Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-3359/2021 24.11.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, azyaşlı X3 Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən mənzilin yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur və onun mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınmışdır. Cavabdehlər onun övladları olsa da, uzun müddətdir ki, onunla yaşamırlar. Cavabdeh1 20 ildən artıq müddətdir ki, öz ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır, digər Cavabdeh2 isə 10 ildən artıqdır ki, öz ailəsi ilkə birlikdə başqa ünnavda yaşayır və onun cavabdehlərlə heç bir əlaqələri yoxdur, onların yaşadıqları yer ona məlum deyildir. Lakin cavabdehlər bu günə kimi ona məxsus evdə pasport qeydiyyatındadırlar, bu isə onun əlavə kommunal xərclər ödəməsinə səbəb olur, eyni zamanda onun mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğu izahat verdi və məhkəmədən iddia tələb inin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, iddiaçı Feyruz onun atasıdır. Hazırda onun atası Feyruz insult xəstəsidir və atasına o, və qardaşı Bəxtiyar baxır. Onun anası Almaz 2017-ci ildə vəfat etmişdir. Onun qardaşları Ziya və Natiq 20 ildən çoxdur ki, Rusiya Federasiyasında yaşayırlar. Onun qardaşları Ziya və Natiq hətta analarının dəfn və yas mərasimlərinə gəlməmişlər. O, 20 ildən çoxdur qardaşları Ziya və Natiqi görmür, onların hazırda harada yaşamalarını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, hazırda yaşadığı ünvana 2000-ci ildə gəlin köçmüşdür. O, Feyruzu və onun ailəsini bir qonşu kimi yaxından tanıyır. O, Feyruzun qızı Samirəni və oğlu Bəxtiyarı tanıyır. Lakin Ziya və Natiqi tanımır və onları heç görməmişdir. Ziya və Natiq anaları Almazın dəfn və yas mərasimlərində də iştirak etməmişlər. İddiaçı xəstə olanda Bəxtiyar və Saidə ona qulluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o, iddiaçı ilə yaxın qonşu yaşayır. O, Gəncə şəhəri, ünvan 1 ünvanda 1998-ci il tarixdən ailəsi ilə birlikdə yaşayır. O, Feyruzun övladları Ziya və Natiqi İddiaçı yaşadığı ünvanda yaşamalarını və gəlib-getmələrini görməmişdir. İddiaçı həyat yoldaşı Almaz 2017-ci ildə vəfat etmişdir. O, Almazın yas mərasimlərində yaxından iştirak etmişdir. Lakin Ziya və Natiqi analarının dəfn və yas mərasimlərində iştirak etmələrini görməmişdir. 09.03.1993-cü il tarixdə Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanı İddiaçı adına qeyd edilmişdir. 06.09.2021-ci il tarixli 4385307saylı arayışdan görünür ki, X1 şəhəri, Nizami rayonu, Ş.İ.Xətai prospekti, ev 6, mənzil 34 ünvanda 03.02.2009-cu il tarixdən qeydiyyatdadır və həmin ünvanda qeydiyyatda olan şəxslər Cavabdeh2, Cavabdeh1, X6 və İddiaçı ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələbinə görə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə yaşayış yerindən istifadə hüququna xitam verildikdə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında təsdiq olundu ki, cavabdehlər Gəncə şəhəri, ünvan 1 ünvanda pasport qeydiyyatında olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. Hazırda cavabdehlər mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmirlər, daimi olaraq başqa ünvanda yaşayırlar və yaşayış sahəsindən istifadəyə görə üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Cavabdehlərin formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalmaları, iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır və o, cavabdehlərə görə əlavə kommunal xidmət haqqı ödəyir. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququ müdafiə olunmalı, mülkiyyətindən maneəsiz istifadə etmək hüququ təmin olunmalı, cavabdehlərin Gəncə şəhəri, ünvan 1 ünvana olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X3 Gəncə şəhəri, ünvan 1 ünvana olan istifadə hüquqları itirilmiş hesab olunsun. İş üzrə ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(044)-3359/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-3359/2021
24.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver