Məhkəmə qərarları › İş №e-2(043)-1109/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №e-2(043)-1109/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(043)-1109/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı “X1 Azərbaycan” QSC-in Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı “X1 Azərbaycan” QSC Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 93,15 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçı "xxxx" MMC ilə aralarında bağlanmış xidmət müqaviləsi üzrə 93,15 manat xidmət haqqının ödənilməsini göstərsə də həmin məbləğdə pulun ödənilməsini təsdiq edən sənədi ərizəyə əlavə etməmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraatdan bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-3-cü maddəsinə əsasən tələbin əsaslığını təsdiq edən sənəd ərizədə göstərilməlidir. 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə ərizənin qəbul olunmasından imtina edir. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul olunmasından imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Beləliklə, məhkəmə qanunun göstərilən müddəalarına əsaslanaraq hesab edir ki, iddiaçı «X1 Azərbaycan» QSC-in Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddia üzrə ərzəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-4.1.3, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı “X1 Azərbaycan” QSC-nin Cavabdeh qarşı pul tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Qərardaddan şikayət verilə bilməz. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar