Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(043)-1613/2022 21.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5614,34 manat məbləğində maddi zərərin və 76,15 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh və "xxxx" QSC arasında xx.xx.2015-ci il tarixli 41667/01 saylı kredit müqaviləsi imzalamışdır. Həmin kredit müqaviləsinin ayrılmaz hissəsi olan və kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını təmin edilməsi məqsədi ilə məqsədi ilə xx.xx.2015-cü il tarixdə bank ilə ipoteka qoyan Cavabdeh arasında İpoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanında olan daşınmaz əmlak "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün "xxxx" QSC Gəncə şəhəri, Nizami rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh öz öhdəliyini yetərincə yerinə yetirmədiyi üçün "xxxx"QSC məhkəməyə müraciyət etmişdir və hal hazırda Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-3391/2017 saylı qətnaməsi qüvvədədir .Qətnaməyə əsasən Cavabdeh cəmi 28041,74 manat borc pul və 30 manat məhkəmə xərclərini tutub "xxxx"QSC– yə ödəmiş və tutmanı Cavabdeh məxsus ünvan 1 ünvanında olan daşınmaz əmlaka yönəldilməsini qət etmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün aidiyyatı üzrə Gəncə şəhəri üzrə İcra idarəsinə yönəlmiş və prosessual ardıcıllığa əsasən əmlak satılması üçün hərraca çıxarılmışdır. Keçirilən hərrac proseslərində həmin əmlak satılmadığı üçün yekun olaraq banka (girov saxlayana) təklif edilmiş və həmin əmlak Hərracın nəticələri barədə xx.xx.2018-ci il tarixli 05/03 saylı Hərracın yekun Protokoluna əsasən "xxxx" QSC tərəfindən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən adı gedən daşınmaz əmlaklar bankın mülkiyyətinə keçirilməsi ilə bağlı yeni Çıxarışlar verilmişdir (surətləri ərizəyə əlavə edilir). Lakin buna baxmayaraq adları yuxarıda qeyd olunmuş vətəndaşlar, əssasız olaraq İddiaçı "xxxx" QSC-nə məxsus olan daşınmaz əmlaklardan istifadə edərək daşınmaz əmlaklarda yaşayırdılar və daşınmaz əmlakı boşaldılmasından imtina edirdilər. İddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında"müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli əlavə razılaşma imzalamışdır. Həmin əlavə razılaşmanın şərtlərinə əsasən daşınmaz əmlakların boşaldılmasını müqavilə şərtlərinə görə "xxxx" MMC-yə təhvil/sifariş verilmişdir. "xxxx" MMC öz növbəsində cavabdehkər barəsində qeydiyyat ünvanına uyğun olaraq aiddiyyəti orqanlara müraciət edərək məcburi icra işlərinin təşkil edərək öz üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirərək daşınmaz əmlakların boşaldılmasını təmin etmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqavilənin ayrılmaz tərkib hissəsi olan xx.xx.2018-ci il tarixli əlavə razılaşmanın 5.1.3.2 maddəsinin şərtlərinə görə boşaldılmış daşınmaz əmlaka görə 5614,34 manat məbləğində xidmət haqqı ödəmişdir. "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 41667/01 saylı kredit müqavilənin 12.2-ci bəndində qeyd edilmişdir ki: “...Bu müqavilə üzrə verilmiş kreditlə bağlı “Borcverənin” tələb hüquqları qanunvericiliklə nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə satıla və ya digər üsulla verilə(güzəşt edilə) bilər. Həmin müqavilənin 12.2-ci bəndinə əsasən bu müqavilə üzrə “Borcalanın” öhdəliklərinin icra edilməsi və ya lazımınca icra edilməməsi səbəbindən ayrılmış kreditin geri qaytarılmasının təmin edilməsi məqsədilə kredit borcunun qaytarılması və/və ya girov (ipotekaya) verilmiş əmlaka tutmanın yönəldilməsi ”Borcverən” tərəfindən müvafiq müqavilələr əsasında üçüncü şəxslərə də tapşırıla bilər. Bu işlərin aparılmasına görə həmin şəxslərə ödənilən xərclər və yaxud çəkilməli olan məsrəflər “Borcalandan”, zaminlərdən və yaxud da girova (ipotekaya) verilmiş və/və ya kreditin təminatı kimi çıxış edən digər əmlak (əşyalar) hesabına tutulacaq. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-in 147 və 185.5-ci maddələrinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC (büro) ilə “X1 Azərbaycan” QSC (bank) arasında bağlanmış “Hüquqi xidmət haqqında” 04 iyul 2017-ci il tarixli müqavilədən görünür ki, bu müqavilə istehlak kreditləri, avtomobil kreditləri və/və ya təminatı avtomobil, nəqliyyat vasitələri və s. olan kreditləri, kredit kartları və/və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci maddəsinə görə, Bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar: Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15 % nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir. İş materiallarına əlavə edilmiş 30 yanvar 2018-ci il tarixli "xxxx" MMC (büro) ilə “X1 Azərbaycan” QSC (bank) arasında bağlanmış 04 iyul 2017-ci il tarixli “Hüquqi xidmət haqqında” müqaviləyə əlavə Razılaşmanın surətindən görünür ki, büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra təminat (ipoteka predmeti) kimi çıxış edən sahələrin boşaldılması üzrə qanunverciliklə nəzərdə tutulmuş işləri apararaq müvafiq qaydada Banka təhvil verilməsi hallarında borc məbləği 50000 manatdan 100000 manatadək olan dosyelər üzrə - kredit borcunun 15% nisbətində (lakin hər bir halda təhvil verilən bir iş dosyesi üzrə ödənilən ümumi xidmət haqqının 8000 manat məbləğini keçməmək şərti ilə) xidmət haqqı ödəniləcəkdir. İş materiallarından görünür ki, Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixli 2(004)-3391/2017 saylı qətnaməsinə əsasən Cavabdeh 17 iyun 2015-ci il tarixli 41667/01 saylı kredit müqaviləsi üzrə 21593.81 manat əsas kredit borcu, 6359.68 manat faiz borcu, 50 manat cərimə borcu, 8.25 manat cavabdehə göndərilmiş bildiriş və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, ümumilikdə cəmi 28041.74 manat borc və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan və tərəflər arasında ilkin olaraq 40.000 manat məbləğində qiymətləndirilmiş ünvan 2 ünvanında, ümumi sahəsi 64.9 kvm, yaşayış sahəsi 39 kvm, yardımçı sahəsi 25.9 kvm-dən ibarət 3 otaqlı mənzilə yönəldilməsi, həmin ipoteka ilə yüklü edilmiş əmlak açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 17 iyun 2015-ci il tarixli 41667/01 saylı kredit müqaviləsi üzrə 21593.81 manat əsas kredit borcu, 6359.68 manat faiz borcu, 50 manat cərimə borcu, 8.25 manat cavabdehə göndərilmiş bildiriş və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişlərin göndərilməsi üçün çəkilmiş poçt xərcləri, 30 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərc, ümumilikdə cəmi 28041.74 manat borcun və dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsinin təmin edilməsi, qalan vəsaitin isə Cavabdeh qaytarılması, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış sahəsi satıldıqdan sonra İ ay müddətinə boşaldılması qət edilmişdir. İş materiallarında olan hərracın yekun barədə xx.xx.2018-ci il tarixli protokolun surətindən görünür ki, ipoteka predmeti olan Cavabdeh məxsus Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 49-saylı binanın 12 saylı mənzili ilə bağlı keçirilmiş hərracın yekununda həmin əmlakı ipoteka saxlayan "xxxx" QSC əldə etmişdir. İş materiallarında olan “Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”dan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, ev 49, 12 saylı mənzilə dair “X1 Azərbaycan” QSC-nin mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil aktından görünür ki, 30 yanvar 2018ci il tarixli əlavə razılaşmanın 5.1.3.2-ci maddəsinə əsasən "xxxx" MMC 2019-cu ilin yanvar ayı üzrə göstərdiyi hüquqi xidməti cədvəl üzrə “X1 Azərbaycan” QSC-yə təhvil verir. Cədvəldən görünür ki, MMC tərəfindən Cavabdeh mülkiyyətində olmuş Gəncə şəhər, Nizami rayon, YYeni-Gəncə qəsəbəsi, ev 49, 12 saylı mənzilin boşaldılması icra edilərək QSC-yə təhvil verilmiş və QSC tərəfindən qəbul edilmiş, buna görə MMC tərəfindən 5614,34 manat məbləğində xidmət haqqı hesablanmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 390 nömrəli ödəniş tapşırığından görünür ki, “X1 Azərbaycan” QSC "xxxx" MMC-nin həmin Bankda olan hesabına 5614,34 manat pulun ödənilməsi ilə bağlı tapşırıq vermişdir. Ödənilməsi tapşırılmış pul vəsaitinin təyinatı kimi “hüquqi xidmətlər” qeyd olunmuşdur. Məhkəmə, iş materiallarında olan sübutları qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə, borclu tərəfindən öhdəliklər lazımınca yerinə yetirilmədiyindən, kreditor tərəfindən məhkəməyə müraciət edilmiş və qəbul olunmuş məhkəmə aktına əsasən cavabdehdən müqavilə üzrə yaranmış əsas borc, faiz borcu və cərimə ilə yanaşı, dövlət rüsumu və digər xərclər iddiaçının xeyrinə tutulmuşdur. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq İcra Şöbəsinə göndərilmiş və icra mərhələsində tələb üzrə tutma ipoteka predmetinə yönəldilmiş, sonda ipoteka predmeti olan əmlak “X1 Azərbaycan” QSC tərəfindən əldə edilmiş və həmin əmlaka dair onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2017-ci il tarixli Hüquqi xidmət haqqında müqavilə və onun əsasında xx.xx.2018-ci il tarixli razılaşma bağlanmış, göstərilmiş hüquqi xidmətə görə iddiaçı tərəfindən MMC-yə 5614,34 manat məbləğində pul ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən mənzilin vaxtında boşaldılmamasını, bununla bağlı "xxxx" MMC tərəfindən hüquqi xidmət göstərildiyinə görə sonuncuya hüquqi xidmət haqqı ödənilməsini əsas gətirərək, ödəmiş olduğu xidməti haqqı məbləğinin cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, mülki-prosessual qanunvericilik nümayəndəyə çəkilmiş xərcləri işə baxılması ilə əlaqədar olan məsrəflərə aid etmiş və həmin məbləği ağlabatan məbləğdə xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutmuşdur. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-cı il tarixli Hüquqi xidmət haqqında müqavilədə ümumi, mücərrədd şəkildə MMC tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi əks olunmuş, konkret olaraq cavabdeh ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Bundan başqa qeyd edilməlidir ki, iddiaçı "xxxx" MMC ilə onun arasında bağlanmış hüquqi xidmət haqqında müqavilə çərçivəsində məhz icra mərhələsində mənzilin boşaldılması ilə bağlı "xxxx" MMC-nin ona hüquqi xidmət göstərməsinə istinad etsə belə, “hüquqi xidmət”in göstərilib-göstərilmədiyi, hüquqi xidmətin nədən ibarət olması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ məhkəmə qərarının icrası mərhələsində ona hüquqi yardımın göstərilməsi ilə bağlı olsa belə, iddia yenə də təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən, icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Qanunvericilik icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid etməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən etmiş, iddiaçı tərəfindən icra ilə bağlı çəkilən xərclərin cavabdehdən tələb edilməsi isə qanunla nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı ilə "xxxx" MMC arasında hüquqi yardım haqqında müqavilə bağlanması, eyni zamanda iddiaçı tərəfindən həmin şirkətə hansısa göstərilmiş xidmətə görə 5614,34 manat pul ödənilməsinin cavabdehə, habelə onunla bağlanmış kredit müqaviləsi üzrə borcun ödənilməsinə heç bir aidiyyatı yoxdur. Buna görə də hazırki iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmalıdır. Göstərilən Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsasən, məhkəmə qətetdi: “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbi” barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №e-2(043)-1613/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(043)-1613/2022
21.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver