Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(044)-995/2022 10.05.2022 GƏNCƏ ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı mənzilin miras qoyanın miras aktivi hesab olunmasına, miras əmlakın iddiaçı tərəfindən faktiki olaraq tam qəbul edilməsinə və iddiaçının daına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerlşən 2 otaqdan ibarət 28.1 kv.m yaşayış sahəli mənzilin mərhum X2 miras aktivi hesab olunması, miras qoyan X1 miras qalmış ünvan 1 ünvanında yerlşən 2 otaqdan ibarət 28.1 kv.m yaşayış sahəli mənzilin İddiaçı tərəfindən faktiki olaraq tam qəbul edilmiş hesab olunması, miras qoyan X1 miras qalmış ünvan 1 ünvanında yerlşən 2 otaqdan ibarət 28.1 kv.m yaşayış sahəli mənzilə dair İddiaçı adına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə cavabdeh 1 saylı Notariat Ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək iddia ərizəsinin baxılmamış saxlanmasını və iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Gəncə şəhəri 1 saylı Notariat Ofisi iddia ərizəsinin surəti və bildiriş göndərilməsinə baxmayaraq cavabdehlər iddiaya münasibət bildirməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPMin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, məhkəmə baxışına hazırlıq zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçının nümayəndəsi Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X3 və Gəncə şəhəri 1 saylı Notariat Ofisinə qarşı mənzilin miras qoyanın miras aktivi hesab olunmasına, miras əmlakın iddiaçı tərəfindən faktiki olaraq tam qəbul edilməsinə və iddiaçının daına qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2(044)-995/2022
Gəncə Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №e-2(044)-995/2022
10.05.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver