Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1378/2023 29.08.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2022-ci il 16 may tarixli, 02/02237 nömrəli operativ lizinq müqaviləsinə əsasən 3400 (üç min dörd yüz) manat borcun və 54 (əlli dörd) manat dövlət rüsumunun, cəmi 3454 (üç min dörd yüz əlli dörd) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə cıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) ilə Cavabdeh arasında bağlanmış 2022-ci il 16 may tarixli, 02/02237 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd Sampo Rosenlew markalı taxılyığan kombayn ona istifadəyə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən 4500,00 (dörd min beş yüz) manat öhdəlikdən 4500 manat öhdəlikdən 1100 manat ödəniş edilmişdir. Cavabdein Cəmiyyətə hazırda 3400 manat borcu vardır. Lakin, cavabdeh vaxtında iddiaçıya olan borcunu qaytarmadığından iddiaçı dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də, cavabdeh bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə müqavilə şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 1 ədəd taxılyığan kombayn nasaz vəziyyətdə Cavabdeh təhvil alınmış və İddiaçı ASC tərəfindən həmin texnikanın təmirinə müəyyən vəsait xərclənmişdir. Lakin, texnikanın təmirinə sərf edilmiş məbləğ Cavabdeh tələb olunmur. Cavabdeh yalnız kombayndan istifadəyə görə müəyyən olunmuş məbləğ tələb olunur. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o həqiqətən də 2022-ci il 16 may tarixli müqaviləyə əsasən İddiaçı ASC-dən 1 ədəd kombaynı 1 ay müddətinə lizinqə götürmüşdür. Razılaşmaya əsasən onun tərəfindən İddiaçı ASC-yə 4500 manat ödəniş olunmalı idi. Tərəfindən 1100 manat ödəniş olunsa da onun İddiaçı ASC-yə 3400 manat borcu qalmışdır. Lakin, o lizinqə götürdüyü kombayndan 1 ay müddətində istifadə etməmişdir. Çünki, lizinqə götürdüyü kombayn nasaz olmuşdur. Hətta, o, həmin kombaynın təmirinə 1000 manat pul xərcləmişdir. O, bu barədə İddiaçı ASC-yə məlumat versə də müqavilə müddəti bitənədək kombaynı ondan təhvil almamışlar. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirdi ki, kombayn ona saz vəziyyətdə təhvil verilmişdir. Onun kombaynı vaxtından əvvəl İddiaçı ASC-yə qaytarmaq istəməsinə dair sübutu yoxdur. Həmçinin, onun tərəfindən kombaynın təmirinə 1000 manat pulun xərclənməsinə dair də sübutu yoxdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə 02/02237 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı ASC 1 ədəd Sampo Rosenlew markalı taxılyığan kombaynı 1 ay müddətinə aylıq 4500 manat müqabilində Cavabdeh istifadəsinə vermişdir; 02/02237 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə - 1 nömrəli Aktdan görünür ki, 1 ədəd taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir; 02/02237 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə - 2 nömrəli Aktdan görünür ki, 1 ədəd taxılyığan kombayn nasaz vəziyyətdə Cavabdeh təhvil alınmışdır; xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 02/02237 nömrəli, xx.xx.2023-cü il tarixli lizinq müqaviləsinə əsasən Cavabdeh 3400 (üç min dörd yüz) manat borcu qalmışdır; Hökümət ödəniş portalının ********** nömrəli, xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 54 manat dövlət rüsumu ödəmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, lizinq müqaviləsinə əsasən 1 ədəd taxılyığan kombayn 1 ay müddətinə, 4500 manat ödəmək şərti ilə Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh 3400 (üç min dörd yüz) manat borcu qalmışdır. İddiaçı yaranmış borcu ödəməsini cavabdehə təklif etmiş, lakin cavabdeh bu təklifə münasibət bildirməmişdir. İddiaçı tərəfindən hazırkı tələb üzrə 54 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir; 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə, cavabdehin izahtında göstərdiyi xüsusatlara, yəni lizinqə götürdüyü kombaynın nasaz olmasına, onun təmirinə 1000 manat pul xərcləməsinə, kombaynı vaxtından əvvəl qaytarmaq istəməsinə, lakin bunun mümkün olmamasına dair qeyd edir ki, əvvəla, iş materiallarında olan 02/02237 nömrəli, xx.xx.2022-ci il tarixli müqaviləyə əlavə - 1 nömrəli Aktdan göründüyü kimi 1 ədəd taxılyığan kombayn saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. Bundan başqa Cavabdeh həmin texnikanın nasaz olmasına, onun təmirinə 1000 manat pul xərcləməsinə dair sübutları təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsi). Həmçinin, tərəflər arasında bağlanmış "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə 02/02237 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin 1.2-ci bəndinə əsasən Cavabdeh (lizinq alan) müqavilə müddəti bitməmişdən əvvəl texnikanın təhvil verilməsi halında müqavilə ilə nəzərdə tutulmuş məbləği tam şəkildə lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, lizinq müqaviləsinə əsasən cavabdehin öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etməsi, lizinq ödənişləri üzrə iddiaçıya iddia edilən miqdarda borcunun yaranması tam təsdiq olunduğundan, bununla da iddiaçının pulu cavabdehdən mübahisəsiz geri almaq hüququ yarandığından, yaranmış 3400 (üç min dörd yüz) manat borc və ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olununlara əsasən və MPM-in 216-220, 227, 240, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3400 (üç min dörd yüz) manat borc və ödənilmiş 54 (əlli) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Tural Ələkbərov
Məhkəmə qərarları › İş №e-2(045)-1378/2023
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1378/2023
29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver