Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № e-2(045)-1919/2025 07.01.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Taleh Məhəmmədəli oğlunun sədrliyi, Abbasov Seymur Rafiq oğlunun katibliyi, İddiaçı və nümayəndəsi Vəkil qızının, Cavabdeh3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X19 və X1 iştirakı ilə, İddiaçı (X19 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilməklə) cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın faktiki qəbul edilmiş hesab edilməsi və həmin miras əmlaklarda payının müəyyən edilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və daha sonra dəqiqləşdirmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, JN 221F saylı, 50900158 kodlu “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən ümumi birgə mülkiyyətdə olan 0,45 ha həyətyanı, reyestr nömrəsi **********00 olan ümumi birgə mülkiyyətdə olan 0,7399 ha kənd təsərrüfatı təyinatlı və reyestr nömrəsi **********01 saylı 1,11 ha olan ümumi birgə mülkiyyətdə olan kənd təsərrüfat təyinatlı torpaq sahəsinin valideynləri olan mərhum X8 və X13 mülkiyyətinə aid olan hissədə mirasın faktiki qəbul edilmiş hesab edilməsi və həmin miras əmlaklarda payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı Zülfiqar oğlunun atası X9 (vəfat tarixi: xx.xx.2000) və anası X26 (vəfat tarixi: xx.xx.2009) vəfat etmiş və onlardan Goranboy rayonu, Xanqərvənd kəndində yerləşən JN-0002 nömrəli dövlət aktı ilə 1,85 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-836F nömrəli şəhadətnamə ilə 0,45 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evi miras qalmışdır. Qeyd olunan daşınmaz əmlak iddiaçının ailəsinə məxsus olmuş və hazırda o, iş üzrə 3-cü şəxslər X19 və X14, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qanun üzrə vərəsədir. Lakin cavabdeh Asim və Cavabdeh2lar iddiaçını miras əmlaka yaxın buraxmır və onun miras əmlaka öz payına münasibətdə mülkiyyət hüquqlarını icra etməsinə şərait yaratmırlar. Digər vərəsələr X20, X2, X15 və X3 artıq vəfat etmişdir və onların qanuni varisləri müvafiq surətdə öz paylarından iddiaçının xeyrinə imtinaya dair ərizə və notarial razılıq verməklə, paylarını iddiaçya təhvil vermişlər. İddiaçı valideynlərindən ona miras qalmış əmlak üzərində mülkiyyət hüququnu qeydə aldırmaq və öz payına uyğun mirası qəbul etmək barəsində ərizə ilə Cavabdeh1na müraciət etsə də, Noariat kontoru Mülki Məcəllənin 1246-cı maddəsinə istinadla, mirasın qəbul müddətinin keçdiyini əsas gətirərək mirasın qəbul faktının yalnız məhkəmə qaydasında müəyyən edilə biləcəyini bildirmişdir. İddiaçının valideynlərinin vəfatından sonra qeyd olunan əmlaklar vərəsələr tərəfindən istifadə olunmuşdur, lakin son dövrlərdə cavabdehlər tərəfindən digər vərəsələrin miras əmlakdan istifadə etməsinə maneələr yaradıldığından vərəsəlik hüququnun rəsmi qeydə alınması zərurəti yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdehlərdən Cavabdeh2 və Goranboy Rayon Notariat Ofisi məhkəmə iclaslarına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2 və Notariat Ofisinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O, sözügedən həyətyanı torpaq sahəsini və üzərində tikilmiş evi valideynlərinin sağlığında qardaşı ilə razılıq əsasında bərabər şəkildə bölüşdürüb birgə yaşamışlar. Daha sonra valideynləri vəfat etdikdən sonra o və qardaşı Cavabdeh3 yaşamaq üçün Bakı şəhərinə köçmüşlər. O vaxtdan ara-sıra kəndə gəlib-gedərək, sözügedən həyətyanı sahəyə baş çəkmişlər. Lakin son beş il ərzində qardaşı Asim həmin həyətyanı torpaq sahəsində çəpərləmə işləri aparmış və çoxlu sayda xurma ağacları əkmiş, özünü torpağın sahibi kimi göstərərək, onu və ailə üzvlərini həmin həyətə buraxmamış, nəticəsə valideynlərinin dövründə əldə olunmuş razılığı pozmuşdur. Verilən suala cavab olaraq bildirdi ki, mübahisə predmeti olan miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahələrini də digər qardaşlar və qohumlar birlikdə istifadə etmişlər, yəni təkcə Asimin istifadəsində olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddiaçının izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının tələbi tam əsassızıdr. Belə ki, o və iddiaçı olan qardaşı İddiaçı valideynləri rəhmətə gedəndən sonra təxminən 2000-ci illərin əvvəllərində yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Bir müddət həyətyanı torpaq sahəsi baxımsız qalmış, qonum-qonşu mal-qara otarmış, belə olan halda, o, son 5 il ərzində həmin yerdə abadlıq işləri apararaq, xurma ağacları əkmiş, çəpər çəkmiş və həyətə giriş qapısı qoymuş, hazırda onun istifadəsindədir. Bundan başqa digər mübahisə predmeti olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri də 20 ildir ki, onun nəzarətində və istifadəsindədir, həmin yerlədə yonca, arpa, taxıl əkib becərir. Əlavə olaraq bildirdi ki, mübahisə predmeti olan həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri mərhum valideynləri, onun və ailə üzvlərinin birgə mülkiyyətindədir. Yəni, iddiaçının ümumən həmin torpaq sahələrində nə qeydiyyatı, nə də ki, mülkiyyət hüququ olmamışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X19 iddianın təmin olunmasına etiraz etmədiyini və onun maraqlarına toxunmadığını bildirdi. Verilən suala cavab olaraq bildirdi ki, sözügedən həyətyanı torpaq sahəsində əvvəllər qardaşları Rasim və Asim yaşamışlar, daha sonra Bakı şəhərinə köçmüşlərdir. Bundan sonra qardaşları vaxtaşırı olaraq həmin torpağa baş çəkmək üçün gəlib-getmişlər, lakin baxımsız qaldığı üçün Asim (cavabdeh) son 5 il olar ki, sözügedən həyətyanı torpaq sahəsini öz nəzarətinə götürərək, abadlaşdırmış, hazırda istifadəsindədir və heç kimi də həmin torpaqdan istifadəsinə icazə vermir. Həmçinin, digər kənd təsərrüfatı təyinatlı torpaq sahələri də həmişə Asimin istifadəsində olmuşdur. Orada yonca, arpa və taxıl əkir. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 üçüncü şəxs X5 izahatına oxşar məzmunlu izahat verərək, iddianın təmin olunmasına etiraz etmədiyini və onun maraqlarına toxunmadığını bildirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: AЗ seriyalı 332873 №-li doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Qasım İsmayılov rayonu Xanqərvənd kəndində anadan olmuş, atası X10, anası X21r; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X8 ilə mərhumə X13 birgə nikahından dünyaya gəlmiş və hazırda sağ olan övladları Cavabdeh2, X19, X7, İddiaçı və Cavabdeh3dur; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhum X8 xx.xx.2000-ci il tarixdə “ağciyər-ürək çatmamazlığı” səbəbindən Goranboy rayonu Xanqərvənd kəndində vəfat etmişdir; Goranboy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, mərhumə X26 xx.xx.2009-ci il tarixdə “beyin infarktı” səbəbindən Goranboy rayonu Xanqərvənd kəndində vəfat etmişdir; Goranboy Rayon Notariat Ofisi tərəfindən verilmiş 423 nömrəli, xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 və X11 miras qalan Goranboy rayonu Xanqərvənd kəndində yerləşən daşınmaz əmlakdan (bələdiyyə təyinatlı torpaq sahəsi və pay torpağı sahəsi) ibarət olan mirasla bağlı mirasın qəbulu müddəti keçirilib; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********00 olan kənd təsərrüfatı təyinatlı 0,7399 ha torpaq sahəsi Cavabdeh3, X8, X26, X16, X27 və X25 ümumi birgə mülkiyyətindədir; JN - 836 F, Kod 50900158 nömrəli “Torpağın müalkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Goranboy rayon Aqrar İslahat Komissiyasının 08 may 2001-ci il tarixli, 15 saylı qərarına əsasən 0,45 ha həyətyanı torpaq sahəsi Goranboy rayonu, Xanqərvənd kənd sakinləri X26, Cavabdeh3, X4, X41 və X12 ümumi birgə mülkiyyətinə verilmişdir; Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, reyestr nömrəsi **********01 olan kənd təsərrüfatı təyinatlı 1,11 ha torpaq sahəsi Cavabdeh3, X38, X8, X26, X16 və X17 ümumi birgə mülkiyyətindədir; Goranboy Rayonu İcra Hakimiyyəti Başçısının Xanqərvənd Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, bir qrup Xanqərvənd kənd sakinləri bildirmişlər ki, İddiaçı Zülfiqar oğlunun mərhum atası və anası evi və həyətyanı torpaq sahəsinin yarısını İddiaçı Zülfiqar oğluna, digər yarısını isə Cavabdeh3 vermişlər, İddiaçı Zülfiqar oğlu 1994-cü il tarixdən 2001-ci il tarixinədək mərhum atası Z.Rüstəmova məxsus həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamışlar və onun həyətyanı torpaq sahəsini istifadə etmişlər, daha sonra 2001-ci ildən iş ilə bağlı Bakı şəhərinə köçmüşlər və mütəmadi olaraq kəndə gələrək həmin təsərrüfatdan istifadə etmişlər; Goranboy Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Goranboy Rayonu İcra Hakimiyyəti Başçısının Xanqərvənd Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin rayon arxivində mühafizə olunan 2001-2005-ci illərə dair qaytanlanmış təsərrüfatbaşına kitabın 903 №-li şəxsi hesabında X26 ailə başçısı olmaqla təsərrüfat üzvlərinin siyahısında X26 (ailə başçısı), Cavabdeh3 (oğlu), X18 (gəlini), X27 (nəvəsi) və X32 (nəvəsi) və təsərrüfata məxsus torpaq sahəsində tikililər kimi ümumi sahəsi 110 kv.m olan yaşayış evi göstərilmişdir; Goranboy Rayonu İcra Hakimiyyəti Başçısının Xanqərvənd Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Goranboy Rayon DSMF-yə verilmiş xx.xx.2009-cu il tarixli, 495 nömrəli arayışın surətindən görünür ki, X13 dəfn xərclərini Cavabdeh3 çəkmiş və mərhumə vəfat edənədək oğlu Cavabdeh3la bir təsərrüfatda yaşamışdır; Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, **********00 və **********01 reyestr nömrəli kənd təsərrüfatı təyinatlı 0,7399 ha və 1,11 ha torpaq sahələri və 50900158 nömrəli 0,45 ha həyətyanı torpaq sahəsi mərhum X8 və mərhumə X11 başqa Cavabdeh3, X16, X27 və X25 ümumi birgə mülkiyyətindədir. İddiaçı 1994-2001-ci illərdə anası Sona Rüstəmovanın ümumbirgə mülkiyyətində olan 0,45 ha həyətyanı torpaq sahəsində ailəsi birlikdə yaşamış, daha sonra Bakı şəhərinə köçmüşdür. Cavabdeh3 isə ümumbirgə mülkiyyətində olan 0,45 ha həyətyanı torpaq sahəsində ailəsi və anası Sona Rüstəmova 2009-cu ildə vəfat edənədək birlikdə yaşamış, daha sonra o da Bakı şəhərinə köçmüşdür. Bundan sonra Cavabdeh3 onun və ailə üzvlərinin ümumbirgə mülkiyyətində olan və valideynlərindən miras qalan torpaq sahələrinə bugünədək sahiblik və idarə etməkdədir. Goranboy Rayon Notariat Ofisi iddiaçı X6 xx.xx.2000-ci il tarixdə vəfat etmiş atası X8 və xx.xx.2009-cu il tarixdə vəfat etmiş anası X11 miras qalan daşınmaz əmlakdan ibarət olan mirasın qəbulu faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Hazırda iddiaçı valideynlərinin mülkiyyətinə aid olan hissədə mirasın onun tərəfindən faktiki qəbul edilmiş hesab edilməsi və həmin miras əmlaklarda payının müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbəli vərəsələr sayılırlar; 1243.1 və 1243.2-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM): 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını və vərəsəliyin açılma yerini müəyyən edir; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, iddiaçı həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçı valideynlərindən miras qalmış Goranboy rayonu Xanqərvənd kəndində yerləşən 0,45 ha həyətyanı torpaq sahəsi, 0,7399 və 1,11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin onların ümumbirgə mülkiyyətində olan hissələrinin onun tərəfindən sahiblik və idarə olunaraq, faktiki qəbul edildiyini bildirərək, payının müəyyən edilməsini xahiş etmişdir. Lakin, sözügedən əmlakarın mirasın açıldığı gündən iddiaçı tərəfindən faktiki sahiblik və ya idarə edilməsi işin araşdırılmış halları və tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. İddiaçı tərəfindən buna dair hər hansı bir mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. Əksinə Cavabdeh3 ümumbirgə mülkiyyətində olan mübahisə predmeti miras əmlakların onun tərəfindən sahiblik və idarə edilməklə, qəbul etdiyini şəksiz nümayiş etdirməsi halları daha real və həqiqətə uyğundur. Odur ki, iddia tələbi əsasız olduğundan təmin edilməməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Beləliklə, məhkəmə tədqiq olunan sübutları qiymətləndirərək və qüvvədə olan qanunvericiyə əsasən belə nəticəyə gəlir ki, İddiaçı (X19 və X7 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi cəlb edilməklə) cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın faktiki qəbul edilmiş hesab edilməsi və həmin miras əmlaklarda payının müəyyən edilməsi” barədə iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən MPM-in 216-220, 227, 233 və 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Goranboy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Taleh Mustafayev
Məhkəmə qərarları › İş №e-2(045)-1919/2025
Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №e-2(045)-1919/2025
07.01.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver