Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1813/2025 09.12.2025 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 Cavabdeh iştirakı ilə, İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 9784.67 (doqquz min yeddi yüz səksən dörd manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 50 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67,85 manat məbləğində pulun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh 04 aprel 2022-ci il tarixindən "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. xx.xx.2025xx.xx.2025-ci il tarixlərində cavabdehin fəaliyyəti yoxlanılarkən, müəssisəyə məxsus məhsulların satışı nəticəsində əldə olunmuş 9784.67 (doqquz min yeddi yüz səksən dörd manat altmış yeddi qəpik) manat pul vəsaitini müəssisənin kassasına ödəməyərək mənimsədiyi və şəxsi ehtiyaclarına xərclədiyi aşkar olunmuşdur. Lakin, cavabdeh "xxxx" MMC-yə vurduğu 9784.67 (doqquz min yeddi yüz səksən dörd manat altmış yeddi qəpik) manat məbləğində zərərin əvəzini bu günədək ödəməmişdir. Qanunvericiliyə uyğun olaraq aşağıdakı hüquqi əsaslarla iddia təmin olunmalıdır. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, cavabdehlə aralarında yaranmış mübahisənin mediasiya vasitəsilə həll edilməsi üçün Azərbaycan Respublikasının Mediasiya Şurasına müraciət etmişlər. Təyin edilmiş mediator vasitəsilə cavabdehlə aralarında yaranmış mübahisənin həlli mümkün olmamışdır. Buna görə də, mediator "mediasiya sessiyasında iştirak edilməməsi barədə" xx.xx.2025-cü il tarixli arayış vermişdir. Mediasiya xərci olan 50 manat məbləğində pul tərəfimizdən tam şəkildə ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, 04 aprel 2022-ci il tarixindən "xxxx" MMC-də satış nümayəndəsi vəzifəsində çalışmışdır. Bundan sonra MMC-nin məsul şəxsləri tərəfindən fəaliyyəti yoxlanılmış və 9784 manat pulun müəssisənin kassasında olmadığı məlum olmuşdur. Həmin vəsaiti o, dəfələrlə mağazaya qaytarmaq istəmiş, lakin mağaza fəaliyyətini dayandırmışdır. Tələb olunan borc onun təqsiri ucbatından yaranmamışdır. Ona görə də, qətnamə qəbul edilərkən göstərdiyi xüsusatların nəzərə alınmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tam maddi məsuliyyət daşınması haqqında xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh administrator vəzifəsində ona etibar edilmiş maddi sərvətlərin tam qayğısına qalmağı, öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyini öhdəsinə götürmüşdür. İşəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə hesablanır; xx.xx.2025-ci il tarixli, 1WD47650003X0 nömrəli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, işəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verilmişdir; İddiaçı MMC-nin Kommersiya direktorluğunun satış nümayəndəsi Cavabdeh tərəfindən vurulmuş zərərin təsdiqlənməsi barədə xx.xx.2025-ci il tarixli xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli aktlardan görünür ki, Cavabdeh vəzifə səlahiyyətlərinin icrası zamanı yol verdiyi ehtiyyatsızlıq və səhlənkarlıq nəticəsində İddiaçı MMC-yə ümumilikdə 9799,69 manat maddi zərər vurmuş və zərərin ödənilməsinə etiraz etmədiyini qeyd etmişdir. Aktın doğruluğu satış nümayəndəsi Cavabdeh, filial müdiri X1 tərəfindən imzalanmaqla təsdiq edilmişdir; Cavabdeh xx.xx.2025-ci il tarixli xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il tarixli imzası ilə təsdiq edilmiş izahatlarından görünür ki, o 9799,69 manat manat fərqi tez bir zamanda ödəyəcəkdir; xx.xx.2025-ci il tarixli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə və Cavabdeh, İMS-dən sonra mediasiya prosesinin davam etdirilə bilməməsi barədə qərar qəbul etmişdirlər. 50 (əlli) manat məbləğində mediasiya xərcini İddiaçı MMC birtərəfli qaydada ödəmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixliŞ 0516 nömrəli "Xəbərdarlıq" məktubundan görünür ki, iddiaçı tərəfindən Cavabdeh 9784,67 manat məbləğində borcunu qısa müddət ərzində ödəməsi barədə xəbərdarlıq edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəkdir; xx.xx.2022-ci il tarixli, 1WD********** nömrəli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqavilsi bildirişinin surətindən görünür ki, İddiaçı ilə işçi Cavabdeh arasında Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq müddətli əmək müqaviləsi bağlanmış və Cavabdeh İddiaçı satış departamentində satiş üzrə nümayəndə vəzifəsinin icrası həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi barədə 90 nömrəli, xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, İddiaçı bölməsində “satış üzrə nümayəndə” vəzifəsində işləyən Cavabdeh oğu ilə bağlanmış 1WD********** nömrəli əmək müqaviləsinə, AR ƏM-nin 68.2 “a” (tərəflərin birinin təşəbbüsü) maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə xitam verilmişdir; Cavabdeh tərəfindən imzalanmış “Satış departamentinin satış nümayəndəsinin vəzifə təlimatı”ndan görünür ki, Cavabdeh müştərilərdən (ticarət nöqtələrindən) İddiaçı Şirkətinə məxsus məhsulların satışından əldə edilən pul vəsaitini Şirkətin xəzinəsinə vaxtında və tam ödənilməsinə birbaşa məsuliyyət daşıması barədə məlumatlandırılmışdır. Hökümət ödəniş portalının ********** nömrəli, xx.xx.2025-ci il tarixli qəbzindən görünür ki, iddiaçı hazırkı tələb üzrə 67,85 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə prosess iştirakçıların izahatlarını dinləyib iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh müddətli əmək müqaviləsi ilə satış üzrə nümayəndə vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh işlədiyi dövrdə ona etibar edilmiş əmlakdan əskikgəlmə olduğu üçün iddiaçıya maddi ziyan vurmuşdur. Belə ki, cavabdehin tam maddi məsuliyyət daşıdığı ərazi üzrə aparılmış yoxlamalar zamanı xx.xx.2025-xx.xx.2025-ci il tarixlərində müvafiq çatışmazlıq aşkar olunmuşdur. Bununla əlaqədar tərtib olunmuş aktlara əsasən ümumillikdə 9784.67 (doqquz min yeddi yüz səksən dörd manat altmış yeddi qəpik) manat məbləğində malın çatışmadığı məlum olmuşdur. Uzun müddət keçməsinə baxmayaraq sözügedən maddi ziyandan irəli gələn öhdəlik cavabdeh tərəfindən icra edilməmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə aşağıdakı maddi hüquq normalarına müvafiq olaraq həll edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin: 1-ci bəndinə əsasən Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 199-cu maddəsinin “ç” bəndinə əsasən işçi qanunazidd hərəkətləri ilə əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda tam həcmdə maddi məsuliyyət daşıyır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adı mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə ziyan vurma ilə bağlı iddia tələbinə hüquqi dəyərləndirmə verərək belə qənaətə gəlir ki, cavabdehin əməllərində maddi ziyan vurma ilə bağlı mülkihüquq pozuntusunun (deliktin) tərkibi olmuşdur. Buna görə iddia tələbi əsaslıdır. Eyni zamanda vurulmuş maddi ziyanla əlaqədar müvafiq akt tərtib edilmiş, cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak edərək, yekunda tərtib edilmiş aktlarla tanış olub imza etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 9784.67 (doqquz min yeddi yüz səksən dörd manat altmış yeddi qəpik) manat miqdarında maddi ziyan, ödənmiş 50 (əlli) manat mediasiya xərci və 67,85 manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1813/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1813/2025
09.12.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver