Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № e-2(042)-832/2025 16.07.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Rəsulov Zamiq Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyev Nübar Yusif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsünün aparılması” tələbi barədə işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə dair İddiaçı 2/3 hissə, Cavabdeh 1/3 hissəsinə dair, eyni zamanda, Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 76, 32 saylı mənzilə dair İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissəsinə dair müəyyən olunmuş paylar üzərində real bölgünün aparılması, real bölgünün aparılması mümkün olmadıqda isə açıq hərracdan satılaraq satışdan əldə olunmuş məbləğin paylara mütənasib bölünməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək, onun təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Məhkəməyə təqdim edilmiş, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə barışığa gəlmişlər:
1. “Mən, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2956/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, ünvan 1 ünvanındakı mənzilə 1/2 hissədə müəyyən edilmiş payından İddiaçı xeyrinə imtina edir, mənzili təmirli vəziyyətdə ona təhvil verməklə tam mülkiyyətinə verməyi öhdəmə götürürəm.”
2. “Mən, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2956/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə dair 2/3 hissədə müəyyən edilmiş payından Cavabdeh xeyrinə imtina edir və tam mülkiyyətinə verməyi öhdəmə götürürəm.”
3. Tərəflər razılaşırlar ki, öz üzərinə götürdükləri öhdəlikləri bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə, bu Sazişin təsdiq edilməsi barədə məhkəmənin qərardadı icraya yönəldilir və “İcra haqqında” AR Qanununa əsasən icra ediləcəkdir.” Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin: 261.0 və 261.0.5-ci maddələrinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə hesab edir ki, göstərilən şərtlərlə barışıq sazişinin bağlanması qanuna zidd olmadığına və hər hansı bir şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmadığına görə barışıq sazişi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəllənin: 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı və Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış xx.xx.2025-ci il tarixli barışıq sazişi təsdiq edilsin.
1. “Mən, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2956/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, ünvan 1 ünvanındakı mənzilə 1/2 hissədə müəyyən edilmiş payından İddiaçı xeyrinə imtina edir, mənzili təmirli vəziyyətdə ona təhvil verməklə tam mülkiyyətinə verməyi öhdəmə götürürəm.”
2. “Mən, İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2956/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə dair 2/3 hissədə müəyyən edilmiş payından Cavabdeh xeyrinə imtina edir və tam mülkiyyətinə verməyi öhdəmə götürürəm.”
3. Tərəflər razılaşırlar ki, öz üzərinə götürdükləri öhdəlikləri bu sazişlə müəyyən edilən qaydada yerinə yetirmədikdə, bu Sazişin təsdiq edilməsi barədə məhkəmənin qərardadı icraya yönəldilir və “İcra haqqında” AR Qanununa əsasən icra ediləcəkdir.” İddiaçı Cavabdeh qarşı “əmlak bölgüsünün aparılması” tələbi barədə mülki iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər.
Hakim Zamiq Rəsulov