Məhkəmə qərarları › İş №e-2(044)-619/2022

Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(044)-619/2022

26.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(044)-619/2022 26.04.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Şirinov Gündüz Əhməd oğlunun sədrliyi, Yediyarova Zeynəb Fərman qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil, Maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə qarşı «istifadə hüququnun itirilməsi» tələbinə dair iddiası üzrə mülki işə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinə qarşı «istifadə hüququnun itirilməsi» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanda olan yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 39, mənzil 9 ünvanda yerləşən 5 otaqlı mənzil Gəncə şəhər Kəpəz raon İcraiyyə Komitəsinin XDS-nin 28.02.1990-cı il tarixli 118 saylı orderlə 6 nəfər ailə qüzvü ilə birlikdə X7na verilmişdir. X7 atası X8 və qardaşı X5 ilə birlikdə yaşamışlar. Onun atası X8 02.06.2006-cı il tarixdə, X7 isə 26.02.2014-cü il tarixdə vəfat etmişlər. Hazırda həmin mənzildə o, və qardaşı X6 ailə birlikdə yaşayırlar. Cavabdehlər kimi bacısı X2 uşaqları Cavabdeh2, Cavabdeh1 formal olaraq həmin ünvanda qeydiyyatdadırlar, lakin onlar heç vaxt həmin ünvanda yaşamamışlar. Onun bacısı Kifayət Qurbanova da mübahisəli mənzildə heç vaxt yaşamamışlar. O, ünvan 3 ünvandan Şəmkir rayonunun Könüllü kəndinə ərə gedərək ər evində yaşamışdır və təxminən 2003-cü ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüş, hazırda Cavabdeh1 ilə birlikdə Bakı şəhərində yaşayırlar. Cavabdeh2 isə Bakı şəhərində ərə getmiş və hazırda ərevində yaşayır. O, həmin mənzili özəlləşdirmək üçün, X11 vərəsəsi kimi Gəncə Regional “ASAN xidmət” mərkəızinin notariat ofisinə müracət edərək anası Niyardan miras qalmış ünvan 1 ünvanda yerləşən mənzilə dair vərəsəlik işinin başlanmasına dair müraciət etmişdir. Gəncə Regional ”ASAN xidmət” mərkəzinin notarial ofisi ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün X11 adına miras qalmış ünvan 1 ünvanda yerləşən mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsinə göstəriş verilməsi xahiş edilmiş, lakin Reyestr xidməti cavab olaraq bildirilmişdir ki, həmin ünvanda 18 yaşı tamam olmuş qeydiyyatda olan şəxslərin mənzilin özəlləşdirilməsinə razılıqları olmalıdır. Cavabdehlər doğulan gündən hal-hazıra kimi bir gündə olsun həmin ünvanda yaşamamışlar, onlar formal olaraq həmin ünvanda qeydiyyatdadırlar. Onların mübahisəli mənzildə yaşamadıqlarını qonşuları da təsdiq edə bilər və bu barədə akt tərtib edilmişdir. İddiaçının nümayəndəsi, Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbinin təmin olunması məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialı tərəfindən verilmiş 04.08.2021-ci il tarixli arxiv arayışından görünür ki, ünvan 1 ünvanı X16 6 nəfərdən ibarət ailə üzvü ilə birlikdə yaşaması üçün 28.02.1990-cı il tarixdə 118 saylı order əsasında verilmişdir. 27.02.2014-cü il tarixdə Gəncə “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 26 fevral 2014-cü il tarixdə vəfat etmişdir. 24.12.2021-ci il tarixli ******* saylı arayışdan görünür ki, Cavabdeh2 ünvan 1-da 08.07.2016-cı il tarixdən qeydiyyatdadir. Qeydiyyatda olan digər şəxslər Cavabdeh1, X10, X3 ibarətdir. 04.03.2022-ci il tarixli **********396 şəxsi hesabdan çıxarışdan görünür ki, ünvan 1 ünvanına dair şəxsi hesabdan çıxarış X12 adına qeyd edilmişdir. “Yaşayış yeri və oluğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Qanunvericilikdə yaşayış yeri üzrə qeydiyyatın istifadə hüququ kimi hüquqi nəticə doğurması nəzərdə tutulmayıb. Həmin Qanunun 5-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1 şəxsiyyət vəsiqəsi və ya doğum haqqına şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatma alınması haqqında daşmmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Məhkəmə araşdırması zamanı cavabdehlərin mübahisəli evlə bağlı hər hansı istifadə hüquqlarının olması müəyyən edilməmişdir. Mövcud olmayan bir hüquq isə itirilmiş hesab edilə bilməz. Belə ki, iş materiallarından göründüyü kimi cavabdehlərin hansı əsasla həmin evə qeydiyyata düşmələrini müəyyən etmək mümkün deyildir və iddiaçı bununla bağlı hər hansı sübut da təqdim etməmişdir. İşin mübahisəsiz halı da ondan ibarətdir ki, cavabdehlərin heç biri hazırda həmin evdə yaşamırlar. Məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli evdə qeydiyyatda olması, onların həmin evə yaşayış və istifadə hüququna malik olması anlamına gələ bilməz. Belə ki, pasport qeydiyyatında olmaq həmin yaşayış evinə yaşayış və istifadə hüququnun yaranmasına əsas vermir. Bu mənada iddiaçı cavabdehlərin yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb etməkdə haqlı deyildir. Belə ki, cavabdehlərin mübahisə predmeti olan evdə istifadə hüquqlarının olması ümumiyyətlə öz təsdiqini tapmamışdır. Odur ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarının olmaması müəyyən edilməli və həmin hüququn olmamasının müəyyən edilməsinə dair qətnamə qanuni qüvvəyə mindikdən sonra "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılmalıdır. Belə ki, həmin maddəyə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafıq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Odur ki, şəxsin yaşayış sahəsində istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin tərəflərə və müvafıq dövlət orqanına izah edilməsidir. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı «istifadə hüququnun itirilməsinə» dair iddia tələbi təmin edilməməlidir. Şərh olununlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, maraqlı şəxs Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X1rşı «istifadə hüququnun itirilməsinə» dair iddia tələbi təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Gəncə şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gündüz Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar