Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-1196/2025 28.10.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ İddiaçı cavabdeh Yakunina Cavabdeh qarşı “nikahın etibarsız hesab edilməsi tələbi barədə” iddiası üzrə mülki iş (açar sözlər: ailə münasibətləri üzrə mübahisələr, nikahın etibarsızlığı) Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Nuru Sahib oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Yakunina Cavabdeh qarşı «nikahın etibarsız hesab edilməsi tələbi barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. Mülki işin mahiyyəti
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, mərhum X4 ilə cavabdeh Yakunina Cavabdeh arasında olan, xx.xx.1992-ci il tarixdə Gədəbəy rayonu İsalı kənd İƏD üzrə nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmiş nikahın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı 1935-ci ildə Gədəbəy rayonunun İsalı kəndində anadan olmuşdur. 1955-ci ildə X4 ilə qeyri-rəsmi olaraq ailə qurmuş, xx.xx.1956-cı ildə rəsmi nikaha daxil olmuşlar. Nikahlarını Gədəbəy rayonu İsalı kənd X1 İcraiyyə Komitəsində (indiki Gədəbəy rayon İsalı kənd İƏD üzrə nümayəndəliyində) bağlanmış, bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında xx.xx.1956-cı ildə 8 nömrə ilə qeyd edilmişdir (evlənmə haqqında şəhadətnamə ərizəyə əlavə olunur). Onların birgə evliliklərindən səkkiz övladları olmuşdur. X2 xx.xx.2006-cı ildə Gədəbəy rayonu İsalı kəndində beyinə qansızma səbəbindən vəfat etmişdir. Ərinin ölümündən sonra o ərindən qalmış miras əmlakla bağlı hüquqlarının həyata keçirilməsi üçün müraciət edərkən məlum olmuşdur ki, X4 onunla rəsmi nikahda ola-ola və həmin nikah pozulmadan qanunazidd olaraq xx.xx.1992-ci il tarixdə rus milləti olan Yakunina Cavabdeh ilə Gədəbəy rayonu İsalı kənd İƏD üzrə nümayəndəliyində rəsmi nikaha daxil olmuş, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmişdir. Halbuki həmin dövrdə qüvvədə olan Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin 17-ci maddəsinə əsasən, X4 onunla rəsmi nikahda olduğu halda Yakunina Cavabdeh ilə nikah bağlaya bilməzdi. Belə olan halda hesab edir ki, mərhum X4 ilə Yakunina Cavabdeh arasında olan, xx.xx.1992-ci il tarixdə Gədəbəy rayonu İsalı kənd İƏD üzrə nümayəndəliyində bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 nömrə ilə qeyd edilmiş nikah həmin dövrdə,eləcə də indiki dövrdə qüvvədə olan ailə qanunvericliyinin tələbləri pozulmaqla bağlandığından etibarsız hesab edilməlidir. X4 ilə Yakunina Cavabdeh arasında nikah bağlanan zaman, yəni xx.xx.1992-ci ildə Azərbaycan SSR Nikah və Ailə Məcəlləsi qüvvədə olmuşdur. Ona görə də hazırki mübahisəyə Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Cavabdeh Yakunina Cavabdehna sonuncu rəsmi qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, lakin, bildiriş ünvanda yaşamaması barədə qeyd aparılmaqla geri qaytarılmışdır.
5. Azərbaycan Respublikası MPM-nin 36.1-ci maddəsinin tələbinə görə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yeri üzrə verilə bilər.
6. Həmin Məcəllənin 147-ci maddəsinin tələbinə görə isə, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, yerli icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır.
7. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
10. Belə ki, mülki iş materiallarında olan; - evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X4 və X3 nikahlarını xx.xx.1956-cı il tarixdə Gədəbəy rayonu İsalı kənd X1 İcraiyyə Komitəsində (indiki Gədəbəy rayon İsalı kənd İƏD üzrə nümayəndəliyində) bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 8 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nağıyev, arvada Nağıyeva soyadı verilmişdir. - Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah akt qeydləri kitabından çıxarışdan görünür ki, Yakunina Cavabdeh və X4 nikahlarını xx.xx.1992-ci il tarixdə Gədəbəy rayonu İsalı kənd İƏD üzrə nümayəndəliyində bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Nağıyev, arvada Nağıyeva soyadı verilmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2006-cı il tarixdə ölmüşdür. - Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, İddiaçı ilə mərhum X4 arasında xx.xx.1956-cı il tarixdə Gədəbəy rayonu İsalı kənd İƏD üzrə nümayəndəlikdə bağlanmış və bu barədə vətəndaşlıq vəziyyəti aktları kitabında xx.xx.1956-cı il tarixdə 8 nömrə ilə qeyd edilmiş nikahın pozulması haqqında akt qeydi aşkar edilməmişdir.
11. Məhkəmə qeyd edir ki, etibarsız hesab edilməsi tələb edilən nikah 1992-ci ildə bağlandığından nikahın bağlandığı vaxt tətbiq olunan hüquq normaları əsas götürülməlidir.
12. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 149-cu maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində və Azərbaycan Respublikasından kənarda bağlanmış nikahın etibarsız sayılması bu Məcəllənin 146 və 148-ci maddələrinə uyğun olaraq nikahın bağlanmasında tətbiq olunmuş qanunvericiliklə müəyyən edilir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir.
14. Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin; -17-ci maddəsində nikahın bağlanmasına mane olan hallar sadalanmışdır. Həmin maddəyə əsasən ikisindən biri başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. - 48-ci maddəsində göstərilmişdir ki, nikah bu Məcəllənin 15-17-cimaddələrində müəyyən edilmiş şərtlər pozulduqda, habelə ailə qurmaq niyyəti olmadan nikah bağlandığı hallarda (saxta nikah) etibarsız sayıla bilər. - 49-cu maddəsində göstərilmişdir ki, nikah məhkəmə qaydası ilə etibarsız hesab edilir.
15. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, X4 və X3 nikahlarını xx.xx.1956-cı il tarixdə Gədəbəy rayonu İsalı kənd X1 İcraiyyə Komitəsində (indiki Gədəbəy rayon İsalı kənd İƏD üzrə nümayəndəliyində) bağlamaqla ailə qurmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 8 № ilə qeyd edilmişdir. Həmin nikah hazırda qüvvədədir, nikah pozulmamış və ya etibarsız hesab edilməmişdir. Lakin buna baxmayaraq, Yakunina Cavabdeh və X4 xx.xx.1992-ci il tarixdə Gədəbəy rayonu İsalı kənd İƏD üzrə nümayəndəliyində rəsmi nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 03 № ilə qeyd aparılmışdır.
16. Göründüyü kimi, X4 ilə İddiaçı arasında rəsmi nikah qüvvədə ola-ola, Yakunina Cavabdeh və X4 arasında da rəsmi nikah bağlanmış və həmin zaman qüvvədə olan Azərbaycan SSR Nikah və Ailə Məcəlləsinin tələbləri pozulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Yakunina Cavabdeh və X4 arasında bağlanmış nikah qanunvericiliyin tələbləri pozulmaqla bağlandığından iddiaçı həmin nikahın etibarsız hesab edilməsini tələb etməkdən haqlıdır.
17. Həmçinin hazırda qüvvədə olan ailə qanunvericiliyi də başqası ilə nikahda olan şəxsin nikah bağlamasını qadağan edir və yol verildiyi təqdirdə isə həmin nikahın etibarsızlığı üçün əsaslar yaranır.
18. Azərbaycan Respublikası Ailə məcəlləsinin; - 12.0 və 12.0.3-cü maddələrinə əsasən, ikisindən biri və ya hər ikisi başqası ilə nikahda olan şəxslər arasında nikahın bağlanmasına yol verilmir. - 25.1-ci maddəsinə əsasən, bu məcəllənin 10–12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır.
19. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, X4 ilə Yakunina Cavabdeh arasında 01 aprel 1992-ci il tarixində bağlanmış, Gədəbəy rayon İcra hakimiyyəti başçısının İsalı kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən həmin tarixli, 03 nömrəli akt qeydi ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir.
20. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 40 manat dövlət rüsumu ödəmişdir.
21. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
V. Nəticə:
22. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. X4 ilə Yakunina Cavabdeh arasında 01 aprel 1992-ci il tarixində bağlanmış, Gədəbəy rayon İcra hakimiyyəti başçısının İsalı kənd inzibati-ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən həmin tarixli, 03 nömrəli akt qeydi ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Ödənilmiş 40 (qırx) manat dövlət rüsumu Yakunina Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Hakim: Zamiq Rəsulov