Məhkəmə qərarları › İş №e-2(042)-465/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-465/2024

29.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-465/2024 29.05.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X4 və Cavabdeh iştirakları ilə, İddiaçı (bundan sonra “Aztelekom MMC) Cavabdeh qarşı “torpaq sahəsinə cavabdeh tərəfindən açılmış qapının cavabdehin hesabına hörülərək bağlanması və cavabdehin mübahisəli ərazidən gediş-gəlişinin dayandırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC məhkəmədə iddia qaldıraraq, X9 küçəsi 35 ünvanında yerləşən İddiaçı MMC-nin Qərb regional filialının Gədəbəy şöbəsinin inzibati binasının yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən əraziyə açılmış qapının cavabdehin hesabına hörülərək bağlanmasına, cavabdehin həmin ərazidən gediş-gəlişinin dayandırılmasına, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun və məhkəmə prosesi zamanı işə baxılması ilə əlaqədar olan məsrəflərin (olduğu təqdirdə) cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsinin onunla əsaslandırmışdır ki, İddiaçı Qərb regional filialının Gədəbəy şöbəsinin inzibati binası Gədəbəy şəhəri, X9 küçəsi 35 ünvanında yerləşir. Gədəbəy şöbəsinin inzibati binasının yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1999-cu il tarixində verilmiş Texniki Pasportdan da göründüyü kimi İddiaçı MMC-nin Gədəbəy şöbəsinin (əvvəlki X2) balansındadır. Eyni zamanda İddiaçı MMC tərəfindən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-27-108/2-1101/2023 saylı sorğuya cavab olaraq bildirilmişdir ki, Gədəbəy şəhəri, X9 küçəsi 35 ünvanında yerləşən torpaq sahəsi İddiaçı MMC-nin balansındadır (cavab məktubu işə əlavə olunur). Qeyd edək ki, İddiaçı MMC-nin nizamnamə kapitalının 100 faizi dövlətə məxsus olduğundan onun balansında olan bütün daşınmaz əmlaklar dövlətə məxsusdur. Qeyd olunan ərazidə cavabdehə məxsus evin giriş-çıxış qapısının şöbənin həyətinə açılması ilə bağlı Gədəbəy şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli akt tərtib olunmuşdur. İddiaçı MMC tərəfindən cavabdehə əmlakdan qanunsuz istifadənin qarşısının alınması ilə bağlı xəbərdarlıq məktubları (sonuncu xəbərdarlıq məktubu xx.xx.2023-cü il tarixində göndərilmişdir) təqdim edilsə də, cavabdeh tərəfindən bu günədək heç bir tədbir görülməmişdir. İddiaçı «Aztelekom” MMC nümayəndəsi X8 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdehə məxsus evin girişçıxış qapısı İddiaçı Qərb regional filialının Gədəbəy şöbəsinin inzibati binası həyətinə açılır. Şöbənin avadanlıqları şöbənin həyətində və anbarda yerləşir. Şöbənin həyəti mühafizə olunur və saat 18.00-dan sonra şöbənin həyətinə vətəndaş buraxılmır. Necə ola bilər ki, vətəndaşın qapısı şöbənin həyətinə açılsın. Cavabdehin özünə məxsus fərdi yaşayış evinə başqa yerdən yol açmaq üçün şəraiti var. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, uzun müddətdir ki, onların fərdi yaşayış evinə gediş-gəliş yolu oradan olmuşdur. Onun evi poçt binası inşa edilməmişdən əvvəl inşa edilmişdir. Onun həmin yoldan başqa yolu yoxdur. Şöbənin mühafizəçisi var və həyətində kameralar var. Ona görə də, şöbənin həyətində olan avadanlıqlara heç kəs toxuna bilməz. Onun başqa yerdən yol açmağa maddi imkanı yoxdur. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı MMC-nin Qərb regional filialının Gədəbəy şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Gədəbəy şəhər sakini Cavabdeh məxsus evin giriş-çıxış qapısı şöbənin həyətinə açılır. İşdə olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, Cavabdeh İddiaçı Qərb regional filialının Gədəbəy şöbəsinin inzibati binasının həyətinə açılmış qapının sökülməsi və həmin ərazidən geiş-gəlişin bağlanması tələb edilmişdir. İşdə olan İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Qazax ərazi şöbəsi tərəfindən olan İddiaçı MMC-nin sorğusuna cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən torpaq sahəsi olan İddiaçı MMC-nin balansındadır.Qeyd olunana torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evində vətəndaş X7 yaşayır. Gədəbəy rayon Kooperativ Cəmiyyətinin xx.xx.2010-cu il tarixli, 1 saylı protokolu və xx.xx.2010-cu il tarixli 02 nömrəli alqı-satqı müqaviləsi ilə “Gədəbəy rayon rabitə şöbəsinin arxa hissəsində yerləşən yeməkxana binası avadanlığı ilə birlikdə” X3 anası X1. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1999-cu il tarixində verilmiş Texniki Pasportdan görünür ki, Gədəbəy şəhəri, X9 küçəsi 35 (15) ünvanında yerləşən torpaq sahəsi İddiaçı MMC-nin Gədəbəy şöbəsinin (əvvəlki X2) balansındadır. İşdə olan yerində müayinə iclasının protokolundan görünür ki, iş üzrə mübahisəli torpaq sahəsi ünvan 4 ünvanında yerləşir. Torpaq sahəsində İddiaçı MMC-nin Qərb regional filialının Gədəbəy şöbəsi yerləşir və yerləşdiyi ərazi və həyəti hasara alınmışdır. İddiaçı MMC-nin Qərb regional filialının Gədəbəy şöbəsinin həyətinə giriş-çıxış qapısı vardır. Cavabdehin yaşadığı evin yerləşdiyi torpaq sahəsi İddiaçı MMC-nin Qərb regional filialının Gədəbəy şöbəsinin yerləşdiyi torpaq sahəsi həmsərhəddir və evin giriş-çıxış qapısı şöbənin həyətinə açılır. Həmçinin müəyyən edildi ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsindən müəyyən işlər görməklə digər gediş-gəliş yoluna çıxış açılması mümkündür. İddiaçının iddia tələbinin qanuni əsaslarını Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2 və 157.4-cü maddələri təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, girişçıxış qapısının açıldığı torpaq sahəsi iddiaçının mülkiyyətində olmalı, cavabdehin həmin giriş-çıxış qapısından istifadəsi qanunsuz olmalıdır. Məhkəmə iclasında işdə olan sübutlarla və işin mübahisələndirilməyən halları ilə müəyyən edildi ki, İddiaçı Qərb regional filialının Gədəbəy şöbəsinin inzibati binası Gədəbəy şəhəri, X9 küçəsi 35 ünvanında yerləşir. İnzibati binanın yerləşdiyi Gədəbəy şəhəri, X9 küçəsi 35 ünvanında yerləşən torpaq sahəsi İddiaçı Qərb regional filialının Gədəbəy şöbəsinin balansındadır. Cavabdehin yaşadığı evin yerləşdiyi torpaq sahəsi İddiaçı MMC-nin Qərb regional filialının Gədəbəy şöbəsinin inzibati binasının yerləşdiyi torpaq sahəsi ilə həmsərhəddir və evin giriş-çıxış qapısı şöbənin inzibati binasının həyətinə açılır. Cavabdeh həmin giriş-çıxış qapısının İddiaçı MMC-nin Qərb regional filialının Gədəbəy şöbəsinin həyətinə açılmasının və həmin ərazidən fərdi yaşayış evinə gəliş-gediş üçün istifadə etməsinin qanuni olması ilə əlaqədar hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Eləcə də, yerində müayinə zamanı müəyyən edilmişdir ki, cavabdehin mülkiyyətində olan torpaq sahəsindən müəyyən işlər görməklə digər gedişgəliş yoluna çıxış açılması mümkündür. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüquqlarını rahat və maneəsiz şəkildə həyata keçirmək və təhlükəsizliyi üçün həmin giriş-çıxış qapısının cavabdehin hesabına bağlanmasını və həmin ərazidən cavabdehin fərdi yaşayış evinə gediş-gəliş üçün istifadə etməsinin dayandırılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Gədəbəy şəhəri, X9 küçəsi 35 ünvanında yerləşən İddiaçı MMC-nin Qərb regional filialının Gədəbəy şöbəsinin inzibati binasının yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən əraziyə açılmış giriş-çıxış qapısı cavabdehin hesabına hörülərək bağlanmalı, cavabdehin həmin ərazidən gediş-gəlişinin dayandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu, cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Gədəbəy şəhəri, X9 küçəsi 35 ünvanında yerləşən İddiaçı Qərb regional filialının Gədəbəy şöbəsinin inzibati binasının yerləşdiyi torpaq sahəsində Cavabdeh tərəfindən əraziyə açılmış giriş-çıxış qapısı cavabdehin hesabına hörülərək bağlansın, cavabdehin həmin ərazidən gediş-gəlişi dayandırılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun xərcinin əvəzi Cavabdeh alınıb İddiaçınə verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar