Məhkəmə qərarları › İş №e-2(044)-3281/2021

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-3281/2021

07.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-3281/2021 07.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «miras əmlaka payın müəyyən olunması və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «miras əmlaka payın müəyyən olunması və mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə miras payının müəyyən edilməsi və həmin paya mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən mənzil mərhum atası X5 adınadır və atası 19.12.2020-ci il tarixdə vəfat etmiş, anası isə daha əvvəldən vəfat etmişdir. Onlar ailədə üç övlad olmuşlar. Onlardan başqa atasının digər vərəsəsi həmçinin onun sonradan nikaha daxil olduğu analığı Cavabdeh3dır. Atası 19.12.2020-ci il tarixdə vəfat etdikdən sonra vərəsələr, hər biri qanunvericiliyə uyğun olaraq mirası qəbul etmələri barədə notariat kontoruna ərizə vermişlər. Lakin cavabdehlər mirasdan ona pay vermək istəmirlər. Mirasın qəbulu ilə bağlı razılığa gələ bilməmələri səbəbindən, notariat ofisi tərəfindən rəsmi məktubla bu barədə məhkəməyə müraciət etməli olduqları bildirilmişdir. Ona görə də atasından miras qalmış əmlaka payının müəyyən edilməsi və həmin paya mülkiyyət hüququnun tanınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında bildirdi ki, ünvan 1 ünvanda yerləşən mənzil mərhum atası X2 miras qalmış və atası 19.12.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçı, Cavabdeh2 onun bacıları, digər Cavabdeh3 isə onun analığıdır. Onun bacıları İlhamə və Leyla ailə qurduqdan sonra ünvan 1 ünvandan köçmüşlər və hazırda ər evində yaşayırlar. O, isə ailə qursa da, sonradan rəsmi olaraq ayrılmışlar, hazırda onun keçmiş həyat yoldaşı və iki uşağı atasından miras qalmış mülkdə yaşayırlar, özü isə hazırda başqa ünvanda kirayədə yaşayır. Atasının vəfatından sonra o, və digər vərəsələr atasından qalan miras mülkdən onlara çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə notariat ofisinə müraciət etmişlər. İddiaçı olan bacısı İddiaçı 1996-cı ildə ailə quraraq ər evinə köçmüş və həmin vaxtdan sonra miras mülkdə yaşamamışdır. Cavabdeh olan bacısı Cavabdeh2 1994-cü ildə ailə qurmuş və həmin vaxtdan ər evində yaşamışdır. Onun mərhum atası Cavabdeh3 ilə 2017-ci ildə ailə qurmuş və həmin vaxtdan analığı mübahisəli evdə yaşamışdır. O, ünvan 1 ünvanda yerləşən miras mülkdən olan payının müəyyən olunmaqla iddia tələbinin təmin olunmasına etiraz etmədi. Cavabdeh2 məhkəmə iclasında bildirdi ki, ünvan 2 ünvanda yerləşən mənzil mərhum atası X2 miras qalmış və atası 19.12.2020-ci il tarixdə vəfat etmişdir. Hazırda atasının vərəsələri o, qardaşı Ruslan, bacısı Leyla və analığı Rübabədir. Rübabə 2017-ci ildə mərhum atası Mail Quliyev ilə ailə qurmuş və miübahisəli evdə yaşamışdır. Leyla 1996-cı ildən ailə qurmuş və ailəsi ilə birlikdə başqa ünvanda yaşayır. Hazırda atasından miras qalmış mülkdə qardaşının keçmiş arvadı iki uşağı ilə birlikdə yaşayırlar. O, 1994-cü ildə ailə quraraq ər evinə köçmüş və hazırda ailəsi ilə başqa ünvanda yaşayır. O, Atasının vəfatından sonra atasından qalan miras mülkdən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə notariat ofisinə müraciət etmişdir. O, atasından miras qalmış ünvan 1 ünvanda yerləşən mülkdən olan payının müəyyən olunmasını xahiş etdi. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlər Cavabdeh1, Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, 03.05.2021-ci il tarixdə Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X8 19 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. 17.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, 17.02.1995-ci il tarixli 3M-2-211 saylı Azərbaycan Respublikası Mənzil Fondunun özəlləşdirilməsi haqqında müqaviləsinə əsasən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti (keçmiş 28 may küçəsi) 197, ev 6, 35 saylı mənzil X3 adına özəlləşdirilmişdir və ona 22.03.1995-ci il tarixli 9850 saylı qeydiyyat vəsiqəsi verilmişdir. 03.05.2021-ci il tarixdə İddiaçı tərəfindən yazılmış (**********210) notarial qaydada təsdiq edilmiş ərizədə, atası X4 19 dekabr 2020-ci il tarixdə vəfat etməsini və mirasın tərkibi harada harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün miras əmlakdan ibarət ondan irs qalmış mirası qəbul etdiyini bildirmişdir. Mirasın tərkibinə daxil olan Gəncə şəhəri, Ş.İ.Xətai prospekti (keçmiş 28 may küçəsi) 197, ev 6, 35 saylı mənzildən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 21.06.2021-ci il tarixdə Cavabdeh1 tərəfindən yazılmış (**********332) notarial qaydada təsdiq edilmiş ərizədə, atası X4 19 dekabr 2020-ci il tarixdə vəfat etməsini və mirasın tərkibi ünvan 3 mənzilə dair ondan irs qalmış mirası qəbul etdiyini bildirmişdir. Ondan başqa aşağıdakı vərəsələr -İddiaçı, Cavabdeh3 Mürsəl qızı, Cavabdeh2 vardır. Mirasın tərkibinə daxil olan ünvan 3 ünvanda yerləşən mənzildən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 04.05.2021-ci il tarixdə Cavabdeh2 tərəfindən yazılmış (**********280) notarial qaydada təsdiq edilmiş ərizədə, atası X4 19 dekabr 2020-ci il tarixdə vəfat etməsini və mirasın tərkibi ünvan 3 mənzilə dair ondan irs qalmış mirası qəbul etdiyini bildirmişdir. Ondan başqa aşağıdakı vərəsələr - İddiaçı, Cavabdeh3 Mürsəl qızı vardır. Mirasın tərkibinə daxil olan ünvan 3 ünvanda yerləşən mənzildən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 04.05.2021-ci il tarixdə Cavabdeh3 tərəfindən yazılmış (**********279) notarial qaydada təsdiq edilmiş ərizədə, əri X4 19 dekabr 2020-ci il tarixdə vəfat etməsini və mirasın tərkibi ünvan 3 mənzilə dair ondan irs qalmış mirası qəbul etdiyini bildirmişdir. Ondan başqa aşağıdakı vərəsələr - İddiaçı, Cavabdeh2 vardır. Mirasın tərkibinə daxil olan ünvan 3 ünvanda yerləşən mənzildən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. 03.05.2021-ci il tarixdə Gəncə şəhəri Nizami rayon Qeydiyyat şöbə tərəfindən verilmiş arayışdan görünür ki, X9 ilə X6 birgə nikahlarından 28.11.1979-cu il tarixdə X10 anadan olmuşdur. 14.11.1997-ci il tarixdə Gəncə şəhəri Nizami rayon VVAQ şöbəsi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ilə Abdullayeva (Quliyeva) Leyla Mail qızının nikahları 14 noyabr 1997-ci il tarixdə bağlanmışdır. 03.08.2021-ci il tarixdə Gəncə Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən İddiaçı ünvanlanmış məktubda, mirasın qəbuluna və ya ondan imtinaya dair razılığa gələ bilmədikləri üçün aidiyyəti üzrə məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanunun 21.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, ünvan 3 ünvanda yerləşən mənzil 19.12.2020ci il taixdə vəfat etmiş X2 miras qalmışdır. 19.12.2020-ci il taixdə vəfat etmiş X5 vəfatından sonra birinci növbə vərəsələri qızı - İddiaçı, oğlu - Cavabdeh1, qızı - Cavabdeh2 və arvadı - Cavabdeh3 qalmışlar. Vərəsələrdən hər biri ayrı-ayrılıqda miras mülkə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə notariat ofisinə ərizə ilə müraciət etmişlər. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 19.12.2020-ci il tarixdə vəfat etmiş X5 qanun üzrə vərəsəsi tanınmalı, X2 miras qalmış ünvan 3 ünvanda yerləşən mülkdən İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hər birinin 1/4 hissədə payları müəyyən edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqlarının və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, həmçinin, tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 19.12.2020-ci il tarixdə vəfat etmiş X5 qanun üzrə vərəsələri tanınsınlar. 19.12.2020-ci il tarixdə vəfat etmiş X2 miras qalmış ünvan 3 ünvanda yerləşən miras mülkdə İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 hər birinin 1/4 hissədə payları müəyyən edilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar