Azərbaycan Respublikası adından QƏRARDAD Goranboy rayonu İş № e-2(045)-1709/2023 24.10.2023 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlu, X7 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və vəkil nümayəndəsi Vəkil1, İlkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, X1 və vəkil nümayəndələri X4, eyni zamanda ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, X2 və Cavabdeh3 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair və ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, X1 və Cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mərhum X5 miras qalmış pul vəsaitə dair mirasdan payların müəyyən edilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (xx.xx.2011-ci il tarixli; ********** saylı qeydiyyat nömrəsi), Goranboy şəhəri, 26-cı məhəllədə (kvartal) yerləşən 0.0290 ha torpaq sahəsinin (xx.xx.2012-ci il tarixli; ********** saylı qeydiyyat nöməsi), Goranboy rayonu, Rəhimli kəndində yerləşən fərdi yaşayış evinin (71 saylı qeydiyyat nömrəsi) və Goranboy şəhəri, H. Əliyev prospektində 0.0029 ha torpaq sahəsinin (JN 372, KOD 50901004 “torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı) ½ hissəsinin hər bir vərəsinin payı bərabər olmaqla bölünməsi, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (xx.xx.2011-ci il tarixli; ********** saylı qeydiyyat nömrəsi), Goranboy rayonu, Rəhimli kəndində yerləşən 0,15 ha torpaq sahəsinin (JN 205 F, KOD ********* torpaqğın mülkiyyətə verilməsinə dair şəhadətnamə) və Goranboy rayonu, Veyisli kəndində yerləşən 4.23 ha torpaq sahəsinin 1Ə5 hissəsinin (JN 626, KOD ********* torpağa mülkiyyət hququna dair dövlət aktı) hər bir vərəsinin payı bərabər olmaqla bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, X3 və Cavabdeh3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X5 miras qalmış 50000 (əlli min) manat ABŞ dolları və 30000 (otuz min) EVRO məbləğində pul vəsaitinin hər bir vərəsəsinin payı ¼ hissə bərabər olmaqla, həmin mirasdan payların vərəsələr arasında (qarşılıqlı iddia üzrə iddiaçılar və cavabdeh arasında) müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək ilkin iddia ərizəsinin baxılmamış saxlanılmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin ona geri qaytarılmasını, eyni zamanda qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, X3 və Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, qarşlıqlı iddia ərizələrinin geri götürdüklərini və ilkin iddia tələbinin baxılmamış saxlanmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsinin və ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılarının geri qaytarma barədə ərizələrini mülki işin materialları ilə birlikdə araşdırıb hesab edir ki, ərizələr təmin edilməli, ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmaqla, ərizələr və ona əlavə edilmiş sənədlər tərəflərə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır; 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra əriçəzi ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, ilkin iddia üzrə iddiaçı, qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 26415 nömrəli qəbzdən görünür ki, ilkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, X3 və Cavabdeh3 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə ilkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılmalı, iddia ərizələri və ona əlavə edilmiş sənədlər, eyni zamanda ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə və ilkin iddia üzrə cavabdehlər, qarşlıqlı iddia üzrə iddiaçılara geri qaytarılmalıdır. Göstərilənlərə əsasən, MPM-in 259-260 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdehlər, qarşlıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, X2 və Cavabdeh3 qarşı “miras əmlakda payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı qaytarılsın. İlkin iddia üzrə cavabdehlər, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, X1 və Cavabdeh3 ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “mərhum X5 miras qalmış pul vəsaitə dair mirasdan payların müəyyən edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın, qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh1, X3 və Cavabdeh3 qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Goranboy Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verə bilərlər. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1709/2023
Goranboy Rayon Məhkəməsi Qərardad — İş №e-2(045)-1709/2023
24.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver