Məhkəmə qərarları › İş №e-2(041)-595/2025

Kürdəmir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(041)-595/2025

15.05.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Kürdəmir rayon İş № e-2(041)-595/2025 15.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı “mirasın qəbul edilməsi faktının və payların müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X15 atası X39 və anası X1 qalmış mirası faktiki qəbul etməsi faktının müəyyən edilməsi, X8 miras qalmış Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin ər-arvadın ümumi birgə əmlakı olmasının müəyyən edilməsi və həmin fərdi yaşayış evinə ½ hissədə payının müəyyən edilməsi, X8 miras qalmış Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin X25 məxsus olan ½ hissəsinin 1/8 hissəsinə payının müəyyən edilməsi, X8 miras qalmış Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin 1/8 hissəsinə payının müəyyən edilməsi, X9 mirasın qalmış Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 0,5556 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/8 hissəsinə payının müəyyən edilməsi, X39 və X1 miras qalmış Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 1,1112 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/8 hissəsinə payının müəyyən edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək X15 atası X39 və anası X1 qalmış mirası faktiki qəbul etməsi faktının müəyyən edilməsi, X8 miras qalmış Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin ər-arvadın ümumi birgə əmlakı olmasının müəyyən edilməsi və həmin fərdi yaşayış evinə 1/2 hissədə payının müəyyən edilməsi, X8 miras qalmış Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin X25 məxsus olan 1/2 hissəsinin 1/2 hissəsinə (ümumi payın 1/4 hissəsinə) payının müəyyən edilməsi, X8 miras qalmış Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin 1/2 hissəsinə payının müəyyən edilməsi, Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 3,89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X9 mirasın qalmış 1/7 hissəsinin (0,55571 ha) 1/2 hissəsinə payının müəyyən edilməsi, barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Azəbaycan Respublikasının MPM-nin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək bildirdi ki, iddiaçı 15 yanvar 2015-ci il tarixində X40 ilə nikaha daxil omuşdur. Nikahda olduqları müddətdə onlar Moldova Respublikasında yaşamışlar. Moldova Respublikasında işlədikləri üçün orada yaşamaq və işləmək icazəsi almaq üçün zəruri olan sənədləşmə işəri ilə əlaqədar 2018-ci ilin iyul ayında nikahlarını formal olaraq pozmuş və elə həmin ayda da yenidən nikaha daxil olmuşlar. Ərinin anası X3 qaynatasından bir neçə il əvvəl ölmüşdür. Ərinin atası, yəni qaynatası X39 isə 17 noyabr 2013-cü il tarixində ölmüşdür. Onun ölümündən sonra X14 anası və atasından qalmış mirası faktiki olaraq qəbul etmişdir. X16 Kürdəmir rayonunun Sığırlı kəndində 0,20 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində köhnə bir fərdi yaşayış evi miras qalmışdı. Onlar nikahda olduqları müddət ərzində 2019-cu ilin sonlarında həmin torpaq sahəsində olan köhnə fərdi yaşayış evini sökdürmüşlər. 2019-cu ilin sonlarından başlayaraq 2023-cü ilin sonlarına qədər hissə-hissə olmaqla öz vəsaitləri hesabına həmin torpaq sahəsində yeni fərdi yaşayış evi tikmişlər. X14 atası X39 və anası X1 qalmış mirası rəsmi qaydada qəbul etmədən və tikdirdikləri fərdi yaşayış evini sənədləşdirmədən 09 iyun 2024-cü il tarixində ölmüşdür. Onun ölümündən sonra iddiaçı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh müxtəlif əsaslar gətirərək ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış Kürdəmir regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X35, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X26, X17, X27, X18, X41, X19 məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Həmin şəxslərin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X10 izahat verərək bildirmişdir ki, mərhum X40 bacısının əri olmuşdur. 2017-ci ildə bacısı əri Əyyubla Moldova Respublikasına getdikdən sonra ona mütəmadi olaraq pul göndərmiş və Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən 0.20 ha torpaq sahəsinin üzərində inşa edilmiş evi tamamilə sökərək yenisini tikməyini istəmişdir. 2018-ci ildə evin tikintisinə başlanılmış və təxminən 2023-cü ilə kimi tam hazır olmuşdur. Onların birgə nikahlarından uşaqları olmamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X20 izahat verərək bildirmişdir ki, X40 onun əmisi oğludur. Moldova Respublikasında yaşamışdır. Əyyub Moldovada olan zaman İlqar onun evini sökərək yenisini tikmişdir. Əyyubla qonşudurlar. Münasibətləri normal olmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X11 izahat verərək bildirmişdir ki, evin tikintisində iştirak etmişdir. Pulu İlqardan alırdı. Ev 2 mərtəbəli olmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X12 izahat verərək bildirmişdir ki, qaz idarəsində işləyir. İlqarla münasibətləri normal olmuşdur. Ev tikildikdən sonra İlqar onu qaz çəkmək üçün çağırmışdır. O, yeni tikilmiş evə qaz xəttinin çəkilməsində iştirak etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X4 izahat verərək bildirmişdir ki, İlqar həmkəndlisidir. 2021-ci il ildə İlqar onlara zəng edərək evə qaz xətti çəkmək üçün çağırmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində iştirak edən X42 izahat verərək bildirmişdir ki, X15 qonşusudur. Evin tikintisi 2 il çəkmişdir. Bütün tikintidə İlqar olmuşdur. İş materiallarında olan DVD diskə baxış zamanı Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sökülərək yeni evin inşa edildiyi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Kürdəmir rayonu Sığırlı Bələdiyyəsi tərəfindən Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli 66 nömrəli cavabdan görünür ki, Sığırlı kənd sakini İddiaçı mərhum X14nun mərhum atası X21 Sığrlı Bələdiyyəsinin 01 saylı təsərrüfat kitabının 298-ci səhifəsinə əsasən 0.20 ha həyətyanı torpaq sahəsi vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Kürdəmir regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 701 nömrəli məktubdan görünür ki, müddəti ötürdüyündən, irsi transmissiya üzrə həyat yoldaşı X40 atası X8 miras əmlakı qəbul etmədiyindən, əmlakın hüquq müəyyən edici sənədi olmadığından və digər vərəsələrin qəbulu müəyyən edilməsi mümkün olmadığından vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyil. İş materiallarında olan Kürdəmir rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İİ 263759 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X40 arasında nikah Kürdəmir rayon Qeydiyyat şöbəsində xx.xx.2018-ci il tarixdə 186 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Nikahdan sonra ərə Qaçayev, arvada Qaçayeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.1999-cu il tarixli, JN-864 nömrəli, KOD 90600038 olan torpağa mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, Kürdəmir rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Kürdəmir rayonunun Sığırlı kənd sakinləri X39, X3, X27, X28, X7, X13 və X22 mülkiyyətinə 3.89 ha həyətyanı torpaq sahəsi verilib. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(041)-135/2025 saylı qətnaməsindən görünür ki, xx.xx.1999-cu il tarixli, JN-864 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında mərhum X39 və onun ailə üzvlərinə verilmiş Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində yerləşən 3.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X39 və X2 miras qalan 2/7 hissədən ibarət miras əmlaka qanun üzrə vərəsələr X27, X26, X41, Mürşüdova (Qaçayeva) Gülarə Hacı qızı, Aslanova (Qaçayeva) Zenfira Hacı qızı və X22 hər birinin 1/6 hissədə payları müəyyən edilmiş, xx.xx.1999-cu il tarixli, JN-864 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında mərhum X39 və onun ailə üzvlərinə verilmiş Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində yerləşən 3.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X39 və X2 miras qalan 2/7 hissəsindən ibarət miras əmlakın X29 müəyyən edilmiş 1/6 hissədə payından ibarət miras əmlaka qanun üzrə vərəsələri X36 və İddiaçı hər birinin 1\2 hissədə payları müəyyən edilmişdir. İş materiallarında olan Kürdəmir Rayon Arxiv İdarəsinin xx.xx.2025-ci il tarixli 3-48- 25/2A/2-06/2025 məktubu və ona əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Dövlət Arxiv İdarəsində Kürdəmir rayon Sığırlı kənd İƏD-nin 1996-20002-ci illərə aid 4 saylı təsərrüfatbaşına kitabın 314 nömrəli şəxsi hesabında X23 0,20 ha həyətyanı torpaq sahəsi vardır, təsərrüfat üzvləri X39, X5, X27, X28, X30r. İş materiallarında olan, AZ-İİ 390725 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X40 xx.xx.2024-cü ildə ölmüşdür. İş materiallarında olan, AZ-İİ 435208 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx.xx.2013-cü ildə ölmüşdür. İş materiallarına əlavə olunmuş X18 tərəfindən verilmiş ərizədən görünür ki, Sığırlı kəndində yerləşən mərhum atası X31 məxsus torpaq sahəsində inşa edilmiş yaşayış evinə dair heç bir tələbi yoxdur. Məhkəmə iddia tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X39 və mərhum X1 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM-in) 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-in 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.1999-cu il tarixli, JN-864 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında X39, X5, X27, X28, X7, X13 və X29 ümumi birgə mülkiyyəti hüququ əsasında Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində 3.89 ha kənd təsərrüfatı məhsulları istehsallı təyinatlı torpaq sahəsi verilmiş, mülkiyyətçilərdən X39 xx.xx.2013-cü il tarixdə, X5 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Qanun üzrə vərəsələrdən biri X40 xx.xx.2024-cü il tarixdə öldüyündən onun oğlu X36 cavabdehlərlə aralarında həmin miras əmlaka vərəsəlik üzrə payların müəyyən olunmasını tələb etmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(041)-135/2025 saylı qətnaməsi ilə xx.xx.1999-cu il tarixli, JN-864 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında mərhum X39 və onun ailə üzvlərinə verilmiş Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində yerləşən 3.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X39 və X2 miras qalan 2/7 hissədən ibarət miras əmlaka qanun üzrə vərəsələr X27, X26, X41, Mürşüdova (Qaçayeva) Gülarə Hacı qızı, Aslanova (Qaçayeva) Zenfira Hacı qızı və X22 hər birinin 1/6 hissədə payları müəyyən edilmiş, xx.xx.1999-cu il tarixli, JN-864 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı əsasında mərhum X39 və onun ailə üzvlərinə verilmiş Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində yerləşən 3.89 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X39 və X2 miras qalan 2/7 hissəsindən ibarət miras əmlakın X29 müəyyən edilmiş 1/6 hissədə payından ibarət miras əmlaka qanun üzrə vərəsələri X36 və İddiaçı hər birinin 1\2 hissədə payları müəyyən edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. 178.2-ci maddəsinə əsasən, yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. MM-in 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən mirasın qəbul edilibedilməməsi məsələsini həll edərkən məhkəmə qeyd edir ki, miras qoyanın birinci növbə qanun üzrə vərəsələri X27, X26, X41, Mürşüdova (Qaçayeva) Gülarə Hacı qızı, Aslanova (Qaçayeva) Zeynəb Hacı qızı və X43 mirası, yəni Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsinin 1/6 hissədən ibarət miras əmlakı qanun üzrə vərəsə olaraq faktiki qəbul etmişlər. Məhkəmə qeyd edir ki, qanun üzrə vərəsələr Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən torpaq sahəsini qəbul etmələrinə dair ərizə verməsələr də, həmin əmlakı faktiki olaraq idarə etməyə başlamış və bununla da mirası qəbul etdiyini şərhsiz nümayiş etdirmişdir. MM-in 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İddia ərizəsində Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən 0,20 ha həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin ər-arvadın ümumi birgə əmlakı olmasının müəyyən edilməsi və həmin fərdi yaşayış evinə payının müəyyən edilməsi xahiş edilsə də məhkəmə iclasında tətqiq edilmiş sübutlarla həmin evə aid heç bir hüquq müəyyənedici sənədlərin olmaması və həmin evin miras qoyanın ölümündən sonra tikildiyi müəyyən edilmişdir. Həmin evə aid heç bir hüquq müəyyənedici sənəd olmadığından, həmçinin mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxil olduğundan həmin ev miras əmlaka daxil deyildir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka X29 müəyyən edilmiş 1/6 hissədə miras əmlaka qanun üzrə vərəsəsi İddiaçı 1/2 hissədə payı müəyyən edilməlidir. Belə ki, MM-in 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən mərhum X8 miras qalmış 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka qanun üzrə vərəsələr X27, X26, X41, Mürşüdova (Qaçayeva) Gülarə Hacı qızı, Aslanova (Qaçayeva) Zenfira Hacı qızı və X22 hər birinin 1/6 hissədə payları müəyyən edilməli, Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən mərhum X8 miras qalmış 0,20 ha həyətyanı torpaq sahəsinin X29 müəyyən edilmiş 1/6 hissədə miras əmlaka qanun üzrə vərəsəsi İddiaçı 1/2 hissədə payı müəyyən edilməli və iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən mərhum X8 miras qalmış 0,20 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlaka qanun üzrə vərəsələr X27, X26, X41, Mürşüdova (Qaçayeva) Gülarə Hacı qızı, Aslanova (Qaçayeva) Zenfira Hacı qızı və X22 hər birinin 1/6 hissədə payları müəyyən edilsin. Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən mərhum X8 miras qalmış 0,20 ha həyətyanı torpaq sahəsinin X29 müəyyən edilmiş 1/6 hissədə miras əmlaka qanun üzrə vərəsəsi İddiaçı 1/2 hissədə payı müəyyən edilsin. İddia tələbləri digər hissələrdə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə ("Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar