Məhkəmə qərarları › İş №e-2(044)-1230/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-1230/2022

07.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-1230/2022 07.06.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi, vəkil Nümayəndə, Cavabdeh və cavabdeh X1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər X5, Cavabdeh2, Cavabdeh1 qarşı “vərəsəlik hüququnun tanınması və payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X5, Cavabdeh2, Cavabdeh1 qarşı “vərəsəlik hüququnun tanınması və payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X2 miras qalmış ünvan 1 evə hər bir vərəsənin vərəsəlik hüququnun tanınması və miras əmlaka müvafiq payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirdi ki, ünvan 1 ev xüsusi mülkiyyət hüququ əsasında mərhum atası X4 xüsusi mülkiyyətindədir və ona bu barədə xx.xx.2019-cu il tarixli ********** saylı qeydiyyat vəsiqəsi verilmişdir. Onun atası Zahid Əliyev xx.xx.1998-ci il tarixdə vəfat etmiş və miras qalmış əmlak atasının ata mülkü olmuşdur. Atasının birinci növbəli vərəsələri kimi o, İddiaçı, anası Cavabdeh3, qardaşı Cavabdeh1 və bacısı Cavabdeh2dır. Atası vəfat etdikdən sonra atasından qalmış miras əmlakda faktiki olaraq qardaşı və anası yaşamışdır. O, və bacısı atasının sağlığında evlənmiş atasının evindən göçüb getsələr də, atasının ölümündən sonra xeyli meddət 7-8 ay anaları ilə birlikdə atalarından miras qalan həmin evdə qalaraq analarının qulluğunda durmuş və miras əmlakı qəbule dərək idarə etmişdir. Digər vərəsələr miras qalmış əmlakın onun adına keçməsinə razı olmaqlarına baxmayaraq qardaşı Vidadi atasından qalan miras əmlakın onun adına keçməsinə narazı olduğu üçün o, məcbur olub hazırda hər bir vərəsənin miras əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlaka müvafiq payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında iddiaçının izahatına uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh və Cavabdeh3 nümayəndəsi Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, ünvan 1 ev xüsusi mülkiyyət hüququ əsasında mərhum atası X4 adınadır və onun atası Zahid Əliyev xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Atasının birinci növbəli vərəsələri bacısı İddiaçı, anası Cavabdeh3, qardaşı Cavabdeh1 və o, qalmışlar. O, hazırda anası Cavabdeh3 səlahiyyətli nümayəndəsi kimi atası Zahid Əliyevdən miras qalmış ünvan 1 evdən anası Cavabdeh3 çatan paydan və bacısı İddiaçı və qardaşı Cavabdeh1 xeyrinə imtina edərək, miras əmlaka dair bacısı İddiaçı və Cavabdeh1 1/2 hissə payının tanınmasına etiraz etmədiyini bildirdi. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və onun nümayəndəsinin, cavabdeh və Cavabdeh3 nümayəndəsi Cavabdeh2 izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ev X4 adına qeyd edilmişdir. xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 03 dekabr 1998-ci il tarixdə vəfat etmişdir. xx.xx.1955-ci il tarixdə Dəstəfur kənd soveti tərəfindən verilmiş evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh3 nikahları 03 aprel 1955-ci il tarixdə 19 saylı akt qeydi ilə bağlanmışdır. xx.xx.1950-ci il tarixdə Daşkəsən şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X7 ilə Cavabdeh3 birgə nikahlarından xx xxxx 1959-cu il tarixdə anadan olmuşdur. xx.xx.2019-cu il tarixdə Daşkəsən şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh3 birgə nikahlarından xx xxx 1956-cı il tarixdə X8 anadan olmuşdur. 19 avqust 2021-ci il tarixdə Daşkəsən şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Cavabdeh3 birgə nikahlarından xx xxxxxxx 1951-ci il tarixdə X6 anadan olmuşdur. 07 iyun 2022-ci il tarixdə X6 tərəfindən yazılmış və notarial qaydada təsdiq edilmiş ərizədə, mərhum atası X7 xx.xx.1998-ci il tarixdə vəfat etdikdən sonra ondan miras qalmış ünvan 1 ev faktiki olaraq iddiaçı bacısı İddiaçı, anası Cavabdeh3, qardaşı Cavabdeh1 qəbul etmişdlər O, hazırda anası Cavabdeh3 səlahiyyətli nümayəndəsi kimi atası Z.İ.Əliyevdən miras qalmış ünvan 1 evdən anası Cavabdeh3 çatan paydan bacısı İddiaçı və qardaşı Cavabdeh1 xeyrinə imtina edərək, miras əmlaka dair İddiaçı və Cavabdeh1 1/2 payının tanınmasına etiraz etmədiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubda, ünvan 1 fərdi yaşayış evi üzərində X4 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2019-cu il tarixdə **********1-10301 reyestr nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikasının MM-nin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası MM-nin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası MM-nin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə iclasında iddiaçının və onun nümayəndəsinin, cavabdeh və cavabdeh X1 nümayəndəsi Cavabdeh2 izahatları və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, ünvan 1 ünvanda yerləşən miras əmlak xx.xx.1998-ci ildə vəfat etmiş X4 adınadır. X13 vəfatından sonra miras qalmış ünvan 1 ev faktiki olaraq mərhumun qızı İddiaçı, mərhumun arvadı Cavabdeh3, mərhumun oğlu Cavabdeh1 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Məhkəmə gedişi zamanı X13 qızı cavabdeh X6 anası Cavabdeh3 səlahiyyətli nümayəndəsi kimi atası Zahid Əliyevdən miras qalmış ünvan 1 evdən anası Cavabdeh3 çatan paydan bacısı İddiaçı və qardaşı Cavabdeh1 xeyrinə imtina etmiş və miras əmlaka dair İddiaçı və Cavabdeh1 1/2 paylarının tanınmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə cavabdeh X3 anası Cavabdeh3 səlahiyyətli nümayəndəsi kimi atası Zahid Əliyevdən miras qalmış ünvan 1 evdən anası Cavabdeh3 çatan paydan bacısı İddiaçı və qardaşı Cavabdeh1 xeyrinə imtina etməsini və miras əmlaka dair İddiaçı və Cavabdeh1 1/2 paylarının tanınmasına etiraz etmədiyini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, İddiaçı və Cavabdeh1 xx.xx.1998-ci ildə vəfat etmiş X4 qanun üzrə vərəsələri tanınmalı, xx.xx.1998-ci ildə vəfat etmiş X2 miras qalmış ünvan 1 miras əmlakdan hər birinə 1/2 hissə ilə İddiaçı və Cavabdeh1 payları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı və Cavabdeh1 xx.xx.1998-ci ildə vəfat etmiş X4 qanun üzrə vərəsələri tanınsınlar. ünvan 1 ünvanda yerləşən miras evdə 1/2 hissədə Cavabdeh1, 1/2 hissədə İddiaçı payları müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar