Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-464/2024 29.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3 və Cavabdeh iştirakları ilə İddiaçı MMC-nin Cavabdeh qarşı əmlakdan qanunsuz istifadənin qarşısının alınması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı X4 küçəsi 35 ünvanında yerləşən İddiaçı MMC-nin X2 Gədəbəy Şöbəsinin inzibati binasının yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən əraziyə açılmış qapının cavabdehin hesabına hörülərək bağlanmasına, cavabdehin həmin ərazidən gediş-gəlişinin dayandırılmasına, onun tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və məhkəmə prosesi zamanı işə baxılması ilə əlaqədar məsrəflərin(olduğu təqdirdə) cavabdehdən tutulması tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələblərini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, İddiaçı MMC-nin X5 Şöbəsinin inzibati binası ünvan 3vanında yerləşir. İnzibati binanın yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən 1999-cu il tarixdə verilmiş Texniki Pasportdan göründüyü kimi, İddiaçı MMC Gədəbəy Şöbəsinin(əvvəlki Gədəbəy Telekommunikasiya) balansındadır. Eyni zamanda İddiaçı MMC tərəfindən İqtisadiyyat Nazirliyi yanında ƏMDX Qazax Ərazi Şöbəsinə ünvanlanmış sorğuya cavab olaraq bildirilmişdir ki, ünvan 3vanında yerləşən torpaq sahəsi İddiaçı MMC-nin balansındadır. İddiaçı MMC-nin nizamnamə kapitalının 100 faizi dövlətə məxsus olduğundan onun balansında olan bütün daşınmaz əmlaklar dövlətə məxsusdur. Obyekt strateji əhəmiyyətlidir və obyektin yerləşdiyi əraziyə xüsusi rejimdə giriş-çıxış təmin edilməlidir. Cavabdehə məxsus evə giriş-çıxış qapısının şöbənin həyətinə açılması rejim qaydalarının pozulmasına səbəb olur. Bununla bağlı xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. İddiaçı MMC tərəfindən cavabdehə əmlakdan qanunsuz istifadənin qarşısının alınması ilə bağlı xəbərdarlıq məktubları təqdim edilsə də, cavabdeh tərəfindən bu günədək heç bir tədbir görülməmişdir.Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını istəyir. Cavabdeh məhkəmə baxış iclasında izahat verərək bildirmişdir ki, qeyd olunan ərazidə olan ev 80 il bundan əvvəl tikilmişdir. Yalnız bundan sonra iddiaçının mülkiyyətində olan bina tikilmişdir. O, 30 il İddiaçı MMC-də işləmişdir. Yaşadığı evin həyətinə başqa girişçıxış yeri yoxdur və həyətin yerləşmə mövqeyinə görə başqa giriş-çıxış qapısının açılması mümkün deyildir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Aktdan görünür ki, Gədəbəy şəhər sakini Cavabdeh məxsus evin girişçıxış qapısı şöbənin həyətinə açılır. İşdə olan X1 görünür ki, Gədəbəy şəhərində yerləşən torpaq sahəsi Gədəbəy Telekomikasiyaya məxsusdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası “Telekommunikasiya haqqında” Qanunun 46.3-cü maddəsinə əsasən telekomunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin,o cümlədən mühafizə zona və zolaqların ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşir. İddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən çəkilmiş xərclər cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı AZTELEKOM” MMC-nin X2 Gədəbəy Şöbəsinin mülkiyyətində olan inzibati bina və binanın yerləşdiyi torpaq sahəsi ünvan 3vanında yerləşir. Cavabdeh məxsus evin giriş-çıxış qapısı AZTELEKOM” MMC-nin X2 Gədəbəy Şöbəsinin həyətinə açılır. Ona görə də iddia tələbləri təmin edilməli, ünvan 4 ünvanında yerləşən İddiaçı MMC-nin X2 Gədəbəy Şöbəsinin inzibati binasının yerləşdiyi torpaq sahəsinə Cavabdeh tərəfindən açılmış qapı cavabdehin hesabına hörülərək, bağlanmalı və cavabdehin həmin ərazidən gediş-gəlişi dayandırılmalıdır. İddia tələbi təmin edildiyi üçün cavabdehdən işə məhkəmədə baxılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq,iddiaçıya verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Аzərbаycаn Rеspublikаsı MPMnin 216-227, 358-360 və 362-cı mаddələrini rəhbər tutаrаq, qət etdi: İddia tələbi təmin edilsin. Gədəbəy şəhəri, X4 küçəsi, 35 ünvanında yerləşən İddiaçı MMC-nin X2 Gədəbəy Şöbəsinin inzibati binasının yerləşdiyi torpaq sahəsinə Cavabdeh tərəfindən açılmış qapı onun hesabına hörülərək, bağlanılsın və həmin ərazidən gediş-gəliş dayandırılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alıanaraq, İddiaçı MMC-a ödənilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №e-2(042)-464/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-464/2024
29.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver