qanuni təmsilçilərinin dəyişməsi ilə əlaqədar, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-2-1/2-9992/2024 nömrəli Çıxarışına əsasən, "xxxx" MMCnin qanuni təmsilçisi X9 təyin edilmişdir. xx.xx.2006-cı ilin dekabr ayında Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, nar bağı salmaq üçün "xxxx" MMC, Kürdəmir rayon X5 istifadəsində olan və Kürdəmir rayonunun Mollakənd kəndi ərazisində Kür çayının sağ sahilində yerləşən 39 ha torpaq sahəsini, Kürdəmir rayon İHBnin xx.xx.2006-cı il tarixli, 188 nömrəli Sərəncamına əsasən. 99 il müddətinə icarəyə götürmüşdür. Həmin torpaq sahəsini uzun müddətli istifadə üçün götürəndən sonra, torpaq sahəsinin kadastr planını və AR DƏDRX-nin hüqüqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış almışlar. Bundan başqa Kürdəmir rayon Mollakənd bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı iclasının qərarına əsasən, Mollakənd Bələdiyyəsinin ərazisindən əkinçiliyin inkişaf etdirilməsi məqsədi ilə "xxxx" MMC-nin icarəsinə 99 il müddətinə 30 ha torpaq sahəsi verilmiş və bününla bağlı "xxxx" MMC-ils Mollakənd Bələdiyyəsi arasında xx.xx.2007-ci il tarixli, 08 nömrəli torpaq icarə müqaviləsi bağlanmışdır. Hazırda ümumilikdə 69 ha torpaq sahəsindən "xxxx" MMC təyinatı üzrə istifadə edir. Həmin torpaq sahələri "xxxx" MMC-nə uzunmüddətli icarəyə verilməsinə baxmayaraq, Azərittifaq özünün xx.xx.2008-ci il tarixli, 134 nömrəli Qərarı ilə Kürdəmir rayon İİK-nin müvəkkillər yığıncağının xx.xx.2008-ci il tarixli Qərarına əsasən, həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli "Xatirə" yeməkxana binasını X1. Hazırki iddia ərizəsindən görünür ki, sonradan "Xatirə" yeməkxanası kimi istifadə edilən həmin qeyri-yaşayış binasını alqı-satqı yolu ilə İddiaçı almışdır. Hazırkı iddia üzrə iddiaçı X13 və "Xatirə" yeməkxanasının əvvəlki sahibi X18 "xxxx" MMC Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəsində olan 39 ha torpaq sahəsində yerləşən Kürdəmir rayon İstehsal- İstehlak Kooperativinin balansındakı "Xatirə" yeməkxana binasının onlara satılmasını əsas tutaraq, həmin torpaq sahəsindən "xxxx" MMC-nin təyinatı üzrə istifadə etməyə imkan vermədiklərinə görə "xxxx" MMC iddia tələbinə əsasən. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(041)-359/2010 nömrəli qətnaməsinə əsasən, cavabdehlər X18 və X4 Cavabdeh istifadəsində olan 69 ha torpaq sahəsinə daxil olmalarına qadağa qoyulmaqla onlar tərəfindən iddiçının torpaq sahəsindən istifadə etməsinə edilən maneələnin aradan qaldırılması qət edilmiş, həmin iş üzrə qarşılıqı iddiaçı olan İddiaçı qarşılıqlı iddia tələbini isə təmin edilməməmişdir. Qeyd olunan torpaq sahələri "xxxx" MMC-a uzun müddətli istifadəyə veriləndən sonra. MMC həmin torpaq sahələrindən təyinatı üzrə istifadə etməklə, torpaqdan istifadə sahəsində lazım olan avadanlıqlar, o cümlədən, həmin torpaq sahəsində olan əsas və yardınçı binaların və ərazinin işıqlandırılmasının təmin edilməsi məqsədilə MMC-nin vəsaiti hesabına elektrik transfarmatoru alınaraq, əraziyə quraşdırılmışdır. Hazırda həmin transfarmator "xxxx" MMC-nin xüsusi mülkiyyətində olmaqla, "xxxx" ASC-nin Aran RETSİ-nin Elektrik şəbəsi ilə aralarında bağlanmış elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinə əsasən, elektrik enerjisindən istifadə edir. Hazırki iş üzrə İddiaçı uzun müddət mülkiyyətində olan "Xatirə" yeməkxanasından istifadə etməməklə, özünə münasib ərazidən elektrik xəttini bərpa etmək əvəzinə, öz iddia tələbində heç bir qanuni əsası olmayan dəlillər göstərməklə, aradan təxminən 15 ilə yaxın vaxt keçdikdən sonra "xxxx" MMC-nin mülkiyyətində olan elektrik transfarmatorundan götürməklə və "xxxx" MMC-nin icarəsində olan torpaq sahəsindən keçməklə, elektrik xəttinin bərpa edilməsini tələb edir. "Xatirə" yeməkxanasına elektrik xəttinin bərpa edilməsi yeməkxanaya yaxın digər ərazilərdən bərpa edilməsinin mümkün olduğunu və gələcəkdə iddiaçı ilə aralarında baş verə biləcək hər hansı bir münaqişənin qarşının alınması məqsədilə "xxxx" MMC-nin mülkiyyətçiləri, mülkiyyətlərində olan transfarmatordan götürülməklə İddiaçı oğlşuna məxsus "Xatirə" yeməkxanasına, "xxxx" MMC-nin icarələrində olan torpaq sahəsindən elektrik xəttinin bərpa edilməsinə razı deyillər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84, 103cü maddələrinə əsasən İddiaçı Kürdəmir rayon. Mollakənd kəndində yerləşən qeyriyaşayış binası-yeməkxananın ("Xatirə" kafesi) elektrik enerjisi xəttinin bərpasına dair iddia ərizəsi üzrə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması barə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələblərini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və işin qeyd edilən hallarını nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək iddiaya dair etiraz ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2010-cu il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir rayonu Mollakənd kəndində yerləşən ümumi sahəsi 628.7 kv.m olan yeməkxana xüsusi mülkiyyəti kimi İddiaçı adına qeydiyyata alınmışdır. - Kürdəmir rayonu Mollakənd kəndində yerləşən ümumi sahəsi 628.7 kv.m olan qeyri-yaşayış binasının (yeməkxana) texniki pasportunda obyektin 1980-ci ildə tikildiyi qeyd edilmişdir. - "xxxx" ASC-nin Enerji Satış Departamentinin direktoru E.Davıdov və İddiaçı arasında xx.xx.2018-ci il tarixdə bağlanmış elektrik enerjisinin alqı-satqısı müqaviləsində Kürdəmir rayonu Mollakənd kəndində yerləşən obyektə verilən elektrik enerjisinin və transformatorun güçü, tarif üzrə ödəniş qiymətləri və digər şərtlər razılaşdırılmışdır. - Kürdəmir rayonu Mollakənd kəndində yerləşən yeməkxananın elektrik enerjisi ilə təchiz edilməsi ilə bağlı müraciətlərə cavab olaraq "xxxx" ASC-nin Enerji Satış Departamentinin direktoru Elçin Dadaşovun xx.xx.2024-cü il tarixli cavab məktubunda obyektin uzun müddət fəaliyyətsiz olması və obyektin fəaliyyətə başlaması ilə əlaqədar edilmiş müraciətlərə əsasən sayğac uçot dəstinin KTM-də quraşdırılaraq transformatorun şəbəkəyə qoşulduğu, transformatorla obyekt arasında təxminən 500 metr məsafədə çəkiləcək sayğacın çıxış xəttinin Kür çayının üzərindən və qonşuluqda yerləşən "xxxx" MMC-yə məxsus balıqçılıq obyektinin ərazisindən keçməsi zərurətinin yarandığı, ona görə 0.4 kV-luq çıxış xəttinin çəkilişinin aidiyyəti təşkilatlarla və digər fiziki şəxslərlə tərəfinizdən razılaşdırıldıqdan sonra mümkün olacağı qeyd edilmişdir. - xx.xx.2007-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********* olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Kürdəmir rayonu Mollakənd kəndində yerləşən 39 ha torpaq sahəsi Kürdəmir rayon İcra Hakimiyyətinə məxsus olmaqla 99 il müddətinə icarə növü kimi Cavabdeh LTD MMC-nin xeyrinə yüklü edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin 06 may 2011-ci il tarixli 2(041)-104/2011 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı zəruri yolun açılması və maneələrin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilərək İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 kəndi ərazisində, Kür çayının sağ sahilində yerləşən Xatirə yeməkxanası kimi istifadə edilmiş qeyri-yaşayış binasına gedib-gəlməsi üçün zəruri olan və Kürdəmir rayonunun Çərtəyəz kənd istiqamətindən olan yolun açılması, həmin qeyri-yaşayış binasına iddiaçının gedib-gəlməsinə və oradan istifadə etməsinə Cavabdeh MMC tərəfindən edilən maneənin aradan qaldırılması qət edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilməmiş və qanuni qüvvəsinə minmişdir. Azərbaycan Respublikası Vəkillər Kollegiyası 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə müraciəti əsasında qoyulmuş suallara (1. X10 məxsus olan ünvan 1 kəndi ünvanında yerləşən qeyri-yaşayış binası-yeməkxana "xxxx" LTD MMC-nin icarəsinə verilmiş torpaq sahəsinin parametrlərinin daxilinə düşürmü (sxemdə göstərməli)? 2. X10 məxsus ünvan 1 kəndi ünvanında yerləşən qeyri-yaşayış binası yeməkxananın elektrik təchizatı üçün optimal marşrut hansıdır (sxemdə göstərməli)? Bu marşrutun başlanğıcı mövcud transformatorun, yaxud digər nöqtədən nəzərdə tutulur? 3. "xxxx" LTD MMC-nin icarəsinə verilmiş olan torpaq sahəsinin təyinatı tikinti işlərinin aparılmasına yol verirmi? 4. Mülki iş üçün əhəmiyyət kəsb edə biləcək digər məlumatlar varmı?) verilmiş "X21 və Ekspertiza Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, 1) X10 məxsus olan ünvan 1 kəndi ünvanında yerləşən qeyri-yaşayış binası-yeməkxana "xxxx" LTD MMC-nin icarəsinə verilmiş torpaq sahəsinin parametrlərinin daxilinə düşür, rəyə əlavə edilmiş sxemdə qeyd edlir. 2) X10 məxsus ünvan 1 kəndi ünvanında yerləşən qeyri-yaşayış binası yeməkxananın elektrik təchizatı üçün optimal marşrut hansıdır (sxemdə göstərməli)? Bu marşrutun başlanğıcı mövcud transformatorun, yaxud digər nöqtədən nəzərdə tutulur. 3) Cavabdeh LTD MMC-nin icarəsinə verilmiş olan torpaq sahəsinin təyinatı əsaslı tikinti işlərini aparılmasına yol vermir. Məhkəmə tərkibinin və tərəflərin iştirakı ilə 03 aprel 2025-ci il tarixdə Kürdəmir rayonu Mollakənd kəndində yeməkxananın və Cavabdeh yerləşdiyi əraziyə, transformatorlara yerində baxış keçirilmiş, iddiaçı tərəf əvvəllər mövcud olmuş elektrik xəttinin keçdiyi ərazini və qidalandırıcı transformatorun yerini göstərmiş, baxış zamanı elektrik xətti keçən işıq dirəklərinin bəzilərinin toxunulmadan yerində qaldığı müəyyən edilmiş, yeməkxanaya ötürülən elektrik enerjisinin verildiyi transformator işlək vəziyyətdə, Kür çayının sağ tərəfində (Kürdəmir rayonuna tərəf hissədə) yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh tərəf Cavabdeh MMC-yə gələn elektrik xətlərini və MMC-nin obyektlərinə ötürülən elektrik enerjisinin verildiyi transformatorun yerini göstərmiş, MMC-yə ötürülən elektrik enerjisinin verildiyi transformator işlək vəziyyətdə, Kür çayının sol tərəfində (İmişli rayonuna tərəf hissədə) yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh tərəfin nümayəndələri bildirdilər ki, kafenin işləməsinə razı deyillər ona görə ki, kafeyə bitişik ərazilərdə süni yaradılmış gölməçələrdə müxtəlif növ balıq cinsləri yetişdirilir, kafeyə gələn şəxsləri nəzarətdə saxlamaq mümkün sayılmadığından balıqların məhv edilməsi təhlükəsi vardır. Ərazinin ümumi görünüşü, transformatorların yerləşdiyi yerlər və kafeyə gedən yolların foto şəkilləri çəkilərək protokola əlavə edilmişdir. Beləliklə tərəflərin izahatları və işdə olan sənədlər əsasında müəyyən edildi ki, ünvan 1 kəndində Kür çayının sahilində yerləşən, ümumi sahəsi 628.7 kv.m olan qeyri-yaşayış binası Xatirə yeməkxanası kimi 1980-ci ildə tikilmiş, dövlət mülkiyyətində olmuş, xx.xx.2010-cu il tarixdə xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yeməkxananın yerləşdiyi ərazi də daxil olmaqla dövlət mülkiyyətində olan 39 ha torpaq sahəsi Kürdəmir rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli 188 nömrəli sərəncamı ilə Cavabdeh icarəsinə verilmiş və xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla 99 il müddətinə icarə növü kimi Cavabdeh LTD MMC-nin xeyrinə yüklü edilmişdir. Cavabdeh MMC tərəfindən həmin torpaq sahəsində süni gölməçələr yaratmaqla balıq yetişdirildiyindən yeməkxanaya gedən yol bağlanmış, Kür çayının sağ sahilində yerləşən transformatordan gələn 500 metrlik elektrik xətləri məhv edilmişdir. Kürdəmir Rayon Məhkəməsinin 06 may 2011-ci il tarixli 2(041)-104/2011 saylı qətnaməsi ilə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 kəndi ərazisində, Kür çayının sağ sahilində yerləşən Xatirə yeməkxanası kimi istifadə edilmiş qeyri-yaşayış binasına gedib-gəlməsi üçün zəruri olan və Kürdəmir rayonunun Çərtəyəz kənd istiqamətindən olan yolun açılması, həmin qeyri-yaşayış binasına iddiaçının gedib-gəlməsinə və oradan istifadə etməsinə Cavabdeh MMC tərəfindən edilən maneənin aradan qaldırılsa da, yeməkxananın fəaliyyət göstərməsinin qarşısını almaq məqsədilə elektrik xəttinin yenidən bərpasına imkan verilməmişdir. xx.xx.2018-ci il tarixdə "xxxx" ASC-nin Enerji Satış Departamenti ilə İddiaçı arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi bağlanmış, obyektin fəaliyyətə başlaması ilə əlaqədar edilmiş müraciətlərə əsasən sayğac uçot dəstinin KTM-də quraşdırılaraq transformator şəbəkəyə qoşulmuş, transformatorla obyekt arasında təxminən 500 metr məsafədə çəkiləcək sayğacın çıxış xəttinin Kür çayının üzərindən və qonşuluqda yerləşən Cavabdeh MMC-yə məxsus balıqçılıq obyektinin ərazisindən keçməsi zərurətinin yaranmış, 0.4 kV-luq çıxış xəttinin çəkilişinə Cavabdeh MMC tərəfindən imkan verilmədiyinə görə iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1. sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Mülki Məcəllənin 170.1-ci maddəsinə görə ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. 175.1. Əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. 175.3. Əgər torpaq sahəsi ilə artıq mövcud olmuş əlaqə xətləri mülkiyyətçinin özbaşına hərəkətləri nəticəsində ləğv edilərsə, zəruri yola və ya birləşdirici xəttə dözmək vəzifəsi əmələ gəlmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinin İ-İV hissələrinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə şərh edilən maddi hüquq normalarına əsaslanaraq qeyd edir ki, cavabdehin mülkiyyətçinin mülkiyyətində olan əmlakından təyinatına uyğun istifadəsinə yaratdığı maneələr əsassız və qanunsuzdur. Halbuki, əvvəllər mövcud olmuş, sonradan cavabdehin qanunsuz hərəkətləri nəticəsində məhv edilmiş elektrik xəttinin bərpa edilməsi cavabdehin fəaliyyətinə heç bir mənfi təsir göstərmir və onun torpaq sahəsi üzərindəki icarə hüququna xələl gətirmir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh ilk əvvəl iddiaçının mülkiyyətində olan obyektinə gediş-gəlişə mane olmaqla obyektə gedən yolu bağlamış, Kürdəmir Rayon Məhkəməsinin qanuni qüvvəsinə minmiş 06 may 2011-ci il tarixli 2(041)- 104/2011 saylı qətnaməsi ilə İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 kəndi ərazisində, Kür çayının sağ sahilində yerləşən Xatirə yeməkxanası kimi istifadə edilmiş qeyri-yaşayış binasına gedib-gəlməsi üçün zəruri olan və Kürdəmir rayonunun Çərtəyəz kənd istiqamətindən olan yol açılmış, həmin qeyri-yaşayış binasına iddiaçının gedib-gəlməsinə və oradan istifadə etməsinə Cavabdeh MMC tərəfindən edilən maneələr aradan qaldırılmışdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Kürdəmir rayonu Mollakənd kəndində yerləşən qeyri-yaşayış binası-yeməkxananın (Xatirə kafesi) elektrik xəttinin bərpasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. İşə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı hazırki iddia ərizəsinə görə 100 manat dövlət rüsumu ödəmişdir. Mülki-Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan, Kürdəmir rayonu Mollakənd kəndində yerləşən qeyriyaşayış binası-yeməkxananın (Xatirə kafesi) elektrik xəttinin bərpasına Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (yüz) manat Cavabdehndən tutularaq X10 ödənilsin. Qətnamədən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Bu qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar