Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № e-2(041)-422/2025 19.02.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X4 Sabir oğlunun sədrliyi, İsayev Orxan Marif oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçının Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 860.17 manat əsas borc və 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçınə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi ərizə verərək, iddiaçının iştirakı olmadan iclasın keçirilməsini tələb etdiyindən, məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə baxış iclasının keçirilməsini mümkün saymışdır. İddiaçı ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh mənzilində istifadə etdiyi qaza görə İddiaçı İB-nə 860.17 manat debitor borcu yananmışdır.Borclu Cavabdeh Kürdəmir Xidmət Sahəsinin işçiləri tərəfindən debitor borcun ödənilməsi üçün bir neçə dəfə yazılı xəbərdarlıq edilmiş və hər ay bildiriş almışdır.Xəbərdarlıqda ona məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Ona görə də o, məhkəmədə iddia qaldırmalı olmuşlar. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh etibarnaməsi üzrə nümayəndəsi X2 iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, Vaqif onun qardaşıdır. 2022-ci il tarixdə iddiaçının evinə smart tipli sayğac quraşdırılmış və qaz üçün yüklədikləri pulun yarısı qaza borca tutulur. Bundan başqa, 2022-ci il tarixdə İddiaçı hazırki iddia üzrə Cavabdeh qarşı iddia qaldırmış və məhkəmə qətnamə qəbul etmişdir. Ona görə də hesab edir ki, hazırkı iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edildr ki, 2022-ci il tarixdə iddiaçı “Azəriqaz “ İB-i Cavabdeh qarşı debitor borcun və dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə mürqaciət etmiş və Kürdəmir rayon Məhkəməsinin 03 fevral 2025-ci il tarixli, 2 (041)- 102/202 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 1563.27 manat debitor borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 15 manat tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, artıq eyni tərəflər arasında eyni predmet üzrə mübahisə həll edilmişdir. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmet barəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. MPM-in 262.4-cü maddəsində təsbit edilmişdir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. MPM-in 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 262-264, 268-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçının Cavabdehna qarşı “pul” tələbinə dair 2(041)-422/2025 saylı mülki işin icraatına xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Kürdəmir rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №e-2(041)-422/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №e-2(041)-422/2025
19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver