Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № e-2(042)-888/2024 05.09.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, digər iddiaçılar İddiaçı3 və İddiaçı1 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 məhkəmədə iddia qaldıraraq O, iddiaçı və mülkiyyətçi – İddiaçı2, İddiaçı3 və X2 cavabdeh X1 onunla paylı mülkiyyətində olan, eyni zamanda Solmaz Bəhrəm qızının faktiki istifadəsində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələrinə, 1000 manat vəkil xidmət haqqının, 100+1 manat dövlət rüsumunun Cavabdeh Bayram qızından alınıb ona – İddiaçı2 verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun bacısıdır. Onlar hər ikisi mərhum valideynlərinin qanun üzrə vərəsəsi tanınmışlar və hər ikisinin miras əmlakla bağlı mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Digər iddiaçılar - İddiaçı3 həyat yoldaşı, Tünzalə Tahir qızı isə doğma qızıdır. O,Kifayət Bayram qızı ilə 1997-ci ildə faktiki ailə qurmuşdur. Onunla aralarında olan nikahı xx.xx.2017-ci ilə Gədəbəy rayon Qeydiyyat Şöbəsində rəsmi qeyd etdirmişlər. Kifayət Bayram qızı ilə faktiki nikahlarından xx.xx.1999-cu il təvəllüdlü İddiaçı1 və xx.xx.2001-ci il təvəllüdlü X4 adında iki uşaqları doğulmuşdur. O, digər İddiaçı3 ilə ailə quranda, arvadı Kifayəti Gədəbəy şəhəri, İsgəndər Aznavurov küçəsi, 14 saylı fərdi yaşayış evə gəlin köçmüşdür. Yeddi il orada yaşadıqdan sonra aralarında yaranan mübahisəyə görə həmin evdən köçmüşlər. Valideynlərinin vəfatından sonra miras mülkə vərəsə tanınmışdır. Mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqlarının Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən həm onun, həm də cavabdehin adına ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Bu çıxarışa əsasən ümumi sahəsi 46.80 kv.m. olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.18 ha həyətyanı torpaq sahəsinin 1/6 hissəsinə mülkiyyət hüququ tanınmışdır. Həyətyanı torpaq sahəsi ilə bağlı mülkiyyət payı naturada ayrılıb, ona təhvil verilmişdir. Lakin evlə bağlı payının naturada bölünməsi mümkün olmamışdır. Bu səbəbdən hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Onların mübahisə predmeti olan fərdi yaşayış evinə köçürülməsinə dair qərar qəbul edilməsini istəyirlər. Cavabdeh könüllü olaraq onların həmin fərdi yaşayış evinə köçürülmələrinə razılıq vermir. Köçmək istədikləri ev iki otaqlı olmaqla, həm də yardımçı sahədən ibarətdir. İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, digər iddiaçılar İddiaçı3 və İddiaçı1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, mübahisəli fərdi yaşayış evi bir otaqdan ibarətdir. İddiaçıların həmin evə köçməsi və onların birlikdə yaşamaları mümkün deyil. Həmçinin iddiaçıların özünə məxsus ayrıca evləri vardır. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işdəki sübutları və digər materialları araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən 0.18 ha torpaq sahəsi və sahəsi 46.80 kv.m olan fərdi yaşayış evi 5/6 hissədə Cavabdeh adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə, 1/6 hissədə isə İddiaçı2 adına ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin 24 avqust 2024-cü il tarixli, 2(042)-434/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı2 və Cavabdeh ümumi paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 0.18 ha torpaq sahəsindən İddiaçı2 payı 1/6 hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli, 10/2930 nömrəli rəyinə əlavə olunmuş sxem üzrə naturada bölünərək ayrılması, İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən. torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli ünvan 2 ünvanında yerləşən 0.18 ha torpaq sahəsi və sahəsi 46.80 kv.m olan fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində 5/6 hissədə Cavabdeh, 1/6 hissədə isə İddiaçı2 adına qeydə alınmışdır. İddiaçı2 qeyd edilən torpaq sahəsindən və fərdi yaşayış evindən paylarının naturada ayrılması barədə məhkəmədə iddia qaldırmış və Gədəbəy rayon Məhkəməsinin 24 avqust 2024-cü il tarixli, 2(042)-434/2022 saylı qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş **********49-10301 reyestr nömrəli çıxarışa əsasən, İddiaçı2 və Cavabdeh ümumi paylı mülkiyyətində olan, ünvan 2 ünvanında yerləşən 0.18 ha torpaq sahəsindən İddiaçı2 payı 1/6 hissədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2022-ci il tarixli, 10/2930 nömrəli rəyinə əlavə olunmuş sxem üzrə naturada bölünərək ayrılması, İddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gədəbəy rayon Məhkəməsinin 24 avqust 2024-cü il tarixli, 2(042)-434/2022 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəz tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli, 10/2930 nömrəli ekspert rəyinə əsasən, fərdi yaşayış evinin faktiki vəziyyətini, planlı yerləşməsini, bir yaşayış otağından ibarət olduğunu, mətbəx və sanitar qovşağının olmadığını, yaşayış sahəsi üzrə payına 4.0 kv.m sahə düşdüyünü, torpaq sahəsinin isə iki tərəfdən, ayrı-ayrı istiqamətlərdən giriş-çıxışının olduğunu, sərhəd hasarının çəkilməsi zamanı hər hansı tikilinin 1/6 hissədə qalmadığını nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01,89*-nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və Məhkəmə Tikinti-X3 Metodlarının tələblərinə müvafiq olaraq ümumi sahəsi 46.8 kv.m olan fərdi yaşayış evindən İddiaçı2 məxsus olan 1/6 hissədə payın təcrid mənzillər şəklində naturada ayrılması texniki cəhətdən mümkün olmamış və fərdi yaşayış evindən iddiaçının naturada payının ayrılması hissəsində iddia tələbi təmin edilməmişdir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evinin bir yaşayış otağından ibarət olmaqla kiçik bir ev olduğunu, mətbəx və sanitar qovşağının olmadığını, yaşayış sahəsi üzrə mülkiyyətçi İddiaçı2 payına 4.0 kv.m sahə düşdüyünü nəzərə alsaq, İddiaçı2 və ailə üzvləri olan digər iddiaçılar İddiaçı3 və İddiaçı1 həmin fərdi yaşayış evinə köçürülmələri və həmin evdə yaşayış ehtiyaclarını təmin etmələri mümkün görünmür. Ona görə də, məhkəmə iddia tələbi əsassız olduğundan təmin edilməməsi qənaətinə gəlir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının fərdi yaşayış evində olan payının naturada ayrılması və həmin evə köçürülərək yaşaması (istifadə etməsi) mümkün olmadığından iddiaçı əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi ilə mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi qarşılığında aradan qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307- 311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 aid edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №e-2(042)-888/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(042)-888/2024
05.09.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver