Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-85/2025 04.02.2025 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Salmanov Orxan Aqil oğlunun katibliyi və İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, X3, X4, Cavabdeh2, Cavabdeh1, üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs1 Başçısının Çobankənd Kənd İƏD üzər Nümayəndəliyinə qarşı Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-314D Kod 50529018 saylı Şəhadətnamə əsasında Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2001-ci il tarixli qərarının və onun əsasında 86 kvm olan fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinə edilmiş qeydiyyatın etibarsız hesab edilməsi, miras əmlaka payların müəyyən edilməsi tələbləri haqqında iddia ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3, X3, X4, Cavabdeh2, Cavabdeh1, üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs1 Başçısının Çobankənd Kənd İƏD üzər Nümayəndəliyinə qarşı Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-314D Kod 50529018 saylı Şəhadətnamə əsasında Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2001-ci il tarixli qərarın və onun əsasında 86 kvm olan fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinə edilmiş qeydiyyatın etibarsız hesab edilməsi, miras əmlaka payların müəyyən edilməsi tələbləri haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, mərhum atası X2 Gədəbəy rayonu, Çobankənd kəndində həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi olmuşdur. Atası 30 yanvar 2000-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra ondan qalmış əmlakı miras kimi qəbul etmişdir. O, 2004-cü ildə mirasın qəbul edilməsi ilə əlaqədar Gədəbəy Rayon Notarıat Ofisinə müraciət etmiş, lakin mübahisə olduğu üçün ona məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Sonradan ona məlum olmuşdur ki, Cavabdeh3 atasından qalmış mirasa aid torpaq sahəsi ilə əlaqədar Torpağın Mülkiyyətə verilməsinə Dair Şəhadətnamə almış, torpaq sahəsi və üzərində yerləşən ev onun adına qeydiyyata alınmışdır. Bu qeydiyyat qanunsuz olduğuna görə etibarsız hesab edilməli, atasından miras qalmış əmlaka digər vərəsələrlə birlikdə payı müəyyən edilməlidir. Ona görə də iddia tələblərinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Мəhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər Cavabdeh3, X3, X4, Cavabdeh2, Cavabdeh1, üçüncü şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs1 Başçısının Çobankənd Kənd İƏD üzər Nümayəndəliyinə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.5. və 185.6-cı mаddələrinə əsasən işə cavabdehlər və üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün sаymışdır. Azərbaycan Respublikasının MPM-nin 76.1 və 76.2-ci maddələrə əsasən işdə iştirak edən şəxslərin izahatlarında göstərilən məlumatlar sübutların bir növüdür. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələblərinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İşdə olan Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Gədəbəy rayonu, Çobankənd kəndi ərazisində Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2001-ci il tarixli qərarı ilə Cavabdeh3 mülkiyyətinə 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 13-cü mаddəsinin İ hissəsinə əsаsən Аzərbаycаn Rеspublikаsındа mülkiyyət tохunulmаzdır və dövlət tərəfindən müdаfiə оlunur. Аzərbаycаn Rеspublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinə əsаsən hər kəsin mülkiyyət hüququ vаrdır. Mülkiyyət hüququ, о cümlədən хüsusi mülkiyyət hüququ qаnunlа qоrunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbаşınа və yа bаşqаlаrı ilə birlikdə əmlаkа sаhib оlmаq, əmlаkdаn istifаdə еtmək və оnun bаrəsində sərəncаm vеrmək hüquqlаrındаn ibаrətdir. Hеç kəs məhkəmənin qərаrı оlmаdаn mülkiyyətindən məhrum еdilə bilməz. Аzərbаycаn Rеspublikаsının tərəfdаr çıхdığı “İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrın müdаfiəsi hаqqındа” Аvrоpа Kоnvеnsiyаsınа 1 sаylı Prоtоkоlun 1-ci mаddəsinə əsаsən hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən mаnеəsiz istifаdə hüququnа mаlikdir. Hеç kəs cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və bеynəlхаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа оlmаqlа, mülkiyyətindən məhrum еdilə bilməz. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsаsən mülkiyyət hüququ-subyеktin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Həmin Məcəllənin 157.1-ci mаddəsinə əsаsən mülkiyyətçinin mülkiyyət hüququnun tаnınmаsını tələb еtmək hüquq vаrdır. Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İnsan Hüquqları üzrə Аvrоpа Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probalion”, yəni, sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, "Qavazov Bolqarıstana qarşı iş üzrə" 06 mart 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə, sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, iddiaçı tərəfindən iddia tələblərinin əsası kimi istinad edilən hallar, yəni, Torpağın Mülkiyyətə Verilməsinə Dair JN- 314D Kod 50529018 saylı Şəhadətnamənin və Gədəbəy Rayon Aqrar İslahat Komissiyasının 03 aprel 2001-ci il tarixli qərarı, 86 kvm sahəsi olan fərdi yaşayış evi və 0,25 ha torpaq sahəsinə edilmiş qeydiyyatın etibarsız hesab edilməsi üçün əsaslar sübut edilməmiş, iddiaçı və cavabdehlərin mərhum ataları X1 hər hansı bir əmlakın qalması və miras aktivinə daxil olması halı sübut edilməmişdir. Ona görə də iddia tələbləri təmin edilməmlidir. İddia tələbləri təmin edilmədiyindən Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid eilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbləri təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №e-2(042)-85/2025
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-85/2025
04.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver