Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1142/2025 18.11.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbi barədə iddiası üzrə mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, nikahın etibarsızlığı) hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi, iddiaçı X1 nümayəndəsi və vəkili X2 iştirakı ilə iddiaçı X1 Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı X5 Cavabdeh qarşı Cavabdeh ilə aralarında olan 16 mart 2025-ci il tarixdə bağlanmış 753 nömrə ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı X5 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh işlə əlaqədar olaraq, 2024-cü ilin oktyabr ayında tanımışdır.Tərəflərin iş münasibətləri başladıqdan təqribən iki ay sonra cavabdeh ona bir il müddətində Bakı şəhərində sosial mənzil əldə etmək imkanı olduğunu, lakin bunun üçün evli olmasının tələb edildiyini bildirmişdir. Cavabdeh sosial mənzil almaq məqsədi ilə saxta nikaha daxil olmağı və mənzil əldə edildikdən sonra nikahın pozularaq, mənzilin hər birinə ½ pay olmaqla bölünməsini təklif etmişdir. Onun şəxsi mənzilinin olmaması və Bakı şəhərində mənzil almaq imkanının olmaması səbəbilə o, cavabdehin təklifinə razılıq vermişdir. Bundan sonra tərəflər 3 saylı Bakı “ASAN Xidmət” X4 xx.xx.2025-ci il tarixdə 753 saylı qeydiyyatla nikah bağlamışlar. Nikah saxta xarakter daşıdığı üçün tərəflər arasında heç bir real ailə münasibəti yaranmamışdır.Nikah rəsmiləşdirildikdən sonra o, dəfələrlə cavabdehdən sosial mənzil almaq üçün müraciət edilməsini və zəruri sənədlərin təqdim olunmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bu istiqamətdə heç bir addım atmamışdır. Nikahın qeydiyyatından təxminən üç ay sonra cavabdeh, əksinə, ona ailə münasibətlərinə başlamağı təklif etmiş və onunla nikaha daxil olmaq üçün sosial mənzil almaq üçün aldatdığını etiraf etmişdir. Bununla da cavabdehin saxta nikaha girmək üçün onu aldadaraq yalan məzmunlu vədlər verdiyi müəyyən edilmişdir.O, başqa şəxsi sevdiyini və cavabdehlə həqiqi nikah münasibətinə girməsinin mümkün olmadığını bildirmişdir. Bu səbəbdən o, nikahın etibarsız hesab edilməsi barədə mediasiya təşkilatına müraciət etmiş və cavabdeh mediasiya prosesində nikahın saxta xarakter daşıdığını etiraf etmişdir. Bundan sonra o, cavabdehdən uzaq olmaq üçün Masallı rayonuna qayıtmışdır.Onlar arasında bağlanmış nikah ailə qurmaq məqsədi daşımamış, sosial mənzil almaq niyyəti ilə həyata keçirilmişdir. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı X1 nümayəndəsi vəkil X7 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə iddia tələbini etiraf etməsi haqqında ərizə göndərmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, məhkəmə iclasının cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.
8. Belə ki, işdə olan X6 görünür ki, Cavabdeh ilə X8 16 mart 2025-ci il tarixdə nikah bağlamış, arvad Allahverdiyeva soyadını götürmüşdür. işdə olan 31 İyun 2025-ci il tarxili Barışıq sazişindən görünür ki, cavabdeh mediasiya prosesində nikahın saxta xarakter daşıdığını etiraf etmişdir. işdə olan ərizədən görünür ki, cavabdeh iddia tələbini etiraf etmişdir. işdə olan snədlərdən görünür ki, iddiaçı 100 manat məhkəmə xərci çəkmişdir.
9. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.2 və 1.3-cü maddələrinə əsasən ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətindən, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasından, ailənin işinə hər kəsin qarışmasının yolverilməzliyindən, ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyətindən, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasından və bu hüquqların məhkəmədə müdafiəsi imkanlarından irəli gəlir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən ailə münasibətlərinin hüquqi tənzimi qadınla kişinin nikahının könüllülüyü, ər-arvadın hüquq bərabərliyi, ailədaxili məsələlərin qarşılıqlı razılıq əsasında həll olunması, uşaqların ailə tərbiyəsinin üstünlüyü, onların rifahına və inkişafına qayğı, ailənin yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan üzvlərinin hüquq və mənafelərinin müdafiəsinin təmin olunması prinsiplərinə uyğun həyata keçirilir. Məcəllənin 2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. Məcəlləsinin 25.1, 25.2 və 25.4-cü maddələrinə əsasən bu Məcəllənin 10-12- ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Saxta nikah ailə hüquq münasibətləri üzrə hüquq və vəzifələr əldə etmək məqsədilə deyil, əmlak, şəxsi qeyri-əmlak xarakterli hüquq və güzəştlərin əldə edilməsi, başqa şəxslərin təkidilə ailə qurmaq məqsədi olmadan yalnız görünüş üçün və s. məqsədlərlə bağlanır (məs. yaşayış sahəsinə hüquq əldə etmə, ərin (arvadın) yaşadığı yerə qeydiyyata alınma, pensiya hüququ və s.) Nikahın ailə qurmaq məqsədi ilə deyil, görünüş üçün bağlanması sübut edildikdə nikah etibarsız sayıla bilər. Məcəllənin 27.3-cü maddəsinə əsasən saxta nikaha daxil olmuş şəxslər məhkəmədə işə baxılana qədər faktiki olaraq ailə qurublarsa, məhkəmə nikahı saxta hesab edə bilməz. Hazırki iş üzrə tərəflərin izahatı və digər sübutlar əsasında müəyyən olunmuşdur ki, nikah bağlanarkən tərəflərin faktiki ailə qurmaq niyyətləri olmamış və hazırda da belə niyyətləri mövcud deyildir
10. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
11. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflər nikahı ailə qurmaq məqsədi ilə deyil, əmlak hüquqları əldə etmək məqsədi ilə bağlamışlar. Ona görə də iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə 3 saylı Bakı ASAN Xidmət X4 nikahın bağlanması haqqında akt qeydləri kitabında 753 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməli, məhkəmə xərcləri cavabdehdən alınaraq, iddiaçıya verilməlidir.
V. Nəticə:
12. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq,
qət etdi:
İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2025-ci il tarixdə 3 saylı Bakı ASAN Xidmət X4 nikahın bağlanması haqqında akt qeydləri kitabında 753 nömrə akt qeydi ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Ödənilmiş 100 manat məhkəmə xərci Cavabdeh alınaraq X3 ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Sədrlik edən: Fizuli Mirzəquliyev