Məhkəmə qərarları › İş №e-2(043)-1439/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1439/2022

01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1439/2022 01.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı “X1 Azəbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı “X1 Azəbaycan” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 6808,32 manat məbləğində maddi zərərin və 88,09 manat dövlət rüsumunun xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X1 Azəbaycan” QSC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 və "xxxx" QSC arasında12.04.2016-ci il tarixli 106554/2 saylı kredi müqaviləsi imzalamışlar, həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsəd ilə həmçinin Cavabdeh2 ilə bank arasında 14.11.2013-ci il tarixdə zaminlik müqavilələri bağlanmşdır.Zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər borcalana zamin durmuş və qanunvericiliyə müvafiq olaraq zamin kimi borcalanın öhdəliklərini lazımınca icra edilməsinə görə onunla tam birgə məsuliyyət daşımağına dair öhdəlik götürmüşlər, əlavə olaraq borcalanın 12.04.2016-ci il tarixli 106554/2 saylı kredi müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə 12.04.2016-cıil tarixdə bank ilə ipoteka qoyan Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə qoyan Cavabdeh1 oxlun məxsus məxsus Cavabdeh1 məxsus “Toyota Prado”minik markalı ağ mirvari rəngdə 99EZ920 qeydiyyat nömrəli avtomobil “X1 Azərbaycan” QSCnin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh1 öz öhdəliyini yetərincə yerinə yetirmədiyi üçün "xxxx" QSC məhkəməyə müraciət etmişdir və hal hazırda Gəncə Apellyasiya Məhkəməsinin 26.07.2019-cu il tarixli 2(104)-619/2019 saylı qətnaməs qüvvədədir. Qətnaməyə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 45388,8 manat pul "xxxx"QSC-yə ödənilsin və tutmanı Cavabdeh1 məxsus “Toyota Prado”mini markalı, ağ mirvari rəngdə, **-EZ-*** qeydiiyat nişanlı avtomobil yönəldilsin, avtomobil ilkin qiyməti 51000 manat olaraq açıq hərracda satılsın. Tərəflər bu qətnamədən kassasiya şikayəti versələr də, AR Ali məhkəməsi Gəncə Apellyasiya Məhkəməsinin 26.07.2019-c il tarixli 2(104)-619/2019 saylı qətnaməsi qüvvədə saxlamışdır. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə və Samux rayon İcr və Probasiya şöbəsinə yönəlmişdir. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış 04.07.2017-ci il tarixli "Hüquqi xidmət haqqında' müqavilənin 5.1.2 maddəsinə əsasən Məhkəmə qərarı üzrə borcun tələbini,ipoteka predmetinin axtarışını bir sözlə qətnamənin icrasını edilməsini “Lider Legaqi’ MMC -yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdehlər barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək məcburi icı işlərinin təşkil edərək öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirərək ipoteka predmeti olan mülkiyyət hüququ ilə qoyan Cavabdeh1 məxsus “Toyota Prado”minik markalı ağ mirvari rəngdə **-EZ-*** d.q.n avtomobil yerin aşkar etmiş və həmin avtomobili qanund nəzərdə tutulmuş halda Gəncə şəhəri üzrə icra idarəsinə təhvil verərək duracaqa yerləşdirmişdir. Avtomobilin Gəncə şəhər Yol polis şöbəsinin cərimə meydançasına yerləşdirməsi barədəd 06.04.2021-ci il tarixdə aktda tərtib edilmişdir. 04.07.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin 5.1.2 maddəsinə əsasən borclu istehlak (avto) kredit müştərisi Cavabdeh1 mülkiyyətində olan “Toyota Prado”minik markalı ağ mirvari rəngdə **-EZ-*** d.q.n avtomobil cərim meydançasına yerləşdilmədi ilə əlaqdar qətnamə üzrə 45388,38 AZN borcun xidmət haqqını 15% olaraq 6808,32 (altı min səkkiz yüz səkkiz manat 3: qəpik) manat məbləğində xidmət haqqı ödəmişdir. «X1 Azərbaycan» QSC ilə cavabdeh arasında bağlanmış 12.04.2016cü il tarixli müqavilənin 13.1-ci bəndində qeyd edilmişdir k “bu müqavilə üzrə verilmiş kreditlə bağlı ”Borcverənin” tələb hüquqları qanunvericiliklə nəzərdə tutlmuş qaydada üçüncü şəxslərə satıla və ya digər üsull verilə (ötürülə)bilər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək iddianın əsassız olduğunu göstərərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC (büro) ilə “X1 Azərbaycan” QSC (bank) arasında bağlanmış “Hüquqi xidmət haqqında” 04 iyul 2017-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri və ya təminatı avtomobil, nəqliyyat vasitələri və s. olan kreditləri, kredit kartları və/və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci maddəsinə görə, Bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar: Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15 % nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir. İş materiallarına əlavə edilmiş 30 yanvar 2018-ci il tarixli "xxxx" MMC (büro) ilə “X1 Azərbaycan” QSC (bank) arasında bağlanmış 04 iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əlavə Razılaşmanın surətindən görünür ki, büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra təminat (ipoteka predmeti) kimi çıxış edən sahələrin boşaldılması üzrə qanunverciliklə nəzərdə tutulmuş işləri apararaq müvafiq qaydada Banka təhvil verilməsi hallarında borc məbləği 50000 manatdan 100000 manatadək olan dosyelər üzrə - kredit borcunun 15% nisbətində (lakin hər bir halda təhvil verilən bir iş dosyesi üzrə ödənilən ümumi xidmət haqqının 8000 manat məbləğini keçməmək şərti ilə) xidmət haqqı ödəniləcəkdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 26.07.2019-cu il tarixli 2(104)-619/2019 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 45388,8 manat pulun tutulması, "xxxx"QSC-yə ödənilsin və tutmanı Cavabdeh1 məxsus “Toyota Prado”mini markalı, ağ mirvari rəngdə, **-EZ-*** qeydiiyat nişanlı avtomobil yönəldilməsi, avtomobilin ilkin qiyməti 51000 manat olaraq açıq hərracda satılması qət edilmişdir. İş materiallarında olan 07.04.2021-ci il tarixli təhvil aktından görünür ki, 30 yanvar 2018-ci il tarixli əlavə razılaşmanın 5.1.3.2-ci maddəsinə əsasən "xxxx" MMC göstərdiyi hüquqi xidməti cədvəl üzrə “X1 Azərbaycan” QSC-yə təhvil verir. Cədvəldən görünür ki, MMC tərəfindən Cavabdeh1 və Cavabdeh2 45388,83 manat pulun tutulması icra edilərək QSC-yə təhvil verilmiş və QSC tərəfindən qəbul edilmiş, buna görə MMC tərəfindən 6808,32 manat məbləğində xidmət haqqı hesablanmışdır. İş materiallarında olan 08.04.2021-ci il tarixli 118 nömrəli ödəniş tapşırığından görünür ki, “X1 Azərbaycan” QSC "xxxx" MMC-nin həmin Bankda olan hesabına 6808,32 manat pulun ödənilməsi ilə bağlı tapşırıq vermişdir. Ödənilməsi tapşırılmış pul vəsaitinin təyinatı kimi “hüquqi xidmətlər” qeyd olunmuşdur. Məhkəmə, cavabdehin izahatını dinləyərək, iş materiallarında olan sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdehlər arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə, borclular tərəfindən öhdəliklər lazımınca yerinə yetirilmədiyindən, kreditor tərəfindən məhkəməyə müraciət edilmiş və qəbul olunmuş məhkəmə aktlarına əsasən cavabdehlərdən müqavilə üzrə yaranmış əsas borc, faiz borcu və cərimə ilə yanaşı, dövlət rüsumu və digər xərclər iddiaçının xeyrinə tutulmuşdur. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, məhkəmə aktları qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq İcra Şöbəsinə göndərilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında 04.07.2017-ci il tarixli Hüquqi xidmət haqqında müqavilə və onun əsasında 30.01.2018-ci il tarixli razılaşma bağlanmış, göstərilmiş hüquqi xidmətə görə iddiaçı tərəfindən MMC-yə 6808,32 manat məbləğində pul ödənilmişdir. Hazırda iddiaçı cavabdehlərdən pulun tutulmasında hüquqi xidmət göstərildiyinə görə sonuncuya hüquqi xidmət haqqı ödənilməsini əsas gətirərək, ödəmiş olduğu xidməti haqqı məbləğinin cavabdehlərdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, mülki-prosessual qanunvericilik nümayəndəyə çəkilmiş xərcləri işə baxılması ilə əlaqədar olan məsrəflərə aid etmiş və həmin məbləği ağlabatan məbləğdə xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutmuşdur. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 04.07.2017-cı il tarixli Hüquqi xidmət haqqında müqavilədə ümumi, mücərrədd şəkildə MMC tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi əks olunmuş, konkret olaraq cavabdehlər ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı "xxxx" MMC ilə onun arasında bağlanmış hüquqi xidmət haqqında müqavilə çərçivəsində məhz icra mərhələsində ipoteka predmeti olan avtomobilin axtarışı ilə bağlı "xxxx" MMC-nin ona hüquqi xidmət göstərməsinə istinad etsə belə, hüquqi xidmətin göstərilib-göstərilmədiyi, xidmətin nədən ibarət olması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının cavabdehlərdən tələb etdiyi məbləğ məhkəmə qərarının icrası mərhələsində ona hüquqi yardımın göstərilməsi ilə bağlı olsa belə, iddia yenə də təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Qanunvericilik icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid etməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən etmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehlərdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə "xxxx" MMC arasında hüquqi yardım haqqında müqavilə bağlanması, eyni zamanda iddiaçı tərəfindən həmin şirkətə hansısa hüquqi yardıma görə 6808,32 manat pul ödənilməsinin cavabdehlərə, habelə onlarla bağlanmış kredit və zaminlik müqavilələri üzrə borcun ödənilməsinə heç bir aidiyyatı yoxdur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, iş üzrə ödənilmiş 88,09 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı “X1 Azəbaycan” QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 88,09 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar