Məhkəmə qərarları › İş №e-2(043)-1114/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №e-2(043)-1114/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(043)-1114/2022 17.03.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlu, iddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair kiçik mübahisələr üzrə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 62,29 manat məbləğində maddi zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" QSC arasında 20.09.2014-cü il tarixli Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş 18.03.2020-tarixli 2(043)-1367/2020 saylı məhkəmə qətnaməsi çıxmışdır. Nəticədə iddiaçı ilə "xxxx" MMC ilə bağlanmış 18.01.2021ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC -yə sifariş etmişdir. “Azcollect MMC” öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyət orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh qıznıın 24.12.2021-ci il tarixindəki 415,31 manat məbləğİndəki vəsait "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də iddiaçı tərəfindən "xxxx"MMC -yə 62,29 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən 18.01.2021-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 62,29 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış 20.09.2014-cü il tarixli müqavilənin 4.19-cu bəndində qeyd edilmişdir ki «bu müqavilədən yaranan borcların kart sahibi tərəfindən yanında və lazımi qaydada geri qaytarılmasına görə, Bank kart sahibinə qarşı iddia qaldırmaq və ya icra tətbiqini həyata keçirmək məcburiyyətndə qalarsa kart sahibi bununla bağlı bankın gələcək hər cür xərclərinin (vəkil/Hüquqixidmət ilə bağlıxərclər daxil olmaqla) banka ödənilməsinin qəbulunu təsdiq edir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsinin qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddiaçı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri elektron qaydada təqdim etmişdir. Lakin, iddiaçı tərəfindən iddia tələbini təsdiq edən «X1 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanılmış 20.09.2014-cü il tarixli kredit müqaviləsinin, iddia ərizəsində qeyd edilən 2(043)-1367/2020 saylı məhkəmə qətnaməsinin, eyni zamanda iddiaçı tərəfindən "xxxx" MMC-yə xidmət haqqının ödənilməsini təsdiq edən hər hansı sənəd və s. digər sənədlərin əsli və ya notarial qaydada təsdiq olunmuş surəti əlavə edilməmişdir. Bundan başqa iddia ərizəsinə «X1 Azərbaycan» QSC ilə Cavabdeh arasında deyil, Bank ilə “Lamiyə Quliyeva” adlı şəxs arasında bağlanmış müqavilə əlavə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, işə baxılmasının sadələşdirilmiş qaydası yolverilməzdir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddiaçı verilmiş tələbi təsdiq edən sənədləri təqdim etmədiyi üçün kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında işə baxılması mümkün olmadığından, iddia ərizəsinin qəbulundan imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 284-4.1.3, və 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair dair kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz Hakim Zaur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar