Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-1152/2024 05.06.2024 GORANBOY RAYON MƏHKƏMƏSİ Goranboy Rayon Məhkəməsinin hakimi Mustafayev Taleh Məhəmmədəli oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi üzrə mülki iş materiallarını nəzərdən keçirərək MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh abunə müqaviləsi üzrə xidmət müqabilində 93,95 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə 123,95 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(125)-2690/2024 nömrəli qərardadı ilə mülki iş Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 35.1-ci maddəsi rəhbər tutulmaqla aidiyyəti üzrə Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edər ki, mülki işə baxılması Goranboy Rayon Məhkəməsinin səlahiyyətinə aid deyildir. Belə ki, Gəncə Şəhər Məhkəməsinin 17 may 2024-cü il tarixli, 2(125)-2690/2024 nömrəli qərardadından göründüyü kimi mülki iş MPM-in 35.1-ci maddəsinə əsasən, yəni cavabdehin rəsmi qeydə alındığı yer əsas götürülməklə baxılması üçün Goranboy Rayon Məhkəməsinə göndərilmişdir. Nəzərə alınmalıdır ki, ümumiyyətlə aidiyyət dedikdə, hüquq haqqında mübahisənin və ya digər hüquqi işin müəyyən orqanın səlahiyyətinə aid olması başa düşülür. Mübahisələrin məhkəməyə aidiyyəti işin məhkəməyə verilməsi ilə əlaqədar olaraq xüsusi məcburi prosedurun nəzərdə tutulub-tutulmamasından asılı olaraq müəyyən qaydaları nəzərdə tutur. MPM-in 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. MPM-in 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə görə, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Qeyd edilən maddələrdə mülki məhkəmə icraatının ərazi aidiyyəti ilə bağlı əsas prinsipləri əks olunmuşdur. Belə ki, iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin və ya hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsinə verilməli olduğu təsbit edilmişdir. Həmin Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Mülki işin materiallarından göründüyü kimi İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbi üzrə iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi İddiaçı MMC MPM-in 35.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Gəncə Şəhər Məhkəməsinə müraciət etmişdir. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərkən Cavabdeh rəsmi qeydə alındığı yer ünvan 1 ünvanı olmuş, daha sonra cavabdeh xx.xx.2024-cü il tarixdə yaşayış yerini dəyişərək Goranboy rayonu, Fəxralı kəndində rəsmi qeydə alınmışdır. Bundan başqa nəzərə alınmalıdır ki, mülki-prosessual qanunvericilikdə təsbit olunan aidiyyət normaları işlərin düzgün və vaxtında həlli üçün maksimum dərəcədə əlverişli şəraitin yaradılmasının təmin edilməsinə, yəni iş üzrə sübutların toplanması və prosesin digər məsələlərinin həllinin asanlaşmasına, bir sözlə prosessual qənaət prinsipinə yönəlmişdir. İş materiallarından göründüyü kimi İddiaçı MMC xx.xx.2024-cü il tarixdə iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş və 1 aydan artıq bir müddətdir ki, adı çəkilən məhkəmə tərəfindən məhkəmə araşdırılması aparılmış və sözügedən işin Gəncə Şəhər Məhkəməsi tərəfindən baxılması, həmçinin prosessual qənaət prinsipinə də riayət olunmasına gətirib çıxaracaqdır. Qeyd olunmalıdır ki, hazırkı tələb MPM-in 44.2.2-ci maddəsinin (iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir) təsir dairəsinə düşmür. Yəni ki, Gəncə Şəhər Məhkəməsi hazırkı mülki işi icraatına qəbul edərkən hər hansı aidiyyət qaydalarının pozuntusuna yol verməmişdir. MPM-in 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Beləliklə, məhkəmə hesab edir ki, aidiyyətlə bağlı məhkəmələr arasında fikir ayrılığı olduğundan hazırkı iş aidiyyət məsələsinin həll edilməsi üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM 45.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbi üzrə mülki iş aidiyyət məsələsinin həll edilməsi məqsədi ilə Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1152/2024
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-1152/2024
05.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver