Məhkəmə qərarları › İş №e-2(043)-547/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №e-2(043)-547/2022

24.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(043)-547/2022 24.01.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı mənzilin miras qoyanın miras aktivinə daxil edilməsinə, miras əmlakın iddiaçı tərəfindən faktiki olaraq tam qəbul edilməsinə və iddiaçının adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasının mümkünlüyünə məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət, 28.1 kv/m yaşayış sahəli mənzilə miras qoyan X2 mövcud olmuş mülkiyyət hüququ tanınaraq qeyd olunan mənzil onun miras aktivi hesab edilməsi, miras qoyan X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət, 28.1 kv.m yaşayış sahəli mənzil İddiaçı tərəfindən faktiki olaraq tam qəbul edilmiş hesab olunması, miras qoyan X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət, 28.1 kv.m yaşayış sahəli mənzilə dair İddiaçı adına qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsinin cavabdeh 1 saylı Notariat Ofisinə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərin şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, cavabdehlər Cavabdeh1 ünvan 2 ünvanında, Cavabdeh2 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Digər cavabdeh ünvan 4ı ünvan 5 aidiyyəti qaydalarına uyğun olaraq Gəncə Şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Belə ki, iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçının tələbi miras əmlakın iddiaçı tərəfindən faktiki olaraq tam qəbul edilməsi və iddiaçının adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən ibarət olmaqla cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı hər hansı bir tələb yönəlməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsini formal olaraq cavabdeh kimi göstərməklə hazırki iddia ərizəsinə ərazi aidiyyətini dəyişdirməklə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində baxılması yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. «Yaşayış yeri və olduğu yer haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılmasına dair nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etməyə mane olmur (MPMin 152.4-cü maddəsi) Məhkəmə hesab edir ki, qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı mənzilin miras qoyanın miras aktivinə daxil edilməsinə, miras əmlakın iddiaçı tərəfindən faktiki olaraq tam qəbul edilməsinə və iddiaçının adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra iddia tələbi ilə bağlı ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263, 264,268-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı mənzilin miras qoyanın miras aktivinə daxil edilməsinə, miras əmlakın iddiaçı tərəfindən faktiki olaraq tam qəbul edilməsinə və iddiaçının adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar