Məhkəmə qərarları › İş №e-2(041)-421/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-421/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-421/2025 13.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, İsayev Orxan Mahir oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin İddiaçı (bundan sonra İddiaçı İB) Cavabdeh qarşı “debitor borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İB-i məhkəməyə ərizə ilə müraciət edərək, Kürdəmir şəhəri, E.Rəhimov küçəsi, ev 21-də yaşayan Cavabdehnın istehlak etmiş təbii qaza görə borclu olduğu 465.50 manat vəsaitin və ödənilmiş 30.40 manat dövlət rüsumunun İddiaçı İB-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh mənzilində istifadə etdiyi təbii qaza görə 465.50 manat manat debitor borcu yaranmışdır. Qaz paylayıcısı ilə fiziki şəxs arasında olan istehlakçı arasında qazın alqı-satqısı barədə bağlanmış müqailənin 2.3.1, 2.3.2 və 3.4-cü bəndlərinin tələblərinə görə istehlakçı bu müqavilənin və təbii qadan istifadə qaydalarının tələblərinə əməl etməklə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini Bank və a Poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Müqavilənin 5.2-ci bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilərlər. Borclu Cavabdeh Kürdəmir Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neç dəfə şifahi və yazılı xəbərdarlıq edilmiş və hər ay ona bildiriş təqdim edilmişdir. Xəbərdarlıqda Azərbaycan Respubliası Qanunvericiliyinə uyğun tədbirlər görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmiş, lakin Cavabdeh yaranmış biorcu ödəməmişdir.Bu hal Cavabdeh **********02131 kodlu abonent saldosunda da əks olunmuşdur. Odur ki, iddiaçının nümayəndəsi qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı İB-nə və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçıİB-nin nümayəndəsi ərizə göndərərək iddia tələblərini müdafiə etdikərini və məhkəmə iclasının onların iştirakı olamdan keçrilməsini xahiş etmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan Azərbaycan Republikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Bayramov X1 şəhəri, E.R.əhimov küçəsi,ev 21-də qeydiyyatdadır. İşdə olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçiləri arasında qazın alqısatqı barədə xx.xx.2021-ci il tarixli, 15232 nömrəli müqavilədən görünür ki, tərəflər arasında qazın alqı-satqısına dair müqavilə imzalanmışdır. İşdə olan “abonentin saldosu” vərəqindən görünür ki, Cavabdehnın adına qeydiyyatda olan qaz sayğacı vasitəsilə istehlak edilmiş qaza görə debitor borcu 465.50 manat təşkil edir. Məhkəmə iclasında müəyyən olundu ki, Kürdəmir şəhəri,E.Rəhimov küçəsi, ev 21-də yerləşən fərdi yaşayış evinə quraşdırılmış, Cavabdehnın adına Kürdəmir RQİİ-də qeydiyyatda olan qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edilib, tam ödəniş aparılmadığından cavabdehin Kürdəmir RQİİ-nə 465.50 manat debitor borcu yaranmışdır. İddiaçı rəsmi məktubuna əsasən abonent Cavabdeh istehlak etdiyi təbii qaza görə müəyyən vaxtlarda qismən ödəniş aparsa da, yaranmış 465.50 manat debitor borcun ödənişini təmin etməmişdir. İdarə rəhbərliyi tərəfindən qanunun tələbləri izah edilməsinə, borc barədə rəsmi “Xəbərdarlıq məktubu” göndərilməsinə baxmayaraq cavabdeh həmin borcu ödəməmiş, əksinə təbii qazdan istifadə edib ödəniş etməməklə debitor borc məbləği artırılaraq 465.50 manat debitor borc yaranmış, sərf olunmuş təbii qazın dəyərinin abonent tərəfindən ödənilməməsi müəyyən edilmişdir. Cavabdeh xəbərdarlıq bildirişi göndərilmiş, lakin o, debitor borcu bundan sonra da ödəməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı debitor borcun cavabdeh tərəfindən ödənilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Həmin Məcəllənin 2.3-cü maddəsinə görə, ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğulardan qaz alan istənilən şəxs qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X2”nın 5.5-ci maddəsinə əsasən, qazpaylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Məhkəmə qeyd olunan hüquq normalarını hazırkı hüquq münasibətinə tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh enerji sərfiyyatından yaranmış borcu iddiaçıya ödəmək vəzifəsi daşıdığından, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iddia tələbini əsaslı hesab edib, onun təmin olunması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 238-241, 216-220, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Qət etdi: İddia tələbi təmin edilsin. Kürdəmir şəhəri, E.Rəhimov küçəsi,ev 21-də yaşayan Cavabdeh istehlak etdiyi təbii qaza görə borclu olduğu 465 (dörd yüz altmış beş) manat 50 (əlli) qəpik təşkil edən debitor borc və ödənilmiş 30.40 manatdövlət rüsumunun əvəzi alınıb İddiaçı İB-nin hesabına ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar