Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-3469/2021 22.12.2021 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cəfərova (Həsənova) Kəmalə Fərrux qızına və Cavabdeh2 qarşı «mülkiyyət hüququnun tanınması, miras payının müəyyən edilməsi və evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cəfərova (Həsənova) Kəmalə Fərrux qızına və Cavabdeh2 qarşı «mülkiyyət hüququnun tanınması, miras payının müəyyən edilməsi və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mənzilə mərhum atası X2 mülkiyyət hüququnun tanınması, atasından miras qalmış ünvan 1 ünvanda yerləşən mənzilə miras payının müəyyən edilməsi və köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, hal-hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanda yerləşən mənzil atası X2 adınadır və atası 18.02.2921-ci il tarixdə vəfat etmişdir. Həmin mənzilə dair atasının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, mənzil kooperativ binada yerləşdiyinə və kooperativin üzvü olaraq atası tərəfindən pay haqqı tam ödənildiyinə görə atası həmin mənzilə mülkiyyət hüququ əldə etmişdir. Ona görə də sözügedən mənzilə atasının mülkiyyət hüququnun tanınması üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan başqa onun atasının vərəsələri o, və cavabdehlərdir. Atası vəfat etdikdən sonra qanunvericiliyə uyğun olaraq mirası qəbul etməsi barədə notariat kontoruna ərizə vermiş, lakin cavabdehlər mirasdan ona pay vermək fikrində deyillər, yəni mirasın qəbulu ilə bağlı razılığa gələ bilməmişlər. O,atasından miras qalmış mənzildə rəsmi qeydiyyatda olmasına baxmayaraq, cavabdehlər onu mənzilə buraxmırlar. Odur ki, o, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cəfərova (Həsənova) Kəmalə Fərrux qızı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbiqismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 24.08.2021ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən mənzil özəlləşməmişdir və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat X6 üzrə Xidmət sahəsi tərəfindən verilmiş 20.09.2021-ci il tarixli 14 saylı məktubda, Gəncə şəhəri, Nizami rayonu, M.Bağı ev 20 saylı "xxxx" MTK-da yerləşən yaşayış sahəsi 32.3 kv.m, ümumi sahəsi 59.1 kv.m olan 2 otaqlı 33 saylı mənzilin ssuda borcu yoxdur, şəxsi hesab vərəqəsində ailə tərkibi X3 (vəfat etmişdir), Cavabdeh1, X5, Cavabdeh2, X1 ibarətdir. 30.09.1961-ci il tarixli 61 saylı orderin surətindən görünür ki, Kirovabad şəhəri, "xxxx" MTK-da M.Bağı ev 20, 33 saylı mənzilə dair order X2 adına qeyd edilmişdir. 27.09.1982-ci il tarixdə Əli-Bayramlı şəhər VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Cavabdeh1 Fərrux qızının birgə nikahlarından 24 avqust 1982-ci il tarixdə Cəfərzadə Elnarə Rizvan qızı anadan olmuşdur. 30.07.2021-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X3 18.02.2021-ci il tarixdə vəfat etmişdir. 12.08.2021-ci il tarixdə Cəfərzadə Elnarə Rizvan qızı tərəfindən yazılmış notarial qaydada təsdiq edilmiş ərizənin surətindən görünür ki, atası X3 18.02.2021-ci il tarixdə vəfat etmişdir. Miras əmlak mərhumun vəfatından sonra adına miras qalmış bütün əmlakdan ibarətdir. Göstərilən əmlaka qanun üzrə vərəsəlik hüququnun tanınması şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, ünvan 1 ünvanda yerləşən mənzilə dair 18.02.2021-ci il tarixdə vəfat etmiş X2 adına Kirovabad şəhər XDS-nin (mənzil dəyişmək üçün) 30.09.1961-ci il tarixdə 61 saylı order verilmiş, lakin dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İddiaçı Cəfərzadə Elnarə Rizvan qızının iddia tələbinin ünvan 1 ünvanda yerləşən mənzilə mərhum atası X2 mülkiyyət hüququnun tanınması, atasından miras qalmış ünvan 1 ünvanda yerləşən mənzilə miras payının müəyyən edilməsi hissəsinə məhkəmə qiymət verərək, hesab edir ki, iddiaçı mərhum atası əfərov Rizvan Həsənəli oğlundan miras qalmış ünvan 1 ünvanda yerləşən mənzilinə mərhum atası X2 mülkiyyət hüququnun tanınmas və miras əmlakdan payının müəyyən edilməsi tələbi irəli sürmüş, lakin iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən mənzili dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Odur ki, ünvan 1 ünvanda yerləşən mənzili dövlət reyestrində qeydiyyata alınmadığından iddiaçının mərhum atası X2 mülkiyyət hüququnun tanınması və iddiaçının mübahisəli mənzilə miras payının müəyyən edilməsi hissəsində iddia tələbi təmin oluna bilməz. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbinin mənzilə köçürülmə hissəsinə qiymət verərək hesab edir ki, İddiaçı Rizvan qızının normal yaşayış yeri və onun layiqli həyat şəraiti təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, ünvan 1 ünvanda yerləşən mənzilə dair iddiaçının atası X2 adına Kirovabad şəhər XDS-nin (mənzil dəyişmək üçün) 30.09.1961-ci il tarixdə 61 saylı order verilmişdir. X3 18.02.2921-ci il tarixdə vəfat etmişdir. Kooperativ binalar üzrə xidmət sahəsinin 20.09.2021-ci il tarixli 14 saylı məktubunda ünvan 1 ünvanda yerləşən mənzilə dair şəxsi hesab vərəqəsində İddiaçı ailə tərkibi kimi qeyd edilmiş və iddiaçı hazırda həmin evdə qeydiyyatdadır. Odur ki, iddiaçı mübahisəli mənzildə yaşamaq hüququna malikdir və o, həmin hüquqdan mərhum edilə bilməz. İddiaçı ünvan 1 ünvanda yerləşən mənzildə yaşamaq hüququ olmasına baxmayaraq, həmin mənzilə köçüb yaşaya bilmir. Məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ünvan 1 ünvanda yerləşən mənzilə köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 01 (bir) ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov
Məhkəmə qərarları › İş №e-2(044)-3469/2021
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-3469/2021
22.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver